Makron NATO-nu mənasız hesab edir - FRANSA NATO-DAN AYRILMAQ İSTƏYİR?

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • İnstagramda bizi izlə: / monitor.baku
    Telegram kanalına abunə ol: t.me/Monitortv...
    Facebookda bizi izlə: / monitor-108773594248965
    Fransa prezidenti Emmanuel Makron artıq NATO-nun varlığını mənasız saydığını bildirib. Fransız lider artıq bu təşkilatın aktual olmadığını qeyd edib.
    Fransa dövlət başçısının sözlərinə görə, Şimali Atlantika Alyansı vaxtilə SSRİ ətrafında qurulan və hazırda mövcud olmayan Varşava müqaviləsi təşkilatına qarşı dayanmaq üçün yaradılıb.
    "Bəzən biz artıq olmayan bir ideologiya və ya təşkilatla savaşmağa davam edirik. Bu isə Avropanın özünün bölünməsinə gətirib çıxarır",-deyə Emmanuel Makron “Financial Times” qəzetinə müsahibəsində bildirib.
    Bundan başqa, prezident Makron BMT Təhlükəsizlik Şurasının da fəaliyyətini tənqid edib. Onun fikrincə, bu qurum iri regional münaqişələrin həlli vasitəsi kimi sıradan çıxıb. Məsələn, Şura ABŞ və Çin arasındakı gərginliyi önləyə bilərdi, lakin Makrona görə, Çin Xalq Respublikası çətin ki bununla razılaşsın.

Комментарии •