Ət yeməyən insanın orqanizimində bunlar baş verir

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • Orqanizmin özünə gəlməsi və yaxşılaşması üçün ən çox köməyi dəyəcək qidalar haqqında danışarkən qırmızı əti siyahının başına qoymalıyıq. Xüsusilə, ağır məşqlərdən sonra, stress, travma, cərrahi əməliyyat sonrasında rasionda qırmızı ətin olması mütləqdir.
    Düzdür, digər ətlərdən eləsi var ki, iltihab əleyhinə çıxış etməsiylə məşhurdur. Amma orqanizmin ümumi sağlamlığı üçün heyvan mənşəli ət, xüsusilə, qırmızı ət vacibdir. Qırmızı ət təkcə proteinlə zəngin olmaqla deyil, digər faydaları ilə də rasionda öz yerini tutmalıdır. Maraqlı bir faktı da demək istəyirəm: qırmızı ətə qarşı allergiyası olan insan tapmaq mümkün deyil. Halbuki, fıstığa, yumurtaya, dəniz məhsullarına, buğdaya, hətta soya əsaslı qidalara belə, allergik reaksiya göstərən orqanizmlər var.
    Son 30 ildə dietoloqlardan, bəzən həkimlərdən də belə cümlə eşidirik: “Daha sağlam olmaq üçün qırmızı əti az yeyin”. İddialar arasında inəklərin iqlimi məhv etdiyi də var ki, olduqca axmaq fikirdir.
    Qırmızı ət olmadan orqanizmin özünübərpası mümkünsüzdür-bunu artıq qəbul etməliyik. Burada inək ətinin ən faydalı qırmızı ət olduğunu vurğulamaq istəyirəm. İnək əti proteinlə zənginlik baxımından digər ət növlərindən öndədir.
    Orqanizmin sağalması və özünübərpası üçün lazım olanlara baxaq:
    -amin turşuları;
    -heyvan mənşəli protein;
    -konsentrasiyalı protein;
    Qırmızı əti yumurta ilə müqayisə etsək, əminliklə deyə bilərəm ki, qırmızı ətdəki amin turşuları yumurtadakından 2 dəfə çoxdur. Eyni zamanda, qırmızı ətdə yumurtaya nisbətən 1,5 dəfə çox dəmir, 2,2 dəfə çox maqnezium, 3,7 dəfə çox sink, 50 dəfə çox B3 vitamini, 2 dəfə çox B1 vitamini, 4 dəfə çox B6 vitamini, 2 dəfə çox B12 vitamini, 4 dəfə çox K vitamini, 5 dəfə çox Omega-3 yağ turşuları var.
    Təbii ki, burada sənaye müəssisələrində yetişdirilən inəklərin ətindən bəhs etmirəm. Örüşdə otlayan, dağ çayından su içən inəklərin ətindən danışıram. Məsələni anlamaq üçün toyuq fermalarındakı toyuqlarla kənd toyuqlarının müqayisəsinə baxaq. Fermalardakı toyuqlar bütün gün taxıl yeyir. Nəticədə, onların orqanizmindəki Omega-3 və Omega-6 səviyyələri pozulur.
    Yumurta da sağlam protein mənbəyidir. Lakin inəklərin qaraciyərində yumurtadakından 73 dəfə çox A vitamini var. Yumurtalar inək ətindən yalnız bir məqamda öndədirlər: onlar xolinlə daha zəngindirlər.
    Qırmızı ətin faydaları
    B2 vitamininə malik inək ətinin faydalarından danışarkən 4 nöqtəyə diqqət çəkmək istəyirəm:
    1) Karnitin. Yağın hüceyrənin enerji fabriki olan mitoxondriyə daşınmasına kömək edən birləşmədir. Karnitin olmasa hüceyrələr enerji ala bilməz. İdman edərkən bizə sürətli enerji verən məhz karnitindir. Bir növ, yanacaq daşımaq kimi vəzifəni yerinə yetirən karnitin bu prosesdə toxumaların yaxşılaşmasına, bərpasına da təkan verir. Yəni təkcə əzələləriniz üçün deyil, bütün biokimyanız üçün protein xammaldır. Kofaktor olan vitaminlərə də, yanacaq rolundakı bu maddələrin orqanizmdə daşınmasına da ehtiyacımız var. 100 qr qırmızı ət ilə 100 qr yumurtanı müqayisə etsək, görərik ki, qırmızı ətdə karnitin miqdarı 150 milliqram ikən yumurtada bu göstərici, sadəcə, 7 milliqramdır. Yalnız burada bir şeyi qeyd etməliyəm: karnitinlə zəngin ətlər siyahısında inək əti ikincidir. Birinciliyi quzu əti zəbt edib;
    2) Kreatin. Kreatin bizə sürətli enerji verir; yanacaq olaraq istifadə edilir. Ağır idman məşqləri, saatlarla davam edən gərgin fiziki iş zamanı orqanizm kreatinə ehtiyac duyur. Buna görə də, əzələlərini bərkitmək istəyənlər, ağırlıq qaldıranlar, daimi məşqlər edənlər kreatini qida əlavəsi kimi qəbul edirlər. Dünyada yeyilə bilən qidalar içərisində ən çox kreatin məhz qırmızı ətdədir;
    3) Karnozin. Karnozin pH-ı balanslaşdırır. Əzələnin süd turşusu səviyyəsini nizama salır. Əgər idmanla məşğul olursunuzsa bu birləşmə özünü yetirir, daha uzun zaman özünüzü gümrah hiss edəsiniz deyə, turşunu neytrallaşdırır. Çünki pH əzələnin oksigen balansını pozur. Bu məqamda karnozin antioksidant kimi çıxış edir. Bundan əlavə, məşq sonrası mərhələdə əhval-ruhiyyənin yaxşılaşmasına, orqanizmin ümumən özünü toparlamasına kömək edir. Karnozin “Qabaqcıl qlikasiya məhsulları” (AGE) adlanan şeyin azalmasında da önəmli rol oynayır. “Qabaqcıl qlikasiya məhsulları” haqda məlumatı olan varmı? Qısaca izah edim: şəkər molekulunun bir protein molekulu ilə bağlandığnı, orqanizmdə ilişib qaldığını bildirən termindir. “Qabaqcıl qlikasiya məhsulları” bir növ orqanizmdə tıxac yaradır, müəyyən proseslərin baş tutmasına, irəliləməsinə mane olur. Qeyd edim ki, “Qabaqcıl qlikasiya məhsulları” adlanan vəziyyət həddən artıq şəkər qəbul etməkdən qaynaqlanır. Karnozin məhz bu tıxacdan yaxa qurtarmağa kömək edir. Dolayısı ilə, ömrü uzadır. Qidalar arasında ən çox karnozin qırmızı ətdə mövcuddur;

