İlhamə Quliyeva - Gözləmə (Lyrics)

Поделиться
HTML-код
  • Опубликовано: 28 июн 2024
  • İlhamə Quliyeva - Gözləmə (Lyrics)
    Söz - Dadaş Mehdi
    Musiqi - Hacı Xanməmmədov
    Hazırladı - Toğrul Əhmədov
    Foto - Toğrul Əhmədov
    Musiqini öz kanalında yerləşdirdiyinə görə Babayev Elxan Müəllimə dərin təşəkkürlər.
    Könlüm, isti yuva seç vədəsində,
    Sevgim, ömür yolun köç vədəsində,
    Eşqim bir şərbətdir, iç vədəsində
    Gün keçir, ay keçir, ili gözləmə.
    Gözləmə, gözləmə, gözləmə,
    Gülüm, gözləmə.
    Gün keçir, ay keçir, ili gözləmə.
    Geymə gül bədənə xara, yanaram,
    Çəkmə kirpiyinə qara, yanaram.
    Dərdimizə eylə çarə, yanaram,
    Göz yaşım sel olar, seli gözləmə.
    Gözləmə, gözləmə, gözləmə,
    Gülüm, gözləmə.
    Gün keçir, ay keçir, ili gözləmə.
    Qoyma ürəyimi ova həsrətin,
    Qıyma sənsizliyə uya həsrətin,
    Dostunu pis günə qoyar həsrətin,
    Olar fərağında həsrət, gözləmə.
    Gözləmə, gözləmə, gözləmə,
    Gülüm, gözləmə.
    Gün keçir, ay keçir, ili gözləmə.

Комментарии • 9

  • @togrulmemmedov5974
    @togrulmemmedov5974 14 дней назад +4

    Allah qəni-qəni rəhmət eləsin Sənətkarımıza

  • @Djaxan_134ECM
    @Djaxan_134ECM 13 дней назад +1

    Allah taala onu hər cəhətdən mukəmməl yaratmishdi,Bu dunyadan hormət və ehtiram apardi rəhmətlik!

  • @togrulahmadov3393
    @togrulahmadov3393 14 дней назад +5

    Ona min rəhmət, ruhuna hörmət 🙏

  • @togrulahmadov3393
    @togrulahmadov3393 14 дней назад +4

    Dostunu pis günə qoyar həsrətin,
    Olar fərağında aciz, gözləmə 😔

  • @AkbarAxmedov-up8dx
    @AkbarAxmedov-up8dx 14 дней назад +4

    Allah rəhmət etsin

  • @LeylaMecidova
    @LeylaMecidova 14 дней назад +3

    Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun 😢mən sevirəm bu qadını ❤

  • @FarizEsedov
    @FarizEsedov 13 дней назад +1

    Efsane senetkar allah rehmet elesin

  • @babayevelxan1960
    @babayevelxan1960 14 дней назад +4

    Toğrul bəy, İlhamə xanımın gözəl ifalarından biridir, bu mahnı. Paylaşdiginiz üçün sağ olun. Axtarıram çoxdan səslənmiş mahnılarını.