KOLANILAR Qobustan rayonunun Poladlı kəndində...

Поделиться
HTML-код
  • Опубликовано: 3 окт 2024
  • #kolani #kolanii #Kolanitv#Poladli#Azerbaycan
    Yolumuz Qobustan rayonunun Poladlı kəndinədir. Bu kəndə səfərimiz dumanlı-çiskinli və yağışlı bir günə təsadüf etdi. Hərdən yolumuza elə qatı duman çıxırdı ki, önümüzü görmək belə müşkülə çevrilirdi. Hətta bir yerdə ürəyimə gəldi ki, səfər yoldaşlarıma geri dönməyi təklif edim. Onların ciddi şəkildə əziyyət çəkəcəyindən, yağışda islanacağından, palçıqda yeriyə bilməyəcəyindən və çox yorulacağından ehtiyat edirdim. Lakin içimdə bir səs; “İrəli”! “İrəli”! deyirdi. Bu məqamda çox uzun illər öncə məşhur “Əsli - Kərəm” dastanından oxuduğum qoşmanın bir bəndi yadıma düşdü:
    Ərzurumun gədiyinə varanda,
    Onda gördüm, burum-burum qar gəlir.
    Lələm dedi, gəl qayıdaq bu yoldan,
    Dedim qayıtmağım, mənə ar gəlir.
    Yaxşı ki, də qayıtmadıq, irəli - dumanlı-çiskinli yollardan keçib Poladlı kəndinə getdik. Əziyyətimizə dəyərmiş. “Vətən müharibəsi qəhrəmanı” Mirdamət Bağıyevin atası Sərəstan müəllimi, 94 yaşlı Köçəri nənənin bayatılarını, yaşı 90-I ötmüş Səlbirəvan kişini, 50 ildən artıq müəllim işləmiş sinəsi söz xəzinəsi, özü mənəviyyat heykəli olan Qurban müəllimi görmək və dinləmək üçün bu yolu getməyə dəyərmiş. Və bir də Poladlı kəndindən geri qayıdarkən Günəşin bizi yola saldığını görmək üçün əziyyətlərə və çətinliklərə qatlaşmağa dəyərdi.
    Öncəki verilişlərimizdə Kolanıların Şirvan mahalına yerləşmə tarixi haqqında danışmışdıq. Bu səbəbdən qısaca olaraq deyək ki, Kolanılar 19-cu yüzilliyin ortalarında Girdə yaylasına Şamaxının Quzeyindən - Qızmeydandan gəlmişdilər. Qızmeydandan köç etmələrinə səbəb isə buraya şimaldan gələn malakanların yerləşməsi və malakanlarla kolanıların yola getməməsi olmuşdu. Çar hökuməti təbii olaraq, bu qarşıdurmada malakanları müdafiə etmiş və kolanıları Qızmeydandan müxtəlif ərazilərə sürgün etmişdi. Həmin dönəmdə Qızmeydandan çıxarılan kolanıların bir qismi Girdə yaylasına yerləşmiş və burada Dağ Kolanı kəndini salmışdılar. Ondan əvvəl isə bu ərazilər 100 illər idi ki, bura köçən kolanıların qışlaq əraziləri idi. Kolanılar Dağ Kolanıda da çox qalmır. Çoxsaylı problemlər səbəbindən, xüsusi ilə 1950-ci ildə Mircəfər Bağırovun tərəkəməliyin ləğvi ilə bağlı qərarından sonra Kolanılar bu yerləri də sürətlə tərk edib ölkəmizin ayrı-ayrı bölgələrinə köç edirlər. Dağ Kolanıda yaşayan kolanıların bir qismi isə yaxınlıqdakı Poladlı kəndinə yerləşdi.

Комментарии • 85

  • @KolaniTv
    @KolaniTv  6 месяцев назад +18

    Əziz dostlar, dəyərli yurddaşlar!
    Zəhmət olmasa, ,,bəyən,, düyməsini vurun, şərh bölümünə düşüncə və istəklərinizi yazıb, verilişi paylaşın. Ən əsası isə hələ abunə olmamısızsa, abunə olun.
    Kanalımıza diqqət ayıran hər kəsə çox təşəkkür edirik...

