Bulaq verlişi Xalq Yaradıcılığı 4
HTML-код
- Опубликовано: 7 фев 2025
- Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.
Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.
Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.
Şiəliyi rəsmi dini təriqət kimi müdafiə edən Səfəvilər dövründə (XVI yüzil) xalqın şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bu dövrdən "Şəbih" dini tamaşası geniş yayılmışdı. "Şəbih"lər Azərbaycanda professional teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaratmışdır.
Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.
Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.
Yandı ürəyim qaytar məni atalı analı qayğısız ushqlig illərinə ilahi.
Bizi də kövrəltdiniz
Bulaq verilişinə qulaq asanda əməlli başlı istirahət edirik Allah can sağlığı versin əmək çəkənlərə
SƏİDƏ QULİYEVANIN SƏSİ RƏHMƏTLİK MƏHLUQƏ SADIXOVANIN SƏSİNƏ ÇOX BƏNZƏYİR. ALLAH SƏİDƏ XANIMA DA CAN SAĞLIĞI VERSİN.
Nə yaxşı ki arxivdə saxlanılıb indi böyük məmuniyyətlə qulaq asırıq
Бу верлишин тезеден экран узу гормесинп чох севиндим, дуздур о рехметликлер гедер Джана яхын олмасада, Менде бунада шукур
İllerin ayrılığı bu yeniden bawladisa Cox sevindim ALLAH SİZDEN RAZI OLSUN AZERBAYCANİMİN DEĞERLİ SENET ADAMLARI
Adamin esebleri sakitlewir 40 ildirki dinleyirem.Zovq aliram.Allah dunyasini deyiwen deyerli senetkarlara rehmet elesin amin.
Salam Elcin bey, mende bu verlisin butun proqramlarin tapmisam burada yerlesdirecem. Men usaq vaxti bu verlise baxandan sonra hiss etdim ki Milli menevi deyerler nedir. Bu verlisi her adam anlamaz. Anlayanlarin xususi yeri var
@@travelaz Tewekkur edirem . Allah sizi qorusun.
@@elcinhasanov5955 esl biz tesekkur edirik
ÇOX HEYF HƏR BİR GÖZƏLLİKLƏR GETDİ
Azərbaycan dilin düzgün tələfüz edənlərə eşq olsun
Beli duzdur
Gözəl sənətkarların səsi valeh edirdi bizi..
Tesekkur edirem, heqiqeten cox gozel verlis idi
15 05 2024.Alllah dunyasini deyişenleri rehmet elesin.Ruhunuz şad olsun.Amin. Yaşanlara Cansaqliqi xoş gunlwr Arzulayiriq.Sizlerde çox saqolun paylaşdiniz. Minettariq .
Heyf o gunlerden 😥😥atali anali gunlerim harda qaldi 😥😥😥😥
Salam Şəhla necəsən ? Məni tanıdınmı? SƏN ŞEİR YAZIRDIN SƏHF ERMİRƏMSƏ
Allah köməyin olsun
Salam Bulaq Dede,ver
lisiniz Atali Anali gunlerimizi yada saldi,ölenlere rehmet,qalanlara can sagligi.Verlisi ersrye getirenlere ,isleri her zaman avand olsun deyirem.Seide xanim size hormetimiz boyukdur,caniniz,sesiniz sehneden tukenmesin Amin.
Bulaq verlisi dinlemek zovq verir
Sevirem da bu sesi
Bulaq dədə ömür uzadardı, ürəyə yaxınlığı, ahəngi, milliliyi ilə. Sözlə izah olunmaz sehri var bu verlişin, vaAllah.
Bu verlisin menbeyi xalqdan gelirdi ona gore Gözəl.verlis idi
Bu verluse qulaq asanda rehmetluy xalam ve nenem yadima dusur.cunki olar bu verlusi dinliyirdiler hemise. Allah rehmet elesin Ilgam mellume de . Neneme xalama da. Seide xanima can saqluqi
Allah rəhmət eləsin
Cox sakitlesirem bulaq verlisine baxanda. Gozel sesli senetkarlar. İlham muellime allah rehmet elesin
Insan bir dogmaliq hiss edir
Allah rəhmət eləsin AMİN
Amin
Çox gözəl verilişidi
Salam deyerli izleyicim tesekur edirik reyiniz ucun beli mohtesem verlis idi
Allah rəhmət eləsin
Ela verlisdi
Allah cəmiölən artistlərimizi rəhmət eləsin amin
Amin
Bulaq ozeldi gozeldi
Ən sevdiyim veriliş idi indidə köhnə lentlərə qulaq asrqm
Bu verlisi dinleyerek xosbext yatardim men de
Azerbaycan radiosunda bazargunu axsam gedir. Teqribi 8
Məlumat ucun tesekkur edirem
Çox heyif o günlərdən,çox.
Cox gozel gunler idi
Goxel
Ela
Bulaq
Bu veriliş keçmişdə ,,Danışır Bakı,, radiosu yayımlanırdı.başqaları yox idi.Bircə,,Araz radiosu,, idi əlavə olaraq.
Salam deyerli izleyicimiz reyiniz ucun tesekkur edirem
Xalq medenuyyeti
Bay bay
Ay göresen yene var
Her bazar saat 19 da verirdi😢😢😢 sonra Semender rzayevin ogluyla apardi o berlisi😢😢
Radioda dinleyirdik😢😢
Bulaq verlisi kiki verlis yoxdur
Görəsən indi bu verliş gedir radioda
Yox, indi verlişlər dedi-qodu, artistlərin alt paltarlarlarındandı, gəlin-gaynana arasında dava-dalaşdandı.
C
Salam. İndi də gedir bu veriliş? Hansı radioda? Saat neçədə?
Salam mence getmir artiq men arxivden tapdiqca yayimlayiram
U
S
B
D
W
T
V
X
F
Y
G
A
H
Bu verlish mene lay-lay kimidir. Chox tez tez bu verlishe qulaq asib yuxuya gedirem.
@@ЗнаниеСила-ДляМира men de yata bilmeyende dinleyib yatirdin
M
Z
J
O
L
P
E
K
T
N
M