Miqrasiya. Miqrasiya növləri. İmmiqrantlar. Emiqrantlar.

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024
  • Miqrasiya. Miqrasiya növləri. Miqrantlar. Daxili miqrasiya. Xarici miqrasiya. Miqrasiyanın səbəbləri. Emiqrant. İmmiqrant. Mənfi miqrasiya saldosu. Müsbət miqrasiya saldosu. Qaçqın immiqrantlar. Miqrasiya axınları. Miqrasiya dərsləri.
    Əlavə material
    Əhalinin Miqrasiyası (Azərbaycan)
    Əhalinin daimi olaraq, yaxud müəyyən müddət ərzində yaşamaq üçün bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə köçməsinə miqrasiya deyilir. Miqrasiya latınca “köçüb getmək” deməkdir. Miqrasiya öz məqsədinə görə müxtəlif olur. Onu bir neçə qrupa bölürlər. Daxili və xarici, daimi, yaxud müvəqqəti, könüllü, yaxud məcburi miqrasiyalar bir-birindən fərqlənirlər.
    Miqrasiya öz səbəblərinə görə iqtisadi, sosial, siyasi, dini, ekoloji xarakter daşıya bilər, istiqamətinə görə isə kənddən şəhərə, şəhərdən şəhərə, kənddən kəndə, şəhərdən kəndə miqrasiya ola bilər. Əhalinin müəyyən yerdən köçüb getməsinəemmiqrasiya, köçüb gəlməsinə isə immiqrasiya deyilir. İmmiqrasiya iləemmiqrasiya arasındakı fərq bizə köçmə saldosunu verir. Əgər müəyyən zaman vahidində köçüb gələnlərin (immiqrantların) sayı köçüb gedənlərin
    (emmiqrantların) sayından artıq olarsa, saldo müsbətdir və əhalinin mexaniki artımına səbəb olur. Əks təqdirdə saldo mənfidir və əhalinin mexaniki azalmasına səbəb olur.
    Ağır tarixi keçmişinə baxmayaraq, könüllü miqrasiya Azərbaycan əhalisi üçün səciyyəvi deyildi. XIX əsrdən başlayaraq dünyada iqtisadiyyatın və sənayenin güclənməsi və urbanizasiya nəticəsində əhalinin miqrasiyası zəifləməyə başladı. Sonrakı dövrlərdə miqrasiya proseslərinə səbəb əsasən konfliktlər və müharibələr olmuşdur. XX əsrdə baş vermiş I və II Dünya müharibələri miqrasiyanın səviyyəsini və miqyasını yenidən genişləndirmişdir. XX əsrin 50-ci illərindən sonra miqrasiya saldosu daim mənfi qiymət almışdır. 1960-70-ci illərdə respublikadan 69,7 min nəfər adam getmişdir, bu da təbii artımın 5,3%-i qədərdir.
    1976-80-ci illərdə miqrasiya saldosu -74,9 min nəfər, sonrakı 5 ildə 116,3 min nəfər olmuşdur. XX əsrin 80-ci illərindən başlayaraq sovet rejimi zəifləməyə, separatçı meyllər isə yenidən güclənməyə başlandı.
    Bu hadisələr Azərbaycana öz təsirini daha tez göstərdi. Dağlıq Qarabağ ətrafında münaqişə qızışdığı bir dövrdə Ermənistan Respublikası öz ərazisində olan azərbaycanlıları kütləvi şəkildə deportasiya etməyə başladı və bu proses 1989-cu il dekabrın 8-ə qədər sona çatdırıldı. Nəticədə Azərbaycan Resplikası ərazisinə Ermənistandan 186 min azərbaycanlı, 18 min kürd-müsəlman, 3,5 min rus, xeyli digər qeyri-müsəlman millətlərin nümayəndəsi deportasiya olundu.
    Buna əsasən yeni müəssisələrin tikilməsi, təsərrüfat sahələrinin yaradılması və bununla əlaqədar olaraq Azərbaycana çoxlu sayda işçi qüvvəsi və ixtisaslı kadrın gəlməsi səbəb olmuşdur.
    İkinci Dünya müharibəsinə qədər Azəraycana xeyli miqdarda əhali köçmüşdür. Məhz 1921-1941-ci illərdə əhali artımının 473,5 min nəfəri və 34,4%-i mexaniki artım hesabına olunmuşdur. Bu dövrdə Bakı şəhərində respublikanın regionlarından gələnlər hesabına əhalinin sayı 304,2 min nəfər çoxalmışdır. 1939-cu ilin məlumatlarına görə, respublikada əhalinin xüsusi çəkisində ikinci yerdə ruslar dururdular. Bu dövrdə respublikaya 500 min nəfər rus miqrasiya etmişdir. Məhz bu ilin hesablamalarına diqqət yetirsək, respublika üzrə yalnız Abşeron əhalisinin sayında mexaniki artım hesabına artım müşahidə edilmişdir. Bu da qeyd
    etdiyimiz kimi, neft sənayesi müəssisələrinin Abşeronda yerləşməsi ilə əlaqədardır.
    XX əsrdə baş vermiş I və II Dünya müharibələri miqrasiyanın səviyyəsinə öz təsirini göstərmişdir. XX əsrin ikinci yarısından başlayaraq miqrasiya saldosu mənfi qiymət almışdır. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana təcavüzü güclənmiş və nəticədə 186 min azərbaycanlı 18 min kürd müsəlman millətləri Azərbaycana deportasiya olunmuşdur. Gürcüstandan 1944-cü ildə Qazağıstana və Mərkəzi Asiyaya sürgün edilmiş mesxeti türklərinin bir hissəsi Azərbaycana gəlmişdir. Onlar əsasən Xaçmaz, Saatlı və Sabirabad rayonlarında məskunlaşmışdılar.
    Tam məlumat: coqrafiya.blog...
    #Miqrasiya #coğrafiya #emiqrant #immiqrant #Miqrasiyanövləri #coğrafiyadim #coğrafiyadantestler #dim #miq #abituriyent #testlər
    Teqlər.
    Miqrasiya, Miqrasiya növləri, Miqrantlar, daxili miqrasiya, xarici miqrasiya, miqrasiyanın səbəbləri, emiqrant, immiqrant, mənfi miqrasiya saldosu, müsbət miqrasiya saldosu, qaçqın immiqrantlar, miqrasiya axınları, miqrasiya dərsləri,
    Miqrasiya, Miqrasiya novleri, Miqrantlar, daxili miqrasiya, xarici miqrasiya, miqrasiyanin sebebleri, emiqrant, immiqrant, menfi miqrasiya saldosu, musbet miqrasiya saldosu, qacqin immiqrantlar, miqrasiya axinlari, miqrasiya dersleri,

Комментарии •