Zehn fəlsəfəsi, Neyroelm və Süni İntellekt - Elmar Hüseynov, Mail Yaqub | Açar-14
HTML-код
- Опубликовано: 21 ноя 2024
- Zehn fəlsəfəsi, Neyroelm və Süni İntellekt - Elmar Hüseynov, Mail Yaqub | Açar-14
Açar layihəsi Sosiologiya Akademiyasının məhsuludur.
Kanalımıza abunə olmağı unutmayın: bit.ly/3wdz7gz
Sosial Media hesablarımız:
--Rəsmi Facebook səhifəmiz: / dr.mailyaqub
--Kanalımızın əsas məqsədi izləyicilərimizə Ədəbiyyat, Fəlsəfə, Sosiologiya, Psixologiya, Tarix, Siyasət kimi əsas humanitar sahələrdə müxtəlif mövzularda dərslər, mühazirələr, seminarlar təqdim etməkdir.
Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın!
Sosiologiya, tarix, fəlsəfə, psixologiya, insan, siyasi fəlsəfə, din fəlsəfəsi, Platon, şərq, qərb, Aristotel, qərb fəlsəfəsi, şərq fəlsəfəsi, qədim Yunanıstan, antik fəlsəfə, antik yunan, akademiyası, fəlsəfə akademiyası, insan, siyasət, Fridrix Nitsşe, Bukovski, Tolstoy, Dostoyevski, İmmanuel Kant, Haydeqqer, filosof, ağıl, əql, loqos, İslam, Peyğəmbər, Din, Dinlərin tarixi, demokratiya, dövlət, mədəniyyət, əxlaq, etika, Məhəmməd Füzuli, Nizami Gəncəvi, İmadəddin Nəsimi, şeir, poeziya, ədəbiyyat, Azərbaycan ədəbiyyatı, düşüncə, elm, mədrəsə, məktəb, Həzrət Əli, Sokrat, pedaqoq, müəllim, universitet, elm, incəsənət, modernizm. Nihilizm, Jan Pol Sartr, Mişel Fuko, Kommunizm, Sosializm, Hüquq, Hüquq fəlsəfəsi
#mailyaqub #açar #fəlsəfə #biznes
Ürəkdən sevindim ki, nəhayət bizdə də bu mövzularda elmi, fundamental fikir mübadiləsi aparıldı. Buna görə hər ikinizə təşəkkür edirəm.
Bir frazıanı qeyd edim ki, bu o mövzulardandırkı "hər adamın başı üçün deyil" ifadəsini rahat şamil etmək olar uğurlar.
Çox maraqlı və dəyərli söhbət idi.Elmar bəy savadlı insandır.
Mail bey,çox ,çox sağ olun.Devet etdiyiniz her bir alim Azerbaycanın fexridir.❤
👏👏👏 Allah elminizə bərəkət versin!
Təşəkkürlər, dəyərli insanlar) Zehin fəlsəfəsidir,orfoqrafik olaraq “zehin” düzgündür
Mail müəllimin qonaqları da özünə layiqdir 👍
Çox gözəl və bir o qədər də dəyərli veriliş olub.
Acar verilişinin hər bir qonagı çox maraqlı və qürurverici ziyalılardır. Buna görə sizə xüsusi təşk edirəm Mail m.🙏🌹🥰
Möhteşem bravo !
Möhtəşəm bir verlişdir...
Elmar müəllimin söhbətləri yeni üfüqlər açır. Çox maraqlı idi, təşəkkür edirəm Mail müəllim. Başqa mövzu ətrafında yenidən Elmar müəllimi dəvət etsəniz çox əla olardı.
Təşəkkür edirəm sizə..gözəl söhbət
Salam Mail Müəllim olduqca mükəmməl bir paylaşım üçün təşəkkür edirəm
Təşəkkürümü bildirirəm sizə Mail müəllim. Çox aktual mövzulara toxunursuz, təbliğat üsulunuz çox uğurludur. Rayonlardada sizin akademiyalar olsaydı çox yaxşı olardı. Həm özümüz, həmdə övladlarımız sizdən öyrənərdik...
