Telman Sabirabadli Şah salamun aleyk 2024

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • sözlər
    Ey başı daldan kəsilən
    Şah salamun əleyk
    Nizədə başı gəzilən
    Şah salamun əleyk
    _________
    Doğradılar Əkbəri
    Pər pər olub peykəri
    Vurdular damadivi
    Qasimi naşadivi
    Yıxdılar sərdarivi
    Təşnə ələmdarivi
    Oxladılar Əsğəri
    3 bölünüb həncəri
    Ərşə ucaldıb hayı
    Ox deyəcək lay layı
    Qanə büründün Hüseyn
    Yerdə süründün Hüseyn
    Taqətimiz oldu taq
    Çalma ağa əl ayaq
    Tökdülər göz yaşivi
    Daşladılar başivi
    Qanın olun dəstəmaz
    Eşqilə qıldın namaz
    İtrətuvi boşladın
    Qətligəhi xoşladın
    Canıvı etdin fəda
    Şiəni qıldın dua
    Göydə dedi Cəbrəil
    Təşnə ağa mən dəxil
    Köynəyi əllərdə qalan
    Qızları çöllərdə qalan
    Başda qanı tac eliyən
    Nizədə merac eliyən
    Qürbəti ecaz eliyən
    Yeddi göyə naz eliyən
    Xeyməyə od vurdular
    Zeynəbi yandırdılar
    Qızlarıvı soydular
    Başı açıq qoydular
    Ruqəyyəvi vurdular
    Qəlbini sındırdılar
    At döşünə saldılar
    Quşvarəsin aldılar
    Məcəri yandırdılar
    Yerdə dolandırdılar
    Möhnəti rədd oldular
    Saçlarını yoldular
    Tazə ərus ağladı
    Kim yarasın bağladı
    Göz yaşını silmədi
    Bəzi qaça bilmədi
    Qəlbini qəmlər bölüb
    At ayağında ölüb
    Harda qalıb qardaşın
    Nizəyə keçdi başın
    Qanə bələndi tacın
    Dərbədər oldu bacın
    Yandı bütün ev eşik
    Qarətə getdi beşik
    Qönçəsi olmuş gülab
    Əsğərin istir Rübab
    Hey deyiri vay balam
    Ox payı lay lay balam

Комментарии • 8