Şamil Ənvəroğlu - Dəli kimi sevənlər də var - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2024
  • #şamilənvəroğlu #kamranmyunis #kamranyunis
    #qaraqarayev #poeziya #şeirlər #kinomusiqi
    Şamil Ənvəroğlu - Dəli kimi sevənlər də var
    Bəstəkar - Emin Sabitoğlu - “Özgə ömür" filmindən musiqi
    Darıxmıram ki,
    ürəyimi ləçək-ləçək qoparıram bu həyat bizə də nə vaxtsa
    "güləcək, gülməyəcək" deyə.
    Üzülmürəm ki,
    özümdən nağıllar uydurub sonunda düşəcək o üç almanı gözləyirəm "düşəcək, düşməyəcək" deyə.
    İncimirəm ki,
    qəlbimin sınan yerlərini ümidlərimlə yamayıram
    "bitişəcək, bitişməyəcək" deyə.
    Ağlamıram ki,
    gözümdən məyvəsini dərirəm qəlbimdəki dərd ağacının və səssizcə gözləyirəm yenə də
    "bitəcək, bitməyəcək" deyə.
    Yaşamıram ki,
    arzularımı toplayıram, çıxıram, günlərimi vururam, bölürəm, yerdə nəsə " qalacaq, qalmayacaq" deyə.
    Ölmürəm ki,
    nəfəs-nəfəs tükənsəm də,
    gündə yüz yol büdrəsəm də, Günəşimə boylanıram
    "doğacaq, doğmayacaq" deyə.
    Dəli kimi səvənlər də var, elə hey gözləyərlər uzanan əllərini sevdikləri nə vaxtsa
    "tutacaq, tutmayacaq" deyə.

Комментарии • 85