Комментарии • 19

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 4 дня назад +3

    FAYDALI VIDEODIR ÇOX SAĞOLUN

  • @EhedHaslov
    @EhedHaslov 3 дня назад +1

    Təşəkkür sizə

  • @EyubSeyidov
    @EyubSeyidov 4 дня назад +2

    Faydalı məlumatdır.Çox sağ olun.

  • @solmazsemedova7322
    @solmazsemedova7322 4 дня назад +2

    Çox sağolun ki,bizi məlumatlandırırsınız.

  • @ImranCbraylov
    @ImranCbraylov 4 дня назад +2

    Salam mən də sizə çox çox təşəkkür edirəm verdiyiniz məlumata görə ❤

  • @vatanseven9231
    @vatanseven9231 4 дня назад +2

    Ay ogul cox hekim deyirki et yemeyin bedende raki guclendirir biri deyi yumurta salmanela xesteliyini yaradir Vallah bilmirsen artiq ne yeyesen 🤔😱😡😞 Allaha sukurki etinde qiymeti qalxib dagin basina ona gorede olum coxalib cunki milet et alib yeye bilmirler bedenin umuteti olur insanin gucu quvvetide qalmir nece alsinlar eti bes alti aydi pensiyalar qalxir ay budu qoyma getdi pensiya 30 manat qalxib bunuda kilo yarim et aldin getdi kulfet olanlar nece gun yeyecek bir defelikdir bes sonra ona gorede ay ogul ne et almaga ne kend toyugu almaga miletin gucu catmir cox pis gune qaldiq Allah dadimiza catsin amin insallah 🙏🙏🤲🤲

  • @asifesgerov3284
    @asifesgerov3284 4 дня назад +1

    Salam ət bahadı.

  • @cevahirismayilova2501
    @cevahirismayilova2501 4 дня назад +2

    Salam HƏKİM, mədənin qıcqırmasının səbəbi nədir ?
    Mədə turşusu yeməklərin bəzilərini qəbul edəndə artır .

  • @EyubSeyidov
    @EyubSeyidov 4 дня назад +1

    👍👍🏻👍👍🏻

  • @Gizli_biri875
    @Gizli_biri875 3 дня назад +1

    Pul varki ət yeməyə🥲

  • @Y.M1020
    @Y.M1020 4 дня назад +1

    İnək əti yox dana əti

  • @samirdavudov145
    @samirdavudov145 4 дня назад +2

    Bahadur Seyidov necesiz etin qiymetini yegin bilirsiz?

    • @YakupTv1-x
      @YakupTv1-x 4 дня назад +3

      Bilir imkanın qədər yede bacardıqca adam var ət yemir onlara əsas aidi hu video

  • @tehranelifov1145
    @tehranelifov1145 4 дня назад

    Düzdü ət ala bilmirikda biz 😂

  • @İsmayilovİsmayilov-f3y
    @İsmayilovİsmayilov-f3y 4 дня назад +1

    Nəoldu bir vaxtlar deyirdüz ət yeməyin indi yeyün qəssəblər nəqədər ötürüb sənə.ət alan yoxdu hə😂😂

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 4 дня назад +1

    Ətin qiyməti qalxıb ceyran belinə.

  • @leyla.b.6435
    @leyla.b.6435 4 дня назад

    Biri deyir yeyin biri deyir yemiyin hansına inanaq