Salam Elmar müəllim. Zehnin nə olduğunu dəqiq anlaya bilmədim. Zehin neyronlar şəbəkəsidir yoxsa bu şəbəkədəki datadır? Data axı hafizədir. Ümumiyyətlə data beyində neyronların daxilindəmi saxlanılır? Zehinlə Şüur arasında başqa dillərdə fərqi tapa bilmədim. Ümumiyyətlə birinin zehin dediyinə digəri şüur, zəkaya intellekt, intellektə ağıl və s. kim necə istəyir deyir. Bir allahın qulu da çıxıb bu termin qarmaşasını aradan qaldırmaq üçün digər dillərlə müqayisəli bir lüğət yazmır. Zehin fəlsəfəsi dediyiniz İdrak fəlsəfəsidirmi? Mümkin olsaydı bir canlıda suallara cavab tapardıq.
Maraqlanıb izlədiyiniz üçün təşəkkür edirəm. Bəli, tamamilə razıyam ki, bizim dildə təəssüf ki, elmi-fəlsəfi sahədə terminoloji qarışıqlıq mövcuddur. Bunun aradan qaldırılması üçün bizim dildə müxtəlif mövzularda, o cümlədən zehin fəlsəfəsi mövzusunda akademik kitabların yazılması zərurəti vardır. Amma şəxsi təcrübəmdən deyə bilərəm ki, bunun ən asan tərəfi belə bir kitabın yazılmasıdır, ən çətin tərəfi isə kitabın nəşr xərclərini qarşılamaqdır. Oxucu auditoriyasının olduqca kiçik olması isə sərf edilən zaman, enerji və iqtisadi resursları heç olmazsa qismən olsa da təmin etmir. Ona görə də bizdə sizin qeyd etdiyiniz çətinliklərin aradan qalxması prosesi ləng edir. Amma sizin sualların cavabladırılması, ən azından əsas açar anlayışların məzmununun aydınlaşdırılması, eləcə də onların ingilis dilində olan qarşılığının tapılması üçün video-mühazirə hazırlayaraq kanalda yerləşdirərəm.
Sizin sualınızı buradan cavablandırım. Hər bir insanın mərkəzi sinir sistemi (baş beyin + onurğa beyni) təqribən 100 milyard neyrondan (xüsusi tip hüceyrədən) ibarətdir. Hər bir neyronun mərkəzi hissəsi (nüvəsi və s.), informasiya ötürdüyü kanal (akson) və informasiya qəbul etdiyi kanalları (dentritlər) mövcuddur. Hər bir neyron 5 min (bəzi mənbələr hətta 10 min yazırlar) digər neyron ilə informasiya mübadiləsinə girə bilər; hər informasiya kommunikasiyası üçün iki neyron arasında xüsusi sahə (sinaps) açılır və dərhal sonra qapanır. Fiziki anlamda əslində neyronlararası siqnalların mübadiləsi baş verir ki, hər bir siqnal da özündə müəyyən informasiyanı daşıyır və deməli, hər bir neyron informasiya tutumludur. Bu mənada beyin bir növ komputerin hardware hissəsinin funksiyalarını icra edir, amma müqayisədə dəfələrlə mürəkkəb bir fiziki sistemdir. Neyronlarası informasiya mübadiləsi fasiləsiz davam edir, çünki beyinin bəzi pay mərkəzləri və ya tərkib hissələri daimi və ya müvəqqəti olaraq faəliyyətini dayandıra bilər, amma bütövlükdə beyin daim fəaliyyətdədir, bizim daxili orqanlarımızın və davranışımızın kontrol mərkəzidir. Olduqca mürəkkəb alqoritm üzrə informasiya mübadiləsi insan beynində informasiya şəbəkəsini formalaşdırır ki, biz bunu zehin adlandırırıq. Bu mənada zehin komputerin software hissəsinin funksiyasını icra edir. Burada yaddaş zehinin tərkibinə daxil olan yalnız bir elementdir; yaddaşdan başqa bura şüur, qavrayış, təfəkkür, mühakimə və s. daxildir. İnsan onun zehnində (ing.Mind) toplanmış olan və aktiv şəkildə cərəyan edən informasiyaların yalnız bir hissəsinin mövcudluğunun fərqindədir (ing. Awareness). Fərqindəlik insanda şüur (ing.Consciousness) vəziyyətini formalaşdırır. İnsanın fərqində ola bilmədiyi (ing. Unawareness) hissə isə qeyri-şüur (ing. Unconsciousness) vəziyyətini formalaşdırır. Qeyd edilən terminoloji mürəkkəblik hətta ingilis dilində olan ədəbiyyatlarda da mövcuddur, amma mənim oxuduqlarım nəticəsində gəldiyim qənaət olduqca sadələşdirilmiş şəkildə belədir. Ümumiyyətlə, mövzu olduqca geniş və bir sıra istiqamətlərdə interpretasiyalara və növbəti kəşflərə açıq olduğundan mənim qeyd etdiklərimin alternativ variant və izahları şübhəsiz ki, mövcuddur.
Təşəkkür edirəm, olduqca maraqlı və zəngin bir podcast idi.
