Uşaqlığın əyriliyi sonsuzluq yaradırmı?
HTML-код
- Опубликовано: 24 окт 2019
- Facebook: / uzm.dr.resadsultan
İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
Tel: +994 51 717 55 15
Əslində uşaqlığın əyriliyi deyə bir anlayış yoxdur. Amma çox yerdə pasientlərə bu tip diaqnozların qoyulduğunun şahidi oluruq. Uşaqlıq 95 faiz hallarda önə doğru əyilmiş və önə doğru bükülmüş vəziyyətdə olur. Bu uşaqlığın ən çox rast gəlinən formaısıdr. Bunu bəzi həkimlər pasientlərə bir problem əlaməti kimi çatdırırlar. Buradan bütün qadınlara mesaj vermə istəyirəm ki, uşaqlığın önə doğru əyilmiş olması onun ən çox rast gəlinən təbii halıdır. Bu vəziyyətdən qorxmaq, narahat olmaq, xəstəlik əlaməti kimi baxmaq lazım deyil.
Bəzi hallarda uşaqlıq arxaya doğru əyilmiş olur. Məsələ budur ki, uşaqlığın arxaya doğru əyilməsi, sağa və ya sola meyl etməsi, neytral vəziyyətdə düz formada dayanması da hansısa bir xəstəlik əlaməti deyil. Ən çox bu diaqnozu uşaq sahibi olmaq istəyən, amma hamilə qala bilməyən qadınlara qoyurlar.
Daha ətraflı videoda...
Mənə də bu diaqnoz qoyulmuşdu, çox sağ olun, ürəyim rahatladı, ALLAH sizdən razı olsun 🤲🙏
Cox saqolun dok menede deyibler eyrilik var guclu mualice lazimdi dediler
Menim bir 9glum var ondan sora 2 defe qaldim usaqa abort edim cuki usaq balaca idi deye inde agrilarmi var uziye dusdum dediler matqa etilib hekime yazulub bes doxdor gamile qala bileremi dogusda qorxusu varmi xais edirem cavab yazin vilen varsa
salam doktor...Matka ne sebebe eyilir?
Salam hekim matqa sola eyilib küt agrı verir ne etmek olar?
Salam uşaqlogın atmaması nedir?
Uşağlığ əyrliyi düzdü məncə 8 ayın gəlnyəm və gələndən 3 ay sonra ağrlardan ölrdüm gedim uşağlğmı düzəldirdim və ağrlarım hamsı geçdi
Salam mənim üşağlığım sağa eylib matkamda hiss edremki o hiseye eylib emeliyat keçrmşəm sağ durbalığım götrülüb onan sonra olub bele
Uwaqligin yuxarda olmasi hamileliye mane olurmu??
Mende dediLer qorxdum
Yoxx yaratmir
Mene ultrasonda saqa doqru eyilib dedi .sukur ki ureyim rahtlandi
mendede eyridi qiz vaxtindqn 2 dene usaqim var. dusuy riskimde hecvaxt olmayib.
Menim qohumum var anadan gelme usaqliw yilu eyriri ama usaqlari var axi
Nese ediler ki Beyli çeklib ? Mende andagelme Di çekdirmisem 3 aydi Amma uşaqim yoxdu😢
Niye yoxdur ki var..usaqligim eyri olub bukulduyu ucun 2 ildir hamile qala bilmirdim masaj yazib hekim
Hamilə qala bildiz?
Xeyir.ikinci usagim inkisafdan qaldi 2 il bunan qabaq abort oldum.o da 2 ildir usaga qala bilmirem.yene hekime gedecem
Salam doktor men 4 heftelik hamileyem. Hele hekime getmemisem sadece normal evde test etmisem. Sizden sorusmaq isteyirdim ki bugun azca qanamam ve qarnimda ara ara agrilarim olur. Bu dusuye sebeb ola bilermi
Farida Ramazanova salamm ınssallshh yazsı olarrr nece oldunuz
Mendede eyrı olubb helde ana olmusammm
belizi cekdirin rayon yerlerinde neneler bilir meninde belimi cekdiler qaldim uwaqa cox duzdu bel cekmey coxda uwaqa qaliblar onan sora inwallah sizde esirin qalarsin 🤲
MERS yoxx bacii mende yumrta azdi amh 021 qaldim dusdu kecen il
@@vefahesenova8562 usax oldu sizde.olmaybsa yazn yonlendrim sizi
@@maliscalis7953 qizim oldu 1 yas bir ayliqdi hekimim Natiq mehremov
@@mers1493 salam bəs bel cəkdirəndən sora nə etmək lazimdi?mən iki gundu cəkdirmisəm deyirlər bəs ancaq uzanmaq lazimdi mqn isə is falan gorurəm
Salam. Mənə yəhərvaridir dedi. Bunun anlamı nədir?
Mendede yeher variydi emeliyat oldum duzeldi iki buynuzlunun başqa formasi
@@zamanzaman577 Elə olmağının nə kimi zərəri varki? Niyə əməliyat olduz? Mənə heç nə demədilər, məlumatsızam.
@@nerminshahbazova7976 Hamile qalirdim uşaq duşurdu 2 defe duşdu emeliyatdan sora sora şukur yaxşiyam
@@zamanzaman577 Çox şükür. Mənim bir uşağım var idi mənə deyəndə, yəqin ona görə heç nə deməyiblər. Çox sağ olun.
@@nerminshahbazova7976 şükür mende hamileyem😍
Bu diaqnozu puldat otru bele deyoller Allah nece yaradibsa bendesini eledi savadsiz hekimlere inanmayin