Şamil Ənvəroğlu - Səni sadəcə sevmədim ki - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • #kamranyunis #kamranmyunis #poeziyateatrı #şamilənvəroğlu
    #şeirlər #sevgişeirləri #eminsabitoğlu #şiirler #poeziya
    Şamil Ənvəroğlu - Səni sadəcə sevmədim ki
    Bəstəkar - Emin Sabitoğlu - Bizi bağışlayın
    Səni sadəcə sevmədim ki,
    bir başqa bildim səni.
    O ki, fırtınaya düşən bir gəmi var ha,
    bax onun qoynuna tələsdiyi liman kimi məsələn...
    Səni elə-belə sevmədim ki,
    bir başqa istədim səni.
    Hanı o deyirlər ha,
    tutunub yaşayırlar,
    həyata bağlanırlar,
    bax o sonuncu güman kimi məsələn...
    Səni sadəcə sevmədim ki,
    tamam fərqli bildim səni.
    O uşaqlıqda duyduğumuz xoşbəxtlik nağılları vardı ha,
    bax onlardakı o tərtəmiz zaman kimi məsələn...
    Səni sadəcə sevmədim ki,
    bir başqa gördüm səni.
    O ki, hər anında güvənib yanında istədiyin var ha,
    bax o hər kəsin olacaq İNSAN kimi məsələn...

Комментарии • 119