Çox gözəl buraxılışdı təşəkkürlər
Maraqlı oldu, təşəkkürlər
Əla uğurlar
Təşəkkür edirəm gözəl söhbətlər üçün.
❤❤
Salam hər vaxtınız xeyirli olsun.
İnsan ağlı Allahdan vəhy və mələk vasitəsilə gələn informasiyalarla (təbiki buda Peyğəmbərlərə gəlib) formalaşır və o informasiyaları rəhbər tutaraq yaşamalıdır. Bugün şuraltı nə qədər informasıya bizə gəlsədə, bizdə Allah tərəfindən gələn informasiyanı rəhbər tutaraq, şuraltı gələn informasiyaları analiz edərək qərar verməliyik. Buda bizə həyatda doğru yaşamaq üçün önəmlidir...
Qonaq seçimləriniz çox gözəldir.
Gözəl söhbətlər üçün təşəkkürlər.
❤2️⃣5️⃣1️⃣👍 Supersiniz Mail Muellim 🤝
😥😓(çox maraqlı idi😊)
Mail bəy Fəlsəfə mövzusunda Müşfiq bəyi qonaq olaraq dəvət etsəz maraqlı olar. Təşəkkürlər ✨
Beli aynen oyle,
Ateistlikden sonra Mushfiq beyle gorush chox maraqli olar
Gozel fikirleri var, yanashmalari tam ferqlidi...
Men de ele bunu yazmağ isteyirdim Sizin şerhi gördüm yazmadım Cox sag olun
Mail m. Siz çox savadlı bir insansınız .Sizi dinləyəndə Azad m yadıma düşür. Lokanik və aydın .o biri kimdir tanımıram. Danışanda beynim eror verdi. Kitab cümləsi çoxdur. İnsan o qədər bilikli olmalıdır ki, suallara lokanik cavab versin. O danışır. Mail müəllim aydınlaşdırir.Arada ondada eror söhbəti olur. Ləzzət etmədi. Çıxıram😮
ruclips.net/video/C5DfnIjZPGw/видео.htmlsi=SzW9bdvyFYdfG82X
Tənqidi yanaşdığınız üçün təşəkkür edirəm. Amma məncə, müqayisəli analiz məqsədilə mövzunu fərqli üslub və metodlar əsasında izah edən intellektualları (yanlış anlaşılmasın, özümü nəzərdə tutmuram) dinləmək insanın özünüinkişafı üçün faydalıdır. Yuxarıdakı linkdən daxil olaraq müasir zehin fəlsəfəsində əsas nüfuz sahiblərindən biri olan David Chalmersin qısa videosunu izləyə bilərsiniz, amma orada da qısa lakonik cavablara rast gəlməyəcəksiniz.
Çox ela
Çin otağı arqumenti çox gözəl oldu. 👍 Səhv etmirəmsə, bu arqument süni intellektin niyə məhz SÜNİ intellekt olduğunu göstərmək üçündür.
Tamamilə düzgündür. 1980-ci ildə amerikan filosofu John Searle bu fikir eksperimenti vasitəsilə komputerin zehinə və ya şüura malik olmasını, eləcə də onun tərəfindən müxtəlif proqram təminatı əsasında icra edilən əməliyyatlar zamanı orada insana xas olan dərk etmə prosesinin reallaşması imkanını mübahisələndirirdi.
Ləzət eləti
Təşəkkür edirəm çox maraqlı idi. 43:07 dəqiqədə inanmadığınızı deyirsiz amma GPT-4o" nun təqdimatından sonra bu mümkünsüz kimi görünmür.
Lütfüzadənin Qeyri_ səlis məntiq nəzəriyyəsinin mental sistemlə əlaqəsi əlaqəsi varmı? Təşəkkürlər!