Maraqlanıb dinlədiyiniz üçün mən təşəkkür edirəm.
Salam Elmar müəllim. Zehnin nə olduğunu dəqiq anlaya bilmədim. Zehin neyronlar şəbəkəsidir yoxsa bu şəbəkədəki datadır? Data axı hafizədir. Ümumiyyətlə data beyində neyronların daxilindəmi saxlanılır?
Zehinlə Şüur arasında başqa dillərdə fərqi tapa bilmədim. Ümumiyyətlə birinin zehin dediyinə digəri şüur, zəkaya intellekt, intellektə ağıl və s. kim necə istəyir deyir.
Bir allahın qulu da çıxıb bu termin qarmaşasını aradan qaldırmaq üçün digər dillərlə müqayisəli bir lüğət yazmır.
Zehin fəlsəfəsi dediyiniz İdrak fəlsəfəsidirmi?
Mümkin olsaydı bir canlıda suallara cavab tapardıq.
Maraqlanıb izlədiyiniz üçün təşəkkür edirəm. Bəli, tamamilə razıyam ki, bizim dildə təəssüf ki, elmi-fəlsəfi sahədə terminoloji qarışıqlıq mövcuddur. Bunun aradan qaldırılması üçün bizim dildə müxtəlif mövzularda, o cümlədən zehin fəlsəfəsi mövzusunda akademik kitabların yazılması zərurəti vardır. Amma şəxsi təcrübəmdən deyə bilərəm ki, bunun ən asan tərəfi belə bir kitabın yazılmasıdır, ən çətin tərəfi isə kitabın nəşr xərclərini qarşılamaqdır. Oxucu auditoriyasının olduqca kiçik olması isə sərf edilən zaman, enerji və iqtisadi resursları heç olmazsa qismən olsa da təmin etmir. Ona görə də bizdə sizin qeyd etdiyiniz çətinliklərin aradan qalxması prosesi ləng edir. Amma sizin sualların cavabladırılması, ən azından əsas açar anlayışların məzmununun aydınlaşdırılması, eləcə də onların ingilis dilində olan qarşılığının tapılması üçün video-mühazirə hazırlayaraq kanalda yerləşdirərəm.
Sizin sualınızı buradan cavablandırım. Hər bir insanın mərkəzi sinir sistemi (baş beyin + onurğa beyni) təqribən 100 milyard neyrondan (xüsusi tip hüceyrədən) ibarətdir. Hər bir neyronun mərkəzi hissəsi (nüvəsi və s.), informasiya ötürdüyü kanal (akson) və informasiya qəbul etdiyi kanalları (dentritlər) mövcuddur. Hər bir neyron 5 min (bəzi mənbələr hətta 10 min yazırlar) digər neyron ilə informasiya mübadiləsinə girə bilər; hər informasiya kommunikasiyası üçün iki neyron arasında xüsusi sahə (sinaps) açılır və dərhal sonra qapanır. Fiziki anlamda əslində neyronlararası siqnalların mübadiləsi baş verir ki, hər bir siqnal da özündə müəyyən informasiyanı daşıyır və deməli, hər bir neyron informasiya tutumludur. Bu mənada beyin bir növ komputerin hardware hissəsinin funksiyalarını icra edir, amma müqayisədə dəfələrlə mürəkkəb bir fiziki sistemdir.
Neyronlarası informasiya mübadiləsi fasiləsiz davam edir, çünki beyinin bəzi pay mərkəzləri və ya tərkib hissələri daimi və ya müvəqqəti olaraq faəliyyətini dayandıra bilər, amma bütövlükdə beyin daim fəaliyyətdədir, bizim daxili orqanlarımızın və davranışımızın kontrol mərkəzidir. Olduqca mürəkkəb alqoritm üzrə informasiya mübadiləsi insan beynində informasiya şəbəkəsini formalaşdırır ki, biz bunu zehin adlandırırıq. Bu mənada zehin komputerin software hissəsinin funksiyasını icra edir. Burada yaddaş zehinin tərkibinə daxil olan yalnız bir elementdir; yaddaşdan başqa bura şüur, qavrayış, təfəkkür, mühakimə və s. daxildir.
İnsan onun zehnində (ing.Mind) toplanmış olan və aktiv şəkildə cərəyan edən informasiyaların yalnız bir hissəsinin mövcudluğunun fərqindədir (ing. Awareness). Fərqindəlik insanda şüur (ing.Consciousness) vəziyyətini formalaşdırır. İnsanın fərqində ola bilmədiyi (ing. Unawareness) hissə isə qeyri-şüur (ing. Unconsciousness) vəziyyətini formalaşdırır.
Qeyd edilən terminoloji mürəkkəblik hətta ingilis dilində olan ədəbiyyatlarda da mövcuddur, amma mənim oxuduqlarım nəticəsində gəldiyim qənaət olduqca sadələşdirilmiş şəkildə belədir. Ümumiyyətlə, mövzu olduqca geniş və bir sıra istiqamətlərdə interpretasiyalara və növbəti kəşflərə açıq olduğundan mənim qeyd etdiklərimin alternativ variant və izahları şübhəsiz ki, mövcuddur.