Xəngəlin hazırlanması | Qurutlu yarpaq xəngəli |

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Xingalın növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xingal, süzmə xingal, sulu xingal daha geniş yayılmışdır. Bölgələrə görə də xingalın növləri fərqlidir: Bakı xingalı (yarpaq xingalı), Qazax xingalı, Gürcü xingalı (xinqali) və s.
    Fərqli olsalar da, bütün növ xingalların xəmiri eyni cur hazırlanır - ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xingalı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xingalın ölçüsü təxminən 5-10 sm olur. Qaynar suda bişirdikdən sonra suyu süzülür və süfrəyə verilir.
    Xingalın Azərbaycanda bir neçə növü hazırlanır. Bakı xingalı şimal bölgəsində (Qazax-Tovuzda daha çox gürcü xingalı, Quba-Qusarda "gürzə") hazırlanan xingaldan fərqlənir. Bakı xingalında qovrulmuş ət xəmirin içinə qoyulmur, əksinə yarpaq formasında kəsilib suda qaynadılmış və suyu süzülmüş xəmirin üzərinə səpilir. Xəngəl Axısqa türklərinin mətbəxində də geniş yayılmış xörəklərdən biridir.
    Ətli xingal - Qoyun əti (mal əti də ola bilər) maşında çəkilir, ona baş soğan (azca qızardılmış), turşu və ədviyyatlar əlavə olunub qarışdırılır.
    Maqashin xingal - Əvvəlcə baş soğan qızardılır. Şüyüd yuyulub xırda-xırda doğranılır. Bunlar birlikdə maqasha qatılaraq qarışdırılır.
    Qabaxin xingal - Qoz ləpəsi maşından keçirilir. Qabax tam bişmiş halda qoz ləpəsiylə qarışdırılır. Üzərinə azca qızardılmış soğan əlavə olunur.
    Cincarin xingal - Pörtlədilmiş təzə cincar ət maşından keçirilərək qoz ləpəsi və qızardılmış soğanla qarışdırılır. Həmçinin içərisinə zövqə uyğun ədviyyat da əlavə etmək olar.
    Çolpalı xingal- Bütöv bir toyuğu hissələrə ayıraraq və qızardılmış soğanla qarışdıraraq xingalla bir yerdə servis olunur
    __________________________________
    Bizi sosial şəbəkələrdə izləyin:
    RUclips I bit.ly/2KF8uLP
    İnstagram I bit.ly/2Ior3Cy
    Facebook I bit.ly/2x2MAtX

Комментарии • 9