Damarlarda yığılan Trombu Əridir - Xolestrolu azaldan MÖCÜZƏ QİDALAR

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • #BirBax #xalqtəbabəti #tromb
    #xolestrol #ürək #damar
    Damarlarda yapışıb qalan xolestrolu necə əridə bilərik?
    Bu gün sizə ürək xəstəliklərinə səbəb olan yüksək xolestrol problemindən danışacam. Sizcə son illər ürək xəstələrinin sayı niyə artıb? Əslində xolesterolun səviyyəsini yüksəldən səbəblər çoxdur. Lakin burada ilk yerdə məhz qidalanma gəlir. Məsələn, marketlərdən aldığınlız qidaların keyfiyyətinə nə qədər etibar edirsiniz? Yeməyinizi bişirdiyiniz yağ nə qədər təmizdir? Nələri səhv edirik? Bu gün bu barədə tam açıq danışacam. Siz də bu videonu öz yaxınlarına göndərərək, onların sağlamlığını qoruya bilərsiniz.
    Damarlara yapışmış xolesterolu əridən, ömrü uzadan qidalara keçməzdən əvvəl xolestrol nədir? ona aydınlıq gətirim. Çox zaman xolesterolu təhlükəli, zərərli maddə kimi təsvir edirlər, lakin bu yanlış fikirdir. Xolesterol hormonlar, D vitamin və həzm fermentlərinin sintezi üçün lazım olan bir maddədir. Lakin qədərində. Bu maddənin qanda miqdarının artması ürəyə gedən damarlarda yağ əlavələrinin toplanmasına gətirib çıxarır.
    Yüksək xolesterinin səbəbi bir sıra faktorlardan asılıdır. Bəzi insanlarda bu, ailədə, nəsildə üstünlük təşkil edir. Bəzilərində isə həyat tərzinin sağlam olmaması, qeyri-düzgün qilanma kimi səbəblər önə çəkilir. Sağlam qidalanmaq xolesterol səviyyələrini nəzarətdə saxlamağın ən yaxşı üsuludur. Gündəlik qidalanma vərdişlərində bəzi dəyişikliklər etməklə uğurlu nəticə əldə edə bilərsiniz:
    Trans yağlardan bacardıqca az istifadə etməyə çalışın. Marqarinlərlə mətbəximizə daxil olan trans yağlardan daha çox şirniyyatların hazırlanmasında istifadə edirik. Mağazalardan aldığımız şirniyyatların, peçenyelərin tərkibində trans yağlar mövcuddur. Bunlar xolestrolun yüksəlmə səbəblərindəndir. Şirniyyatları hazır almaq yerinə, evdə məsələn zeytun yağı ilə hazırlasanız, daha yaxşı olar;
    İdman edin. Gündəlik həyatda hərəkətliliyi artırmaqla xolestrol səviyyəsinə nəzarət etmək mümkündür. Çox yox, orta səviyyədə idman hərəkətləri etsəniz, bu probdən uzaqlaşa bilərsiniz. İdmana getmək imkanınız yoxdursa, liftə minmək əvəzinə pilləkən çıxmağı, alış-verişə piyada getməyi seçin. Piyada gəzmək, velosiped sürmək, arıqlamaq üçün məşqlər etmək də faydalıdır.
    Siqareti tərgidin. Siqareti tərgitməyin xolestrol səviyyəsini aşağı saldığı elmi araşdırmalar nəticəsində məlum olub. Mütəxəssislər vurğulayır ki, siqareti tərgitdikdən müəyyən müddət sonra qan təzyiqi normallaşır, ürək ritmindəki ani sürətlənmələr azalır. Siqaretsiz keçən ilk 3 ayın sonunda qan dövranı yaxşılaşır, ağciyərlərin itirilmiş funksiyaları bərpa olunur. Zamanla ürək xəstəlikləri riski minimuma enir.
    Alkoqol qəbulunu azaldın. Yüksək miqdarda alkoqol qəbulu ürək xəstəlikləri riskini artırır, təzyiqin yüksəlməsinə, iflicə səbəb olur. Həmçinin, alkoqol qəbulu xolesterol səviyyəsinin yüksəlməsinə də səbəb olur. Alkoqolu azaltsanız, paralelində xolestrol səviyyəsi də aşağı düşəcək.
    Xolesterol səviyyəsini aşağı salmağa kömək edən qidalar hansılardır? İndi ona keçək.
    Zeytun yağı.
    Heyvani yağlardan fərqli olaraq zeytun yağı qan-damar xəstəliklərinə səbəb olmur. Hətta heyvani yağlarla qəbul olunmuş xolesterinin orqanizmdən xaric olmasına səbəb olur. Zeytun yağı ürək və qan-damar xəstəliklərinə səbəb olan xolesterini azaldaraq damarlarda tıxanmaların qarşısını alır. Ümumiyyətlə, Zeytun yağından istifadənin xolesterinin səviyyəsini aşağı salması və ürək xəstəliklərinin qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib. «The Archives of Internal Medicine» jurnalının 2000-ci il 27 mart tarixli sayında dərc olunan bir araşdırma zeytun yağının yuxarı qan təzyiqinə müsbət təsirini bir daha vurğulanıb.
    Xolesterol səviyyəsini aşağı salmağa kömək edən qidalardan biri də almadır. Alma tərkibindəki pektin adlı lif sayəsində bağırsaqların sağlamlığını dəstəkləyir, həzm sisteminin düzgün fəaliyyətini təmin edir. Pektin xolesterolu özünə çəkmək, sonra da xaric etmək qabiliyyətinə malikdir. Nəticədə, qanda xolesterolun səviyyəsi aşağı düşür. Almada doymamış yağlar az miqdardadır. Bu yağlar da xolesterolun səviyyəsini nizamlamaqda mahirdirlər. Almadakı antioksidantlar ürək-damar sağlamlığının keşikçiləridir;
    Sarımsaq. Sarımsaq, xüsusilə, “pis xolesterol” səviyyəsinin yüksəlməsinə mane olur. Orqanizmdə xolestrolun az olmağı damarların sağlam olması deməkdir. Bundan əlavə, sarımsaq qanın qatılaşmasının qarşısını alır, qan dövranını sürətləndirir. Nəticədə, orqanizmdə xolesterol yığılması önlənir;
    Göyərtilər. Az kalorili olsa da, göyərtilərin tərkibində lif, vitamin, mineral miqdarı yüksəkdir. Göyərtilərdəki liflər orqanizm tərəfindən asan mənimsənildiyindən xolesterol səviyyələrini qısa müddətdə tənzimləyə bilir. İspanaq, pazı, əlavə olaraq, brokoli xolesterolu nəzarətdə saxlamaq üçün vacibdir. Göyərtilərdəki antioksidantlar, C və E vitaminləri xolesterolu azaldacaq qabiliyyətə malikdir. Omega-3 yağ turşuları ilə zəngin olan göyərtilər də xolesterolu nəzarətdə saxlamağa kömək edir.

