Əli Qəmbərov - "73 firqədən nicat tapan hansıdır? - HİZBALLAH"

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024
  • Nicat tapmış firqənin xüsusiyyətləri
    İmam Əli (ə) buyurub: "Nicat tapacaq firqə doğru yolu göstərər, cənnəti arzulayarlar, mömindirlər, (Allaha) təslim olmuşlar, uğurlu və doğru yol göstərənlərdir. Onlar mənə iman bəsləyir, əmrimə təslim olmuş və mənə itaət edənlərdir. Düşmənlərimdən uzaqlaşmış, məni sevənlər və düşmənlərimə nifrət bəsləyərlər. Onlar mənim haqqımı, imam olduğumu və mənə itaətin vacib buyurulduğunu Allahın kitabından və Peyğəmbərin sünnəsinə əsasən bilirlər. Onlar əqidələrindən əsla dönməz və şübhəyə düşməzlər. Allah onların ürəklərini bizim haqqımızı tanımaqla nurlandırmış, fəzilətimizi onlara bildirmiş və ilham etmiş, alınlarından yapışıb şiələrimizin arasına qatmışdır. Qəlbləri aramlıq tapmış və yəqinə çatmışdır.
    Onların imanlarına şəkk qarışmaz".
    وأما الفرقة الناجية المهدية المؤملة المؤمنة المسلمة الموافقة المرشدة فهي المؤتمنة بي المسلمة لأمري المطيعة لي المتبرئة من عدوي المحبة لي والمبغضة لعدوي، التي قد عرفت حقي وإمامتي وفرض طاعتي من كتاب الله وسنة نبيه، فلم ترتد ولم تشك لما قد نور الله في قلبها من معرفة حقنا وعرفها من فضلها، وألهمها وأخذها بنواصيها فأدخلها في شيعتنا حتى اطمأنت قلوبها واستيقنت يقينا لا يخالطه شك.
    ("Kitabu Süleym ibn Qeys Hilali (r)", hədis 7, səh 169)

Комментарии •