Şeirlər
Şeirlər
  • Видео 16
  • Просмотров 17 717
Сənnət alması.| Əli Əsgər| şeir
#seir #aliasgar #cennetalmasi
Cənnət alması adlı bu şeirimi sizin üçün səsləndirdim. Əgər .şeiri və səsləndirməni bəyənsəniz, "bəyən" düyməsini basın. Kanala abunə olsanız, sevinərəm. :)
Qızılı bir alma oğurlamışam,
Səthi nur çiləyir, gözümə düşür.
Həyatda iblisi fağırlamışam,
Yuxumda mələklər izimə düşür.
Çəpərlər aşıram döngədə, tində.
Hər yeni dalanda qapı açıram.
Nəfəsim kəsilir, qan-tər içində
Qaçıram. Yıxılıb, durub, qaçıram...
Heyrətə salmışam, cənnət izləyir:
Axtarır hər baxış bir ali niyyət.
Tutsalar cəhənnəm, alov gözləyir.
Bir almaya dəyər əzab-əziyyət?
Dünyaya aparan yola çatıram,
Açılır son qapı zülmətə, ey yar!
Yumuram gözümü, addım atıram,
Açıram - on addım məsafəmiz var.
Ardımca uçuşur qan...
Просмотров: 152

Видео

DƏLİ | Ramiz Rövşən | Dərin mənalı kiçik şeir.
Просмотров 4,9 тыс.2 года назад
#ramizrovsen #aliasgarli #seir #deli Ramiz Rövşənin "dəli" adlı bu kiçik, amma çox gözəl və dərin mənalı şeirini sizin üçün səsləndirdim. Bəyənsəniz, mütləq "bəyən" düyməsini basın və kanala abunə olun. :) DƏLİ Hər bir dərdə dözən adam Heç bir şeydən dəli olur. Özü də xəbər tutmadan Qəflətən gülməli olur. Düz yolda çaşır ayağı, Qarışdırır solu-sağı, Və bu işdə nə Allahın, Nə bəndənin əli olur. ...
Xəzər Süleymanlı - "Gizli sevgi"
Просмотров 3,8 тыс.2 года назад
Xezer Suleymanli - Gizli sevgi. #xezersuleymanli #gizlisevgi #seir #aliasgar Bu şeiri sizin üçün səsləndirdim. Bəyənsəninz kanala abunə olun, "bəyən" düyməsini basın :) Gizli sevgi Qəribə bir həyat yaşamışıq biz. Sevinci müəmma,qəmi müəmma. Mən səni,sən məni dost bilsək belə, Ürəkdə həqiqət gizlənib amma. Axı nə faydası,nə xeyri varki? Mən səni,sən məni danlasaq belə, Həqiqət budur ki çox gecdi...
Köhnə məktublar - Ramiz Rövşən | Gözəl şeir
Просмотров 5442 года назад
#ramizrovsen #aliasgar #seir #kohnemektublar Ramiz Rövşənin "Köhnə məktublar" adlı qəmli, lirik və gözəl şeirini səsləndirdim. "Bəyən" düyməsini basın, abunə olun :) Köhnə məktublar Xəbər gələr daha ömrün qışından, Soyuyarsan saçlarına qar düşər. Ancaq köhnə kitabların içindən, Hərdən-hərdən köhnə məktublar düşər... Əyilərsən, götürərsən gizlicə, Boylanarsan arvad uşaq görməsin, Çəkilərsən otağ...
Son illərin ən gözəl şeirlərindən | Aqşin Yenisey - "Sənə məktub yazıram".
Просмотров 1,4 тыс.2 года назад
#aqsinyenisey #aliasgar #seir #senemektubyaziram Son illərin ən gözəl sevgi şeirlərindən biri olan Aqşin Yeniseyin əsəri - "sənə məktub yazıram". Bəyənsəniz, abunə olun və "bəyən" düyməsini basın. Kanalda olan digər videolara da baxmağa dəvət edirəm. Sənə məktub yazıram. Sənə məktub yazıram Yazıram ki, bağışla... Burda hava pis keçir Ara vermir yağışlar Tək yatıb tək durmaqdan Bezdirmişəm otağı...
"O baxışlar" - Məmməd Аraz | Dahi şairin ən gözəl şeirlərindən biri.
Просмотров 5692 года назад
#məmmədaraz #aliasgar #şeir Məmməd Arazın ən gözəl şeirlərindən - "O baxışlar". Bəyənsəniz, abunə olub, "bəyən" düyməsini basın. O BAXIŞLAR O, məni görərkən dayandı bir an, Dalğın baxışları mənə tanışdı... Eşqin mənasını duyduğum zaman Məni o baxışlar yaralamışdı... İndi o dayandı, sözü var kimi, Mən yana baxsam da, o mənə baxdı. Elə bil sıxlaşan buludlar kimi Bu saat sinəsi boşalacaqdı... Dili...
"Gecənin bir aləmi"| Eldar Baxışın gözəl şeiri
Просмотров 4592 года назад
Səsləndirmə xoşunuza gəlsə, "bəyən" düyməsini basın, digər videolara da göz gəzdirin. Abunə olsanız, sevinərəm :) Musiqi: No.1 A Minor Waltz - Esther Abrami GECƏNİN BİR ALƏMİ Sonra nə oldusa, yadıma gəlmir, Onu bilirəm ki, qanım qaynadı. Onu bilirəm ki, ruhum oynadı, Sonra nə oldusa, yadıma gəlmir. Tez durub geyindim, çıxdım küçəyə, Küçə sizə sarı çəkirdi məni. Ulduz sizə sarı, ay sizə sarı, Ge...
Azərbaycan dilində yazılmış, "ana" mövzusunda ən gözəl şeir .| Cəfər Cabbarlı - "Ana".
Просмотров 1212 года назад
Əgər bu səsləndirməni bəyəndinizsə, abunə olub, digər videolara da baxın :) Bəyən düyməsini basmaqdan çəkinməyin :) Musiqi: Joey Pecoraro - November ANA Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər Min il də vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm, əsla, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, ...
Eldar Baxış - "Sərçə balası". Gözəl şeir
Просмотров 5522 года назад
Eldar Baxışın "Sərçə balası" adlı bu gözəl şeirini sizin üçün səsləndirdim. Bəyənsəniz, mütləq "bəyən" düyməsini basın. Abunə olmağı da unutmayın :) Musiqi: Esther Abram i- No.7 Alone With My Thoughts "Sərçə balası". İlahi, mənə yox, mən istəmirəm, İlahi, yazığın gəlsin bu qıza. Elə eləmə ki, oğlanlar, qızlar, Kişilər, arvadlar gülsün bu qıza. Elə eləmə ki, vüsal yerinə Göz yaşı danışsın, qəhər...
Dəniz, göy, məhəbbət - Nəbi xəzri | şeir
Просмотров 2592 года назад
Nəbi Xəzrinin möhtəşəm əsərlərindən biri olan "Dəniz, göy, məhəbbət" adlı şeiri sizin üçün səsləndirdim. Bəyənsəniz, mütləq "bəyən" düyməsini basın və kanala abunə olmağı da unutmayın :) Musiqi: Future Rennaisance - GODMODE “Dəniz, göy, məhəbbət” Dənizi hədiyyə verirəm sənə - Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə. - Mən isə... göyləri verirəm, - dedin... Ayrıldıq qə...
Qara paltarlı qadın. (Ramiz Rövşən)
Просмотров 1292 года назад
Ramiz Rövşənin ən məşhur şeirlərindən biri olan "Qara paltarlı qadın" şeirini sizin üçün səsləndirdim. Bəyəndinizsə, bəyən düyməsini basın. Kanala da abunə olsanız, sevinərəm :) . İstifadə edilmiş musiqi: Beethoven - Moonlight Sonata Qara paltarlı qadın. Kişilər bir olmur atam balası Qorxağı var, igidi var, Amma hər kişinin öləndən sonra Qəbri üstdə ağlamağa Bir qara paltarlı gözəl bir qadına ü...
Ramiz Rövşənin ən gözəl şeirlərindən biri - "Dünyanın sən olan yeri".
Просмотров 4162 года назад
Ramiz Rövşənin ən gözəl şeirlərindən biri - "Dünyanın sən olan yeri".

