Bulaq verlişi Xalq Yaradıcılığı 2

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Rəqslər. Xalq arasında geniş yayılmış, sevimli mahnı janrı ilə bərabər Azərbaycan xalqının milli folklor musiqisinin vacib hissəsini rəqs musiqisi təşkil edir. Xalq rəqsləri Azərbaycan milli instrumental musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri şifahi halda nəsildən nəslə keçmişdi. Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapozon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu səciyyəvidir. Rəqslər özünəməxsus lad əsası, metro-ritmik xüsusiyyətləri və rəngarəng formaları ilə seçilirlər. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti, temperamenti əks olunmuşdu.
    Xalq rəqsləri arasında qadın rəqsləri özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər, məsələn: "Vağzalı", "Uzundərə". Elə rəqslər var ki, ancaq qadınlar tərəfindən ifa edilir, "Nəlbəki", "Ceyranı" kimi. Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, "Qaytağı", "Cəngi", "Qazağı", "Xançobanı" və b.
    Xalq arasında kollektiv rəqslər də mövcuddur. Onlardan çoxu əmək prosesini və məişət mərasimlərini müşayiət edirlər. Məsələn, "Halay" rəqsləri bu qəbildəndir. "Vağzalı" rəqsi isə adətən toy mərasimini müşayiət edir. Qadınlar və kişilər ilə birgə ifa olunan rəqslərdən "Yordu-yordu" rəqsidir. Qədim kollektiv rəqslərdən isə ən geniş yayılan "Yallı"dır ki, öz kökü və rişaləri ilə çox qədim dövrlərə gedib çıxır.
    Muğam. Azərbaycanın musiqi folklorunda mahnı, rəqs musiqisiylə bərabər xalqın şifahi professional ənənələrinin janrları da yaşayıb inkişaf edirdi. Onlardan ən önəmlisi muğamlar idi. Muğamlar Azərbaycanın, eyni zamanda Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisinin zirvəsi, dərin, mürəkkəb məzmun, ideya, emosional məna daşıyan xalq vokal instrumental kompozisiyanın ən yüksək yaradıcılıq nümunəsidir. Qədim zamanlardan başlayaraq, əsrlər boyu muğamın tədricən inkişafı onun formalaşmasına, kamilləşməsinə səbəb olmuşdu. Şərq klassik musiqisində muğamat, muğam dəstgahı, (yəni siulin tamı, hərfi mənada komplekti), 12 muğamdan - Üşşaq, Nəva, Əbusəlik, Rast, İraq (Əraq), İsfahan, Zirəfkənd, Büzrük (Bozorq), Zəngulə, Rəhavi, Hüseyni, Hicaz, - 24 şöbədən, 48 guşədən, 6 avazdan, rəng və təsniflərdən ibarətdir. Azərbaycan musiqisində muğam termini iki mənada işlənir. Birinci - lad termininin eynidir. Hal-hazırda Azərbaycan xalq musiqisində 7 əsas lad, yaxud muğam: Rast, Şur, Segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun və əlavə bir sıra muğamlar mövcuddur. İkinci - muğam çox hissəli formaya malik son dərəcə mürəkkəb və maraqlı, yalnız özünəməxsus quruluşa malik musiqi əsəri mənasındadır. Muğamı formasına görə süita-rapsodiya, simfoniya ilə də müqayisə edirlər. Bu əsər özü bir lad, muğam üzərində qurulur və muğamın müəyyən edilmiş ciddi qayda-qanunları çərçivəsində inkişaf edir. Muğam ifaçıları isə xanəndə və onu müşayiət edən sazəndə dəstəsi (üçlük-tar, kamança, dəf) və yaxud solo insturumentalistlər özlərinin yaradıcılıq fantaziyası, bacarığı, istedadından asılı olaraq, əsrlər boyu bu muğam əsərinə müxtəlif dəyişikliklər, yeni çalarlar, xallar, zəngulələr və s. daxil etmişlər. Xanəndələr muğamları məşhur şairlərin - Xaqani, Nizami, Nəsimi, Füzuli və başqalarının lirik fəlsəfi qəzəlləri üstündə ifa edirlər.
    Muğam dəstgahlarında muğamın improvizasiya hissələri dəstgahın dəqiq metroritmik parçaları olan vokal təsnifləri və instrumental rəngləri ilə növbələşir. Azərbaycan muğamlarında başqa xalqların muğamlarından fərqli olaraq improvizə daha çoxdur, daha parlaqdır. Ona görə professional muğam ifaçıları həm də bu muğamların yaradıcısı kimi çıxış edirlər. Azərbaycanın instrumental vokal muğamlarının bir növü də zərbi-muğamlardır. Bura: "Heyratı", "Arazbarı", "Ovşarı", "Mənsuriyyə", "Simai-şəms", "Kərəmi", "Kəsmə-şikəstə", "Qarabağ şikəstəsi" daxildir. Bu muğamların əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, xanəndənin vokal muğam improvizə partiyasının dəqiq metroritmik müşayiəti olur. Özü də müşayiətdə, sazəndələr triosunda əsas yer "dəf"ə və ya "dəf" ilə "nağara"ya verilir. Ölçü çox vaxt iki vurğulu olur. Zərbi muğamların vokal partiyası üçün yuxarı registrdə başlayan zəngin ornamentli melodiya xasdır.
    Aşıq yaradıcılığı. Azərbaycan musiqisinin professional şifahi ənənələrinə, muğamlarla bərabər, aşıqların müsiqi-poetik yaradıcılığı da daxildir. Aşıq-eşq sözündədir, yəni sənətə vurğunluq mənasındadır. Termin kimi təxminən XIV əsrdə yaranmışdı. Hələ qədim dövrlərdə meydana gəlmiş aşıq sənəti xalqın istək və arzularının tərənnümçüsü olduğu üçün xalq arasında çox sevimli və məşhur idi.
    Öz əsası etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının, məzmunu çox genişdir, müxtəlifdir və rəngarəngdir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, tərənnüm edən mahnılar, satirik və yumoristik və həm də dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir həm də oxuyaraq sazda çalı

Комментарии • 33

  • @adtnn8469
    @adtnn8469 5 лет назад +12

    Nə gözəl günləriydi.Uşağ idik axşam işığlar sönürdü radiyoda neft qoxulu çırağın ətrafında bu gözəl verlişə qulağ asırdığ.Qış gecələrində bir başqaydı bu hisslər.Heyf çoox heyf o günlərdən.

  • @1970КазимоваСе
    @1970КазимоваСе 4 года назад +6

    Hər gün qulaq asıram bu ölməz şirin səsli sənətkarıarımıza verilişlərə dəfələrlə qulaq asıram bu məni kecmisimə atalı uşaqlıq illərimə aparır. Necədə gözəldi o illər çox sağ olsun bu verlisi taa qədimnən hər kimin əməyi zəhməti varsa Allah ölənlərə rəhmət qalanlara can sağlığı versin.Cox sağ olun kimki bu verlislərimizi burda yayımlayır.Allah sizdəndə razı olsun.İsdədiyimiz vaxtda saatda qulaq asa bilirik.Allah dünyadan köçənlərinə min rəhmət eləsin özündə can sağlığı ruzi bərəkət versin.

    • @travelaz
      @travelaz  2 года назад

      Hamimiza gozellik asilayir bu verlis

  • @Yusifovaserqiye
    @Yusifovaserqiye 3 месяца назад

    Ğözəl səslı Sənətkarlarimiz,Allah sızə Rəhmət Eləsın Amın.

  • @tunceraliyev2940
    @tunceraliyev2940 Год назад

    Dünya durduqca ýaşa bulaq dədə!Üzərində zəhməti olanların hamısına can sağlığı uzun ömr dünyasını dəyişənlərə Allahdan rəhmət istəyirəm.

    • @travelaz
      @travelaz  Год назад

      Salm deyerli izleyicimiz reyiniz ucun Tesekkur edirik beli cox gozel verlis idi

  • @travelaz
    @travelaz  5 лет назад +6

    Səməndər Rzayev və Məhluqə xanım

  • @user-hj3um4th1k
    @user-hj3um4th1k 10 месяцев назад

    Anam.hemişe bu verlişə qulaq asirdi😢

  • @Toca1735
    @Toca1735 6 месяцев назад

    ❤❤

    • @travelaz
      @travelaz  6 месяцев назад

      Tesekkur edirem

  • @cahidseferov7153
    @cahidseferov7153 5 лет назад +3

    The only way to

  • @vaqifgoyezenli8912
    @vaqifgoyezenli8912 5 лет назад +6

    Menevi deyerimiz

  • @Omer-y2w
    @Omer-y2w Месяц назад

    Heyif bu gunlerimizden😢

    • @travelaz
      @travelaz  Месяц назад

      @@Omer-y2w xeyirlisi

  • @qartalazerbaycan9704
    @qartalazerbaycan9704 3 года назад

    Heif ötən ömrümüzə

    • @travelaz
      @travelaz  2 года назад

      Bele gozel verlislerden heyif indi efir biabirciliqxir

  • @gulyaagayeva2874
    @gulyaagayeva2874 5 лет назад +2

    Cox suygusal

  • @ayselveliyeva9494
    @ayselveliyeva9494 5 лет назад +3

    Hello 👋 I love ❤️

  • @whiteregion9285
    @whiteregion9285 4 года назад

    Adamı rahadadır

    • @travelaz
      @travelaz  2 года назад

      Bele cox gozel verlisdir insan ele bil gedir iller evvele

  • @user-hj3um4th1k
    @user-hj3um4th1k 10 месяцев назад

    .

  • @scadmusazad8747
    @scadmusazad8747 Год назад +1

    O gunləri hec bir şey. Əvəz edə bilməz. Hec qayitmaz da. Bu verliş təzədən qayitsada. Həmin effekti verməz

  • @yurdunsesi3167
    @yurdunsesi3167 5 лет назад +1

    salam

  • @user-hj3um4th1k
    @user-hj3um4th1k 10 месяцев назад

    ❤😂😂🎉🎉🎉😢😢😢😮😮😅😊😊

  • @magamaga6116
    @magamaga6116 5 лет назад +1

    Verlis

  • @user-hj3um4th1k
    @user-hj3um4th1k 10 месяцев назад

    ❤😂😂🎉🎉🎉😢😢😢😮😮😅😊😊