General Rasim Musayev Elmar Vəliyevi Gəncədə iş otağında niyə döymüşdü? - 2013-cü ilin təfərrüatları

Поделиться
HTML-код
  • Опубликовано: 27 авг 2024
  • Gəncədə hələ 2013-cü ildə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev 2018 ci ildə güllələnmiş icra başçısı Elmar Vəliyevi onun xidməti otağında döyməsi barədə xəbərlər var idi.
    O zaman yayılan məlumata görə, 20 Yanvar mərasimi günü Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bir sıra rəhbər şəxslərə hücum edib. Bu xoşagəlməz hadisə şəhərdə gərginlik yaradıb. Nəticə də Gəncənin axundu və Seyid Tahir eləcə də Texnologiya Universitetinin rektoru İcra başçısından polis rəisi Rasim Musayevə şikayət ediblər. Generaldan kömək istəyiblər.
    Məlumatda iddia olunur ki, ziyalıların, axundun incidilməsinə son qoyulması üçün polis rəisi Rasim Musayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Mövcud problem ətrafında geniş fikir mübadiləsi aparılıb. Ancaq söhbət əsnasında hər iki vəzifəli şəxs arasında mübahisə düşüb. Deyilənə görə əvvəl günlərdən münasibətləri sərin olan məmurlar əlbəyaxa davaya başlayıblar. Rasim Musayev İcra Hakimiyyəti Başçısının kabinetində Elmar Vəliyevə kəllə zərbəsi vurub və onu yerə sərib. Daha sonra o, qapını çırparaq İH binasını tərk edib. Köməkçilərinin dəstəyi ilə yerdən qaldırılan başçı dərhal şəhər prokuroru Adil Vəliyevi yanına çağıraraq polis rəisinin bu hərəkəti barədə ölçü götürülməsini tələb edib. Eyni zamanda general barəsində baş prokurora məlumat verilməsinin vacibliyi bildirilib.
    Bundan sonra Gəncədə işləyə bilməyəcəyini bildirən Rasim Musayev öz ərizəsi ilə vəzifəsindən istefa verib.
    Hazırda bütün Gəncə əhalisinin bu hadisədən danışıldığı deyilir.
    Website:
    Facebook: / tvkanal13
    Twitter: #!...
    Click & Subscribe to the main youtube Channel:
    www.youtube.com...
    © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ]
    ~-~~-~~~-~~-~
    Please watch: ""Camaat batır də! Etiraz edəndə də dubinkanı vururlar təpənə..."-SORĞU:Benzinin qiyməti enməlidirmi?"
    • "Camaat batır də! Etir...
    ~-~~-~~~-~~-~

Комментарии • 735