  • @fuad-91
    @fuad-91 16 дней назад

    Hacıqabul Kolanisindan bütün Kolanililara Salam olsun

  • @fuad-91
    @fuad-91 16 дней назад

    Allah cümlə Kolanililari qorusun Amin

  • @Elsen-cl2oy
    @Elsen-cl2oy 6 месяцев назад +13

    Məndə poladlidanam var olasız ❤

  • @leylaheydrova7185
    @leylaheydrova7185 6 месяцев назад +17

    İzlədim, böyük zövq aldım. Uğurlarınız daimi olsun! İzləyicilərin belə maarifləndirici verlişlərə ehtiyacı var.🥰

  • @uzeyirmirzyev7621
    @uzeyirmirzyev7621 Месяц назад +1

    TANRI KOLANINI QORUSUN

  • @LaviniaLavinia-o5h
    @LaviniaLavinia-o5h 6 месяцев назад +13

    Kolani olmaq,ayricaliqdi😍

  • @Coxceshidli
    @Coxceshidli 6 месяцев назад +7

    Biri birindən gözəl və biri birindən marağlı olan çəkilişləriniz bol və davamlı olsun.

  • @ElesgerAgarzayev-ey6jq
    @ElesgerAgarzayev-ey6jq 5 месяцев назад +3

    Çox sağ ol olun Namiq müəllim bu kolanı tayfasının bütün Azərbaycana tanıddıgniz üçün VAR OLUN .

  • @batyanezerli9611
    @batyanezerli9611 6 месяцев назад +6

    Çox sagolun Müəllim.Əziyətniz böyükdü ugurlarnız bol olsun İnşallah.

  • @sailismaylov4931
    @sailismaylov4931 6 месяцев назад +6

    Uğurlar arzulayıram müəllim

  • @SehriyarEliyev-i6o
    @SehriyarEliyev-i6o 6 месяцев назад +6

    Namiq bey. Kolanı haqqında aparilar her bir verliş gələcəyimizə işıq tutacaq. Mən buna inanıram.

  • @fuadf5587
    @fuadf5587 6 месяцев назад +7

    Salam olsun haminiza, teşekkur yada saldiz vetenimiz yurdumuzu uşaqliqimizi🙏

  • @teranealxanova7215
    @teranealxanova7215 5 месяцев назад

    Can qardaş..Nur icində yat..

  • @haciterlanov6130
    @haciterlanov6130 6 месяцев назад +4

    Salam allah ağbirçək və ağsaqqallarımıza ömür versin allah heç bir evi böyüksüz etməsin sizdə sağ olun ki belə yaşlıları çəkib xalqa göstərirsiz

  • @NatavanNovruzova-l8g
    @NatavanNovruzova-l8g 6 месяцев назад +6

    Çox maraqlı oldu zəhmətinizə təşəkkürlər.Tarixi faktlarin bele ətrafli izahina görə təşəkkür edirəm.Uğurlar Namiq müəllim.🙏

  • @NadirQedimli
    @NadirQedimli 6 месяцев назад +7

    Bu gözəl veriliş üçün təşəkkür edirik. Arzu edərdik davamlı olsun. Tarixi həqiqətləri bilmək hər birimiz üçün olduqca vacibdir.

  • @Gunes1974
    @Gunes1974 6 месяцев назад +8

    Qurban muellim, agzinizdan durr tokulur ,Allah size omur versin ,sizden behrelenmek ne gozel olardi ,kas ki...Ne qeder savadli insansiniz

  • @Sbin-xe8iy
    @Sbin-xe8iy 6 месяцев назад +5

    Uğurlarıniz daim olsun Namiq müəllim.

  • @KonulArif-g1x
    @KonulArif-g1x 6 месяцев назад +6

    Heqiqeten insan izledikce zövq alır.Heç TV lerde bele çeklişler yoxdu,tessüfler olsun

  • @nazimhuseynov3532
    @nazimhuseynov3532 6 месяцев назад +5

    Bir daha xeyrli uğurlu olsun
    Geniş informasiyaya görə təşəkkürlər

  • @Vüqarİsmayilzade-x4t
    @Vüqarİsmayilzade-x4t 6 месяцев назад +5

    Sizə bu enişli , yoxuşlu həyat yollarında uğurlar arzulayıram.

  • @bmm5928
    @bmm5928 6 месяцев назад +8

    Uğurlar olsun

  • @ShahinAhmad-fj3st
    @ShahinAhmad-fj3st 6 месяцев назад +10

    Uğurlar olsun. Kaş ki, bu veriliş Nurəddin Bəndəliyevin sağlığında çəkilərdi. Allah rəhmət eləsin

    • @nrgizbabazad8931
      @nrgizbabazad8931 6 месяцев назад

      Təşəkkür edirəm, Allah razı olsun, bəli Kolanı haqda elmi cəhətdən ən gözəl danışan alim və kolanı olan, Bəndəliyev Nurəddin! Baxmayaraq ki, həmin veriliş çəkilən günü, martın 11-yəni onun ildönümü idi bir kəlmə belə bu barədə xatırladan olmadı. Bu yaxınlarda həmin bu tayfa haqda,, Kolanı və kolanılar" adlı kitabı çap olunacaq bu alim yəqin ki, öz tayfasının necə,, qədirbilən " olduğunu da çox gözəl bilirdi!!!! Zaman keçəcək nələr və kimlərsə unudulub gedəcəklər, Bəndəliyev isə Azərbaycan coğrafiyasında landşaftları toponomik üsulla tədqiq edən ilk alim kimi qalacaqdır! Şair, həkim, müəllim, tədqiqatçı, alim Bəndəliyev, Allah ruhunu şad, məkanını Cənnət etsin.

    • @N12-84
      @N12-84 6 месяцев назад +5

      Bəndəliyevin araşdırıb yazdıqların sizin kimi istedadlı insanlar anlayır .Kolanı adı çəkiləndə Nurəddin müəllimi yad etdiyiniz üçün təkəşkürlər

    • @BAKITV618
      @BAKITV618 5 месяцев назад +2

      Kaş çəkilərdi Özü danışardı Elm haqqında Kolanılar haqqında Nürəddin müəllim Çox savadlı Ziyalı şəxsiyyət olub Özüdə ailəsidə savadlıdır və hörmətlidir

    • @eminmemmedov4679
      @eminmemmedov4679 5 месяцев назад

      ​@@BAKITV618Mərəzəlisiz?

    • @eminmemmedov4679
      @eminmemmedov4679 5 месяцев назад

      ​@@N12-84Mərəzəlisiz?

  • @yt_xangaming
    @yt_xangaming 6 месяцев назад +4

    Namiq dayı çox gözəl verilişdi,olduqca xoşuma gəldi.
    Belə tarixi olan KOLANILAR haqqında məlumat verdiyiniz üçün təşəkkürlər!🙏🏻💚

  • @aysnmmmdova-mr4zt
    @aysnmmmdova-mr4zt 6 месяцев назад +6

    Uğurlar!

  • @hebibhebibov1234
    @hebibhebibov1234 6 месяцев назад +5

    Kolani qisdag qebristanligi tarixi haqqında da məlumat versez pis olmaz .Orda tarixi mezarlar var.

  • @AslanHeydərli
    @AslanHeydərli 6 месяцев назад +6

    Sağol Namiq məlim bu verilsə görə uğurlar sene

  • @secahanramazanova8668
    @secahanramazanova8668 6 месяцев назад +7

    İzlədim...maraqlıdır

  • @bextiyarismailov2001
    @bextiyarismailov2001 6 месяцев назад +8

    Xeyirli olsun uqurlar

  • @YusifEliyev-dk1qf
    @YusifEliyev-dk1qf 5 месяцев назад +1

    Çox sağ olun var olsun bütöv Azərbaycanim var olsun Kolani elim❤❤❤

  • @ceferzerbeliyev4245
    @ceferzerbeliyev4245 6 месяцев назад +5

    Kolanılara eşq olsun.

  • @muradibadov7200
    @muradibadov7200 6 месяцев назад +8

    Uxurlarınız boi olsun daiml olsun

  • @_Heyderova0212
    @_Heyderova0212 6 месяцев назад +4

    Uğurlarınız daimi olsun! Namiq müəllim

  • @KonulArif-g1x
    @KonulArif-g1x 6 месяцев назад +7

    Menevi deyerlerimiz çökmüş zamanında bele seyleri görende insanın geleceye ümidi artır.Teşekkür edirem

  • @zaurnerimanov225
    @zaurnerimanov225 6 месяцев назад +4

    Çox gözəl izlədim uğurlu olsun.

  • @serdarezizov9872
    @serdarezizov9872 6 месяцев назад +4

    Uğurlar arzulayıram

  • @vahidfaragov-tz3er
    @vahidfaragov-tz3er 5 месяцев назад +4

    Poladlıda yaşayan Kolanıların əksəriyyəti Kolanının Goran təbəhindəndir.

  • @Gunes1974
    @Gunes1974 6 месяцев назад +5

    Sehriyar muellim ,isleriniz avand olsun ,Namiq muellim ,cox sag olun ,elin obanin adet enenlerini, ezelini yasatmaga calisirsiniz

    • @KolaniTv
      @KolaniTv  6 месяцев назад

      Təşəkkürlər Arzu xanım.

  • @alihasanzade7481
    @alihasanzade7481 6 месяцев назад +4

    Namiq müəllim Kolanılar la bağlı çəkdiyiniz əziyyət heçdə hədər getməmiş..
    Həm məlumat ,həm zövq baxımından...Çox sağ olun qardaş.Uğurların bol olsun.(Şahbuz Kolanısından)

    • @KolaniTv
      @KolaniTv  6 месяцев назад

      Mənimlə əlaqə saxlayın zəhmət olmasa

  • @TheKhan_yt
    @TheKhan_yt 6 месяцев назад +3

    Xeyirli uğurlu olsun! Damamlı olsun! Axarıcı olsun! Verilişiniz uzun ömürlü olsun! Allah sizə can sağlığı versin!Həmişə yazıb yaradasız!🙏🏻💚

  • @aqilyasaroglu8523
    @aqilyasaroglu8523 6 месяцев назад +3

    Xeyirli və uğurlu olsun!

  • @elizamindmirov7804
    @elizamindmirov7804 6 месяцев назад +2

    Salam. Coxsagolun maraqli verliwderiniz ucu. Tewekurler. Siyezen kolanisinnana.

  • @ZiyadxanEsedov
    @ZiyadxanEsedov 6 месяцев назад +3

    Cox sagollun Dagkolani cekerdiz

  • @FexriFerecli
    @FexriFerecli 6 месяцев назад +3

    Çox maraqlı çox sağ olun.

  • @IsmayilIsmayilov-lt2wo
    @IsmayilIsmayilov-lt2wo 6 месяцев назад +3

    ❤XEYİRLİ OLSUN

  • @hebibhebibov1234
    @hebibhebibov1234 6 месяцев назад +1

    Ugurlar .Cox sag olun cox maraqlidi.

  • @aliye.memmedova
    @aliye.memmedova 6 месяцев назад +2

    Masallah....uğurlarınız bol olsun

  • @saraselcan4587
    @saraselcan4587 6 месяцев назад +5

    Var olun.

  • @alxasalxas1962
    @alxasalxas1962 6 месяцев назад +4

    Xeyirli olsun,axarıncı olması diləyi ilə 🤲, zəhmət olmasa müsahibə aldığınız şəxslərin seslerini açıq seslendirseniz daha gözəl olardı

    • @KolaniTv
      @KolaniTv  6 месяцев назад +2

      Şərhinizə görə təşəkkür edirik, amma yeni açılan kanalın məsləhətdən daha çox dəstəyə ehtiyacı var, əziz yurddaşım!