Комментарии • 56

  • @birbaxkanal
    @birbaxkanal  5 месяцев назад +3

    Bizi haradan izləyirsiniz? Zəhmət olmasa şərh bölümünə yazın

  • @Reksaneliyeva-hc5we
    @Reksaneliyeva-hc5we 4 месяца назад

    Bərdədən yazıram çox sagolun düzgün məlumatlarının üçün

  • @asifesgerov3284
    @asifesgerov3284 5 месяцев назад +3

    Coxlu coxlu sag olun. Əsl zamanldl mövzunun.

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад +1

      Təşəkkürlər

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад +1

      Bizi haradan izləyirsiniz?

    • @asifesgerov3284
      @asifesgerov3284 5 месяцев назад

      @@birbaxkanal Mən cox yazmlşam Geranboy r -n izləyirəm.xeyirxah verilşlər ūcūn sizə minnətdaram XƏYALƏ xanlm

  • @GundelikTeleqrafnews
    @GundelikTeleqrafnews 5 месяцев назад +1

    Zeytun yağı hər şeyin təbii dərmanıdır, Təşəkkürlər BirBax

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Bəli, İzlədiyiniz üçün təşəkkür edirəm

  • @gulyaaliyeva4841
    @gulyaaliyeva4841 5 месяцев назад +1

    Neapol dairəsi. Şıxlinski küçəsi. Çox sagolun dəyərli məlumatlar üçün .