Комментарии

  • @esgerhaqverdiyev8666
    @esgerhaqverdiyev8666 2 года назад

    Baxdım bir kimsə rəy yazmır niyə bilmirəm heç olmasa əməyinə qiymət verin gözəl şerin mənəvi qidanın xatirinə yolun açıq olsun oğlum... Rəfiqə

  • @esgerhaqverdiyev8666
    @esgerhaqverdiyev8666 2 года назад

    Yazırsan ki bağışla niyə qəlbə dəyirsən atıb səni gedəndə yolun niyə kəsmirsən indi duyub təkliyi niyə məktub yazırsan... kanala təsadüfən rast gəldim nədənsə təsirləndim nə isə sizə üğürlar Rəfiqə

  • @subhaneliyev7944
    @subhaneliyev7944 2 года назад

    Insani derd deliden de deli edir

  • @subhaneliyev7944
    @subhaneliyev7944 2 года назад

    Sene kohne mektubumda da teze mektubumda da eyni sozleri yazmiwam seni gozleyirem belke de oxumamisan ona gore qayitmirsan bu umudle yawayiram

  • @nofelabbasov8571
    @nofelabbasov8571 2 года назад

    Akşin Yenisey...

  • @nergizhaciyeva6461
    @nergizhaciyeva6461 2 года назад

    Cox gozel

  • @ruhiyyhuseynova930
    @ruhiyyhuseynova930 2 года назад

    Nə gözəl alınıb. 😔

  • @esport6620
    @esport6620 2 года назад

    Sənə məktub yazıram yazıramki kaşki getməsəydin kaşki məni məhf etməsəydin.

    • @kamranmmmdov1661
      @kamranmmmdov1661 2 года назад

      😰😰😰ne vaxt qayidarsan . Sen qayida bilmeyeceyin bir yere getdin gelecem gec gelsem Bağışla

  • @nazlismaylzad412
    @nazlismaylzad412 2 года назад

    "Çox miskin mənzərədir Ev yığışdıran kişi" - şeir bu misralarda mənim üçün mənasını itirdi...

  • @raulraul1852
    @raulraul1852 2 года назад

    👍

  • @raulraul1852
    @raulraul1852 2 года назад

    Gozel seirimis. Hec esitmemisdim

    • @seirlr799
      @seirlr799 2 года назад

      Bəli, çox gözəl, sadə dillə yazılmış şeirdir.