Сənnət alması.| Əli Əsgər| şeir

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • #seir #aliasgar #cennetalmasi
    Cənnət alması adlı bu şeirimi sizin üçün səsləndirdim. Əgər .şeiri və səsləndirməni bəyənsəniz, "bəyən" düyməsini basın. Kanala abunə olsanız, sevinərəm. :)
    Qızılı bir alma oğurlamışam,
    Səthi nur çiləyir, gözümə düşür.
    Həyatda iblisi fağırlamışam,
    Yuxumda mələklər izimə düşür.
    Çəpərlər aşıram döngədə, tində.
    Hər yeni dalanda qapı açıram.
    Nəfəsim kəsilir, qan-tər içində
    Qaçıram. Yıxılıb, durub, qaçıram...
    Heyrətə salmışam, cənnət izləyir:
    Axtarır hər baxış bir ali niyyət.
    Tutsalar cəhənnəm, alov gözləyir.
    Bir almaya dəyər əzab-əziyyət?
    Dünyaya aparan yola çatıram,
    Açılır son qapı zülmətə, ey yar!
    Yumuram gözümü, addım atıram,
    Açıram - on addım məsafəmiz var.
    Ardımca uçuşur qanadlı ordu.
    Əzrayıl səsləyir: "qaçma, dur" - deyir.
    İsrafil surunu qəfil duyurdu.
    Səs gəlir səmadan: biri "vur" - deyir.
    Belimə saplanır məlaküt oxu,
    Çökürəm diz üstə: bağışla bizi...
    Xəyalın - həqiqət, həyatım - yuxu,
    Qanlı əllərimdə cənnətin izi.
    Taptala sevgimi ölənə qədər,
    Ruhumu önünə sərmişəm yenə.
    Bu şirin günaha ortaq ol, yetər.
    Bir cənnət alması dərmişəm sənə...
    Əli Əsgər

Комментарии •