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 5 месяцев назад +2

    ÇOX SAĞOLUN

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад +1

      İzlədiyiniz üçün sağ olun🌹

  • @kovakadini88
    @kovakadini88 5 месяцев назад +2

    Təşəkkürlər ❤ ! 🌹🤩🤌✌️

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад +1

      Biz təşəkkür edirik

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 5 месяцев назад +1

    Çox sağ ol.
    Ümumiyyətlə ən çox ziyan olan qidaları bilmək vacibdir
    Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад +1

      Siz sağ olun. Bəli

  • @Avqust87
    @Avqust87 5 месяцев назад +1

    Təşəkkürlər çox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      İzlədiyiniz üçün təşəkkür edirəm

  • @xeyaleeliyeva3438
    @xeyaleeliyeva3438 5 месяцев назад +3

    Şit yeməklər də tez doyurur insanı . Bununla da kökəlmənin qarşısını alır . oynaqdakı duzları da təmizləyir. hər şeyi qədərində yemək lazımdır.

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Bəli, qədərində. Bir də təbii qidalanmaq lazımdır

  • @sweetgrandma
    @sweetgrandma 5 месяцев назад

    Təşəkkürlər, dəyərli Bir Bax🌹

  • @Sim-sim69
    @Sim-sim69 5 месяцев назад +1

    Ətrafli məlumat verdiyiniz ůcůn təşəkkůr edirəm!

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      İzlədiyiniz üçün təşəkkür edirəm

  • @NarNara-mt9wy
    @NarNara-mt9wy 5 месяцев назад +2

    Ən sevimli kanalım

  • @sevdasafarova
    @sevdasafarova 5 месяцев назад

    Deyerli melumatlar ucun tesekkur edirik ❤

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      İzlədiyiniz üçün sağ olun

  • @qarbagazerbaycandir9680
    @qarbagazerbaycandir9680 5 месяцев назад +1

    Gözəl Qarabağdan salamlar olsun sizlərə

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Salamlarımızı göndəririk🌹

  • @gulxatunmemmedova1900
    @gulxatunmemmedova1900 5 месяцев назад +1

    Mən Qəbələdən baxıtam cox sag oçun 🤲🤲

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Salamlarımızı göndəririk

  • @SecdGrgdh
    @SecdGrgdh 9 дней назад

    Salam

  • @ahmetaliyev7672
    @ahmetaliyev7672 5 месяцев назад

    ❤❤❤❤

  • @sahibnagiyev8846
    @sahibnagiyev8846 5 месяцев назад +1

    Bakı

  • @TerlanRamazanov
    @TerlanRamazanov 5 месяцев назад +1

    Baki xirdalan

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Salamlarımızı göndəririk

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 5 месяцев назад +2

    SALAM XƏYALƏ XANIM NECƏSİNİZ

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад +1

      Çox sağ olun Əzizə xanım, siz necəsiniz?

  • @user-el1nq6ww9g
    @user-el1nq6ww9g 5 месяцев назад

    Yazig canim her yana piyada gedirem amma cekim duwmur cox vaxtlar yimeyden sonra cixiram yuruwe cekim duwmur Allama cox yiyirem

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Yeməyi necə bəs, çox yemirsiniz?

  • @kovakadini88
    @kovakadini88 5 месяцев назад +2

    İzləyək ...👣🙄😒😵‍💫🫣🤔🤩🙋🤗✌️

  • @Fazilaliev29
    @Fazilaliev29 5 месяцев назад

    Zeytun yagin her gun istifade edirem, hemde kokem ariqlaya bilmirem

  • @fidannur6426
    @fidannur6426 5 месяцев назад +1

    xalesterin olmasa damarlar tixanmir?

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Bəli

    • @fidannur6426
      @fidannur6426 5 месяцев назад

      @@birbaxkanal yani sirf xalesterin coxkugundan tixanirda elemi?

  • @eminazammadov5304
    @eminazammadov5304 4 месяца назад +1

    Millətimizi niyə çaşdirirsiz, Azerbayjan dilini niyə ayri danişir siz XOLİSTİROL KİMDİ NƏ SÖZ DÜ? DÜZ DANİŞİN XALESTİRİN SÖZÜ VAR , DÜNYADA BÜ SÖZ VAR, SİZ ÖZÜNÜZDƏN NƏ HOKKALAR EDİRSİZ?

  • @user-xv5qf9pb6b
    @user-xv5qf9pb6b 5 месяцев назад +1

    Bakıdan Yasamal ra-nu

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      İzlədiyiniz üçün sağ olun🌹

  • @nuragakarimov7442
    @nuragakarimov7442 5 месяцев назад +1

    Rusiya Voljski

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад

      Salamlarımızı göndəririk