Tiens haqqında hər şey

Поделиться
HTML-код
  • Опубликовано: 10 мар 2022
  • Şirkətin baş ofisi Çinin paytaxtı - Pekin şəhərindədir. Şirkətin istehsalat kompleksi, Tyanzin(Tianjin) şəhərində U-Çin,yeni texnologiyalar zonasında yerləşir. İstehsal gücləri dünyanın 5 kontingentində yerləşmişdir: Şimali Amerika, Asiya , Avropa , Avstraliya və Afrika. Bundan başqa Amerika (Sielt) və Malaziyada da (Kuala - Lumpur) istehsalat bazaları var. Şirkətin əsas fondu 6 milyard dolları üstələyir. "TİENS” öz məhsulunu hazırlayan və itehsal edən çox sahəli şirkətdir.
    Şirkətin təməli, 1993-cü ildə, şirkətin hazırki prezidenti c. Li Din Yuan tərəfindən Çin TEA (Tibb Elmləri Akademiyası) auksionunda 8 mln. Dollara bioaktiv əlavə - Biokalsium istehsalına patent alması ilə qoyulmuşdur. Bu akademiyanın 6 ilik işinin nəticəsi idi. Zavodun tikilişinə 3 mln. Dollar investisiya qoyulmuşdur. Amerika və Almanyanın ən müasir qurğuları alınmışdır. O beynəlxalq GMP standartına uyğundur və keyfiyyətli, effektiv məhsul əldə etmək üçün ən yeni texnologiyadan istifadə etməyə imkan verir.
    1995-ci ildən "TİENS” şirkəti öz əsas strukturlarını məlumat biznesi sahəsinə keçirir. Burada məhsul və xidmətin bazara çıxarılması məlumatın istiqamətləndirilməsi əsasında baş verir. 1997-ci ildən şirkət beynəlxalq bazara çıxır.Artıq 2003 - cü ildən "TİENS” şirkəti elmi tədqiqat, ticarət, daşınmaz əmlak, təhsil, mədəniyyət , turizm, yüngül sənaye, yeyinti sənayesi və digər sahələri əhatə edən çox sahəli, transmilli nəhəngə çevrilmişdir. Şirkətin inkişaf dinamikası heyrətamizdir. O digər şirkətləri kifayət qədər üstələyir. Belə ki, inkişaf dinamikası misal üçün AMWEY şirkətini 2-3 dəfə üstələyir. Həmin şirkətin 43 il ərzində məhsul dövriyyəsi 8 mlrd. dollar təşkil edirdi. "TİENS” - də isə 7 ilə 3 mlrd. dollar olmuşdur.
    Hal-hazırda şirkətin illik dövriyyəsi 18 mlrd. dolları üstələyir. Şirkət dünyanın 124 ölkəsində öz nümayəndəliyini açıb və ticarət markası 190-dən artıq ölkədə qeydə alınmışdır.Şirkət geniş xeyriyyəçilik fəaliyyəti göstərir. BMT-nin İnvestisiyalar Proqramