Uşaqlığın anadangəlmə qüsurları - Müalicəsi varmı?

Поделиться
HTML-код
  • Опубликовано: 16 июл 2019
  • Facebook: / uzm.dr.resad. .
    İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
    Tel: +994 51 717 55 15
    İkibuynuzlu uşaqlıq müller axacaqlarının orta hissəsinin tam birləşməməsi nəticəsində formalaşır. İki boşluq və bir boyundan ibarət olur. Nadir hallarda normal bir uşaqlıq yolu və ya hissəvi arakəsməsi olan uşaqlıq yolu ilə birləşən iki boşluğu olur. Uşaqlığın inkişaf anomaliyalarının 20%-də tam ikibuynuzlu uşaqlıq - iki ayrı boşluqlu orqan aşkar olunur. Natamam ikibuynuzlu uşaqlıq ürəyin simvolik şəklinə bənzəyir, ümumi boşluq və az və ya çox nəzərəçarpan çıxıntı ilə ikiyə bölünmüş dibə malik olur.
    Təkbuynuzlu uşaqlıq müller axacaqlarından birinin inkişafının ləngiməsi və ya dayanması, digərinin isə normal inkişafı nəticəsində yaranır. Uşaqlığın Müller axacaqlarının inkişafının pozulması nəticəsində yaranan anomaliyalarının təxminən 13%-ni təşkil edir. 50% hallarda bu patologiyaya sidikçıxarıcı sistemin anadangəlmə qüsurları ilə müştərək şəkildə rast gəlinir. Uşaqlığın inkişafının bu anomaliyasının 4 forması ayırd edilir: rudimentar buynuzsuz; boşluqsuz buynuzlu; boşluğu uşaqlıq boşluğu ilə birləşən buynuzlu; izoləolunmuş boşluğu olan buynuzlu.
    Adətən birincili alqomenoreya ilə müşayiət olunur, amenoreya və ya uşaqlıq qanaxmalarına da rast gəlmək olar. Uşaqlığın inkişafının bu anomaliyalarından əziyyət çəkən bəzi xəstələr cinsi akt zamanı ağrıdan şikayətlənirlər. Xəstələrin bir qismində sonsuzluq müşahidə olunur. Digər qadınlarda hamiləlik mümkündur, lakin hestasiyanın sonu uşaqlığın ölçülərindən asılıdır. Statistikaya görə 50% hallarda hamiləlik spontan düşüklə nəticələnir.
    Vaxtından əvvəl doğuş halları uşaqlığın bu inkişaf anomaliyaları olan xəstələrin 15%-də rast gəlinir. Dölün yaşama qabiliyyəti təxminən 40% təşkil edir. Əksər hallarda bətndaxili inkişafın ləngiməsi və qeyri-düzgün doğuş gəlişi hallarına rast gəlinir. Təkbuynuzlu uşaqlıq zamanı təhlükəli vəziyyət uşaqlıq boşluğu ilə birləşməyən buynuzda qanın toplanılması zamanı yarana bilər. Bu anomaliyanın daha bir təhlükəli halı rudimentar buynuzda baş tutan hamiləlikdir. Buynuzun kiçik ölçülü olması belə hamiləliklərin uşaqlığın cırılması və güclü qanaxmalarla nəticələnməsinə səbəb olur.
    Uşaqlığın inkişaf anomaliyalarının xüsusiyyətlərini dəqiqləşdirmək üçün invaziv müayinə üsullarından -histeroskopiya və laparoskopiyadan eyni zamanda istifadə olunur. Bu üsullar uşaqlığın boşluğunun forma, həcmi və vəziyyətini qiymətləndirməyə, bitişməyən buynuzun olmasını təyin etməyə fallopiya borularının yanaşı gedən patologiyaları və digər pozğunluqların olmasını aşkar etməyə kömək edir. Qeyri-travmatik MRT və dəqiq USM invaziv müayinələrin müasir alternativ formasıdır.
    Ageneziya (uşaqlığın tam yoxluğu) nadir patologiya sayılır, əsasən çoxsaylı anadangəlmə qüsurları olan dölün yarılması zamanı aşkar olunur.
    Yəhərəbənzər uşaqlıq uşaqlığın inkişaf anomaliyalarının 23%-ni təşkil edir, dib hissəsində, yəhərəbənzər dərinliklə müşahidə olunur. Tam və ya hissəvi uşaqlıqdaxili arakəsmə ilə ayrıla bilər. Əksər hallarda simtomsuz gedişə malik olur. Bəzi xəstələrdə hamiləliyin normal gedişi və doğuşun müvəffəqiyyətlə başa çatdırılması qeyd edilir. Digər hallarda bu anomaliyalar zamanı hamiləliyin axıra çatdırılmaması, dölün çanaq gəlişi, ciftin patologiyası, vaxtından əvvəl doğuş, zəif və ya diskoordinasiyalı doğuş fəaliyyətinə rast gəlinir. Uşaqlığın bu inkişaf anomaliyasının diaqnozu USM, histeroskopiya, MRT və digər instrumental müayinələrin nəticələrinə əsasən qoyulur.
    Uşaqlıq və uşaqlıq yolunun ikiləşməsi - qadın cinsiyyət orqanlarının duplikasiyasının ən çox rast gəlinən formasıdır. Uşaqlığın bu inkişaf anomaliyalarının ən geniş yayılmış forması uşaqlıq və uşaqlıq yolunun eyni zamanda ikiləşməsidir, nadir hallarda umumi uşaqlıq yolu olan iki uşaqlıq aşkar olunur. Orqanlar adətən bir-birinə az və ya çox söykənmiş, yaxud da hissəvi yapışmış olur. Bundan əlavə sidik kisəsilə ayrılmış iki uşaqlığın olması halları da mümkündür. Bu anomaliya zamanı orqanların yetişmə dərəcəsi fərqli olur: hər iki tərəfdə eyni dərəcədə inkişaf etmiş uşaqlıq və inkişaf etmiş uşaqlıq yolu və ya orqanların bir tərəfdə tam inkişaf etdiyi halda, digər tərəfdə rudimentar formada qalması. Qoşa orqanların hər ikisinin normal inkişafı zamanı aybaşı və hamiləlik istənilən uşaqlıqda baş verə bilər. İki uşaqlıq yolunun olması ginekoloji müyinə zamanı aşkarlanır. Diaqnozun təsdiqlənməsi üçün USM, histeroskopiya və digər müayinələr təyin olunur.

Комментарии • 54

  • @qizlarimfm5589
    @qizlarimfm5589 4 года назад

    Cox gozel bawa saldiz

  • @gulays5475
    @gulays5475 5 лет назад +1

    Ikibuynuzlu usaqligdan etrafli danismadz doktor

  • @guluzamanli7619
    @guluzamanli7619 5 лет назад +1

    Salam Doktor. Uşaqlıq boynu olmaması haqqında danişardız zəhmət olmasa

  • @ulviyekerimova1365
    @ulviyekerimova1365 4 года назад

    Matqanin olmamagi ola bilermi? Ve yaxud matqani cixarmag olarmi?

  • @knlhsnv706
    @knlhsnv706 3 года назад

    Salam həkim .xaiş edirəm birinci dərəcəli infantil uşaqlıq haqqında danışardız.

  • @abbasovmusviq6830
    @abbasovmusviq6830 3 года назад +1

    Usaqligin oval olmasi problemdirmi ?

  • @tofiqcelilov6015
    @tofiqcelilov6015 5 лет назад +1

    Salam doktur məndə test hamiləlik göstərdi uzidə görünmədi sonra bir gün aybaşı oldum bu necə və nədən ola bilər xahiş edirəm cavablandırın

  • @Yoongi_Kpop.777
    @Yoongi_Kpop.777 Год назад

    Salam həkim uşaqlığın geridə yerləşməsi haqqında məlumat verərdiz

  • @gunelismiyeva2370
    @gunelismiyeva2370 2 года назад

    uşaqlıq borularında xəsdəlik olsa yumurtalıqlarda prablemli olur doxtur?

  • @tahminaqafarliqafarli6614
    @tahminaqafarliqafarli6614 3 года назад +1

    Bir gedin turklere baxin nece izah edirler... hechne anlamaq olmur sizin izahdan

  • @nazliniyazova7895
    @nazliniyazova7895 4 года назад +1

    Salam menim sizs bir sualim olacaq xayiw cavablanrasz men her ayin 26 ay bawi vaxtimdi 4 gun cekir hetde vaxtimdan tez oluram gec olnuram bew aydi evliyem. Bir hamileliyim xede olduqu ucun uwaa suni doguw etdim ve men bunu bilmey isdeyirem kii men ay bawidan nece gun sonra elaqede olum uwaqa qalim??????? Xayiw cvb vererdizde

  • @mnaszhyat2738
    @mnaszhyat2738 5 лет назад +1

    Salam dokdur məndə uşaqlıqda bir problem yoxdur .Ama borumda anadan gəlmə keçiricilik zətifdi deyirlər bilmək istərdim mən o boru ilə hamilə qala bilərəmmi sol borudu sağ borumu 6 il bunnan qabaq kisdadan əməliyatda götürüblər

  • @nezaketqarayeva549
    @nezaketqarayeva549 4 года назад +1

    Mendede iki buynuzludu usaq qalmaga problemlidi

  • @eminbebirli8060
    @eminbebirli8060 3 года назад

    Salam hekim sizin nömresin

  • @elnaramirzeliyeva6067
    @elnaramirzeliyeva6067 4 года назад

    Mendede iki buynuxldu 6ildi usagim olur dusur

    • @user-tl1wc1pg9e
      @user-tl1wc1pg9e 4 года назад

      Mende de iki buynuzlu uwaqliqdi menimde 6 ildi olmur hekimler ele deyir narahat olma olacaq ama hecne olmur😔😓

    • @elnaramirzeliyeva6067
      @elnaramirzeliyeva6067 4 года назад

      @@user-tl1wc1pg9e he menede deyler narahat olma olacag olmurki olmur bu ilde olmasa emelyat edrecem😓

    • @xhxhxhxh5367
      @xhxhxhxh5367 4 года назад

      Xanım bir tanisdada elə idi əməliyat etdrdi

    • @elnaramirzeliyeva6067
      @elnaramirzeliyeva6067 4 года назад

      @@xhxhxhxh5367 emelyatdan sonra oldu?

    • @xhxhxhxh5367
      @xhxhxhxh5367 4 года назад

      @@elnaramirzeliyeva6067 indi üç aylıqdı tikiş atacaqlar.gorey necə olacaq.iksi 6 aylıq düşüb