  • @vahidfaragov-tz3er
    @vahidfaragov-tz3er 5 месяцев назад +2

    Kolanıdan 37 ci ildə 6 nəfər xalq düşməni kimi güllələnib.

    • @KolaniTv
      @KolaniTv  5 месяцев назад +1

      Adlarını yazın, zəhmət olmasa

  • @ResadMemedzade
    @ResadMemedzade 6 месяцев назад +2

    Çoxx qurur vercidi

  • @KamranEliyev-s9h
    @KamranEliyev-s9h 6 месяцев назад +2

    Qeseng

  • @tamararustamovatnhabulud407
    @tamararustamovatnhabulud407 6 месяцев назад +1

    Salam.İzlədim.Belə verilislar davamli olsun.Zəhmətlərə qatlaşaraq vacib islər görürsünüz

  • @babahesenbabazade9275
    @babahesenbabazade9275 5 месяцев назад +1

    Xeyirli olsyn ,davami gelsin insallah❤

  • @zabilhesenov1943
    @zabilhesenov1943 5 месяцев назад

    Allah rəhmət eləsin Namiq Hacıheydərli 😢

  • @Vusal-q3s
    @Vusal-q3s 6 месяцев назад +2

    Əziz yurddaşlar, Kolanının tarixi və eləcə də Azərbaycanda olan bütün Kolanı elləri barədə maraqlı və dəqiq məlumatların öyrənilməsi üçün kanalımıza dəstək olmalıyıq. Hər birinizdən ricam çoxlu paylaşım və bəyənidir. Nicat Kolan

  • @BilalHeydrov-hk8rh
    @BilalHeydrov-hk8rh 6 месяцев назад +1

    Uğurlu olsun inşallah

  • @BextiyarFerzeliyeva
    @BextiyarFerzeliyeva 6 месяцев назад +4

    Kolani eli haqqında ən dəqiq məlumatlar əslən kolanı olan rəhmətlik tarixçi alim tarix elmləri doktoru professor Tofiq Vəliyevin elmi məqaləsində öz əksini tapmışdır..

    • @KolaniTv
      @KolaniTv  6 месяцев назад

      Məqalənin adını yazın, zəhmət olmasa

    • @BextiyarFerzeliyeva
      @BextiyarFerzeliyeva 6 месяцев назад

      Rus imperiyasına boyun əyməyən kolanı tayfası

  • @uzeyirmirzyev7621
    @uzeyirmirzyev7621 Месяц назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @Kurtlar.vadisi.gündüz
    @Kurtlar.vadisi.gündüz 6 месяцев назад +1

    Ugurlar✅

  • @boyukagamikayilli7686
    @boyukagamikayilli7686 6 месяцев назад +3

    Sinədəftər ağsaqqallar, ağbirçəklər...

  • @nicat1260
    @nicat1260 6 месяцев назад +2

    Kolani❤

  • @LaviniaLavinia-o5h
    @LaviniaLavinia-o5h 6 месяцев назад +4

    👏👍👍

  • @nuluferesgerova6258
    @nuluferesgerova6258 2 месяца назад

    Palaz toxuyanlardan biri mən 12-13 yaşdan toxumusam palazi çox xoşlayıram amma heyf hazırda cavan yeni yetişən gelinler palaz toxumur maraqsız yanaşırlar buna ..istərdim bu ənənələr davam etsin .

  • @NarinHaceliyeva
    @NarinHaceliyeva 5 месяцев назад +2

    Poladlının 3 şəhid qəhrəmanı var.Mecdunov Xalid ,Heydərov Anar birdə Mahir Kərimov.Hal hazırda Poladlı kənd məktəbi Mahir Kərimov adınadır

    • @fuad-91
      @fuad-91 16 дней назад +1

      Allah bütün şəhidlərimizə qəni qəni rəhmət eləsin Amin 😢😢

  • @Namazeli-Goyceyev
    @Namazeli-Goyceyev 6 месяцев назад +2

    Kolanilar

  • @samiribrahimov0808
    @samiribrahimov0808 6 месяцев назад +2

    Uğurlar olsun.