Əli Qəmbərov - "İmamət və Vilayətin şiələrdən gizlədilmiş həqiqəti" - Həqiqi şiəlik nədir?-1

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024
  • Səd ibni Əbdullah Qummi İmam Mehdi (ə)-a belə bir sual ünvanladı:
    🖋️... Ey mənim Mövlam!
    Mənə xəbər ver görüm ki, nə üçün camaata özləri üçün rəhbər seçmək qadağan olunub?
    İmam (ə) belə cavab verdi:
    “Saleh (ədalətli, əməlisaleh) rəhbər seçmək, yoxsa fasid (fəsad törədən) və zalım şəxi seçmək?”
    Dedim: Saleh olanı seçmək.
    İmam (ə) buyurdu:
    “Mümkündürmü ki, insanların saleh bilib seçdiyi (lakin daxilən saleh və ya fasid olmasından xəbərləri olmayan) həmən insan, əslində fasid bir insan olmuş olsun?”
    Dedim: Bəli, mümkündür.
    İmam (ə) buyurdu: “Seçkinin qadağan olunması bu səbəbə görədir!”
    İmam (ə) sonra buyurdu:
    Mən sənə başqa bir dəlil də gətirəcəm ki, ağlın bu mövzunu daha yaxşı qəbul etsin. Mənə de görüm, Uca Allahın bəyənib seçdiyi peyğəmbərlər (ə) ki, onlara kitab nazil olub və onlara İlahi vəhylə və ismətlə (onlara məsumluq verilməklə) yardım edilib ki, öz ümmətlərinin başçısı olsunlar, necədirlər?
    Musa (ə), İsa (ə) peyğəmbərlər kimi ki, öz ümmətlərinin hidayətedicisi və (rəhbər) seçilməyə daha layiqli idilər. Mümkündürmü ki, onlar yüksək ağılları ilə və kamil elmləri ilə bir şəxsi seçmiş olsun. Amma seçdikləri və mömin zənn etdikləri o insan, əslində münafiq olmuş olsun?
    Dedim: Yox (yəni əqli baxımdan mümkün deyil. Çünki o seçənlər yüksək ağıl sahibidilər, Allah Höccətləridir).
    İmam Məhdi (ə) buyurdu:
    “Musa peyğəmbər (ə) ki, Allahla danışan bir insan idi, həmçinin ağlı çox yüksək səviyyəli və elmi kamil idi və ona vəhy nazil olurdu. O, öz camaatından və qoşununun böyüklərindən 70 nəfəri seçdi ki, Allahla görüşə aparsın və seçdiyi insanların iman və ixlaslarında (təmiz niyyətli olamalarında) heç bir şəkki yox idi, lakin seçdikləri insanların hamısı münafiq çıxdı!
    Uca Allah Quranda belə buyurur:
    “Vəx təra Musa qavməhu səbinə raculən li miqatinə...8 lən numinə ləkə hətta nərallahə cəhratən fə-əxa zəthumus-saiqatu bi zulmihim
    (Bəqərə surəsi: 55, Nisə surəsi: 153),
    Yəni Musa peyğəmbər (ə) öz camaatından 70 kişi seçdi ki, bizim görüşümüzə gətirsin. Onlar dedilər: Sənə iman gətirməyəcəyik ta ki, Allahı açıq-aşkar görənə qədər. Özlərinə etdikləri zülmə (sözlərinə, əqidələrinə, əməllərinə) görə onları ildırım vurub (öldürdü)”.
    Və görünür ki, Peyğəmbərin (ə) (öz ağlı və elmi ilə) seçdiyi insan fasid oldu, nəin ki saleh! Və beləcə məlum olur ki, seçmək (səlahiyyəti) işi o kəsə məxsusdur ki, insanların sinələrində gizlətdiklərini və daxili sirlərindən xəbərdar olsun. Ona görə də mühacirlərin (məkkəlilərin) və ənsarın (mədinəlilərin) öz ağlı və elmləri ilə olan seçkinin (şura yolu ilə Xəlifə seçmələrinin) heçbir dəyəri yoxdur. Bir halda ki, Peyğəmbərlərin (ə.) öz ağılları və elmləri ilə seçdikləri insan saleh olmaq əvəzinə fasid olur.
    (Yəni Allah höccəti olan bir şəxs, rəhbər seçə bilmirsə, muhacir və ənsar necə şura edib özlərinə başçı seçə bilər?!).
    📓:Şeyx Səduq, “Kəmalud-din və Təmamun-Nimə” kitabı, cild 2/səhifə 202. “Cəmkəran” məscidi nəşriyyatı. Şeyx Huveyzi “Təfsiri Nurus-Səqəleyn” kitabı, cild 2/səhifə 76, hədis nömrə: 283)

Комментарии •