📖 Ali İmran Surəsi | 188-195 | 🎙 Qari - حازم سيف | Hazem Seif

Поделиться
HTML-код
  • Опубликовано: 7 окт 2024
  • 188
    Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır.
    189
    Göylərin və yerin hökm-ranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.
    190
    Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.
    191
    O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
    192
    Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz.
    193
    Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”- deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al!
    194
    Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”
    195
    Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən - istər kişi, istərsə də qadın olsun, - heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”.
    @quranayetleri #quranayetleri

Комментарии • 20