Qeyri-səlis məntiq ilə mental sistem arasındakı əlaqə fəlsəfə ilə yanaşı süni intellekt və koqnitiv elmin də tədqiqat sahəsinə aiddir. Qısaca desək, mental sistem mürəkkəbdir və bir növ dərəcələrə bölünmüş olduğundan binar (ikiqiymət) çərçivəsində qiymətləndirilməsi çətindir. Məsələn, xoşbəxtlik, qorxu və ya şübhə kimi emosiyalar xalis formada ya mövcuddur (1 qiyməti), ya mövcud deyildir (0 qiyməti) ala bilməzlər; əksinə, onlar öz intensivliyinə görə fərqlənir və digər emosional vəziyyətlər ilə kəsişirlər. Bu isə qeyri-səlis məntiqin "üzvlük dərəcələri" (" degree of membership") ilə izah edilə bilər, məsələn, insan 60% inanır və 40% şübhə edir.
❤
Salam, maraqlı və zəngin bir musahibəyə görə dərin təşəkkürümü bildirirəm. İcazənizlə, yaranmış sualı burada yerləşdirim.
Beyin tərəfindən verilmiş qərar yeganə mövcud olan bir seçimdirmi, yoxsa bir neçə variantdan seçilən və daha uyğun hesab edilmiş bir seçim qərar olaraq qəbul edilir?
Şəxsən mən inanmıram ki, cəmi bir variant olsun, bu qədər data var ikən bu mümkün deyil məncə.
Bu zaman mövcud variantlardan seçilən bir qərar nəyə əsasən seçilir, bu prosesdə insanın hissləri rol oynayırmı?
Bu, olduqca mürəkkəb və mübahisəli cavablandırılma tələb edən maraqlı sualdır. Mənim podkastda bu qəbildən olan sualları cavablandıran zaman çıxış etdiyim paradiqma (ən ümumi konsept) Nyuton fizikası idi. Bu isə klassik fizika olaraq ciddi determinizm prinsipindən çıxış edir. Belə ki, əgər təyinedici səbəblər çoxluğu olan x_1, x_2, x_3 ... x_n-1, x_n reallaşırsa, onda bu çoxluq tərəfindən şərtləndirilən nəticənin baş verməməsi qeyri-mümkündür. Ona görə də alternativ variant səbəblər çoxluğunda hansısa elementin dəyişdirilməsini tələb edir. Amma müasir fizika məlum olduğu kimi, kvant fizikası üzərində qurulur ki, o da Nyuton fizikasından fərqli olaraq indeterminizm prinsipinə əsaslanır. Burada isə eyni səbəblər çoxluğunun olmasına rəğmən bir deyil, bir neçə variantın eyni zamanda mövcud olması ehtimalı mövcuddur; sadəcə olaraq bəzi ehtimallar kəmiyyət göstəricisi baxımından digər ehtimallardan böyük və ya kiçikdir. Kvant fizikası isə hələ fizika elminin özündə müxtəlif interpretasiyalara açıqdır, ona görə də onun zehin fəlsəfəsinə tətbiqi də bir qədər çətindir. Amma istənilən halda bu, artıq başqa paradiqmadır və oradan çıxış edərkən artıq bütün sualların cavabı və mənalandırılması dəyişir.
@@elmarhussein9300 təşəkkür edirəm cavab verdiyiniz üçün.
Bir podcastda bu barədə də məlumat vermişdiniz, müşahidə varsa, maddənin, səhv etmirəmsə, dalğa kimi hərəkət etməsi, müşahidə yoxdursa, hissəcik kimi.
Bunu ona görə vurğulayıram ki, bir çox şərq praktikalarda bu məqama toxunulur, meditasiya zamanı diqqəti öz özünə çəkmək və zamanla bu müşahidəni gündəlik həyata gətirmək. Bəlkə də, məhz bu müşahidə (бдительность и самонаблюдение) reflektiv şüuru genişləndirə , seçim qərar vermə mərhələsində daha çox imkan qazandıra bilər.
Təəsüf ki, elm hələ ki bunlari nə təsdiq nə də inkar edə bilir.
@@aynurmelikova3885 Maraqlandığınız üçün mən təşəkkür edirəm. Ümumiyyətlə, elmin müasir inkişaf istiqaməti fonunda şüur fenomeninin izah edilməsi mümkünsüz görünür. Bu mənada elm sadəcə olaraq elmi biliklərin mexaniki şəkildə toplanması deyil, həm də bu toplananların hansı istiqamətdə düzülməsidir. Elm tarixində bu qeyd ediləni bəzən paradiqmanın (ən ümumi konseptin) dəyişdirilməsi də adlandırılır. Yeni paradiqmada əvvəllər toplanılmış olan empirik faktlar və ya təstiqlənmiş elmi hipotezlər yenidən mənalandırıla bilər. Beləliklə, indiki elmi paradiqma(lar) çərçivəsində şüur daha çox mövcud olma və ya olmama faktının qeydə alınması ilə məhdudlaşır. Başqa sözlə, beyinin məsələn, x vəziyyətində şüurlu vəziyyət yaranır, y vəziyyətində şüur "sönür". Amma bu niyə baş verir, hansı səbəbdən neyronal sistemə toplanmış olan datalar qeyri-şüur vəziyyətindən fenomenal şüur (fərqində olma), oradan isə reflektiv şüur (analiz) vəziyyətinə keçid alır kimi suallar hələ də açıqdır. Bu qəbildən olan sualların cavablandırılması ola bilsin ki, minillər ərzində şərqdə toplanılmış olan meditasiya təcrübəsinin də elmi müstəvidən izahına yol açacaq.
Insan Zehni ,Azad deyilse.demeli idare edici Tanrı anlayışını,inkar etmek mümkünsüzdü.
Başqa sözlə Zehn Tanrıdır.her varlığın.canlının öz Tanrısı var.
muellimden sorushardiq, onlar hansi kitablardi behs etdikleri? AZ. dilinde olani tapmaga imkan olmayacaq
9:00 Muellim o abstral filan , abstrakt sohbetlerdi, Muellimden sorushun, lsd, m. mushroom , pcylocybin ;)) neler chixar meydana, goz deyishmesi, hissiyyat, eshitdiyin 10km-de ki sesin 1hz-ini eshitmek, hele tebiet qoynunda. Perfecto ) Psixiatr tecrube etmelidir ozu de ..
lap felsefeciler de. mene aid olmadigi teqdirde bir ildir icindeydim, yeni cixmisam )
Salam. Azad iradə var. Bunun Quranda subutu var. İnsan Allaha azad iradəsindən iman gətirir. Və ALLAH insanları imtahan edir. Azad iradə olmasa imtahanın mənası olmaz. Mülk surəsi 2 ayə.
Mail müəllim beynim dolaşdı))
Yazıq tələbələr Elmar müəllimi necə başa düşür.terminləri ifadə edir izaha belə ehtiyac duymur.
Termin çox deyil, sadəcə akademik bir dildir. Düşünürəm, tələbələr əziyyət çəkmirlər. Fəlsəfə üzrə təhsil almasam da, çox rahatlıqla qavrayiram.
Bu tərzdə kənara çıxışla, mahiyyət dəyişəcək.
Neyroelm ne demekdir? :)) bu neyrobiologiya deyilmi?
Xeyr, neyroelm neyrobiologiya ilə müqayisədə daha geniş fənlərarası sahə olub özündə koqnitiv neyroelm, davranış neyroelmi, neyrolinqvistika, hesablama nevroelmi və s. kimi bölmələri ehtiva edir. Neyroelmə biologiya, psixologiya, kimya, fizika, komputer elmi və mühəndislik elmləri çərçivəsində yanaşmaq mümkündür. Amma neyrobiologiya daha çox biologiyanın bölməsi kimi çıxış edib neyronal sistemin bioloji aspektlərini tədqiq edir.
Tort demişkən coratda dəvə qutabı adı ilə dostlarıma adi qutab verdim, bəyəndilər😅
Doğru deyirsiz dostların dəvə qutabı bilib yeyiblər. Amma yedikləri qutab da dadlı olub ona görədə bəyəniblər. 🤔
❤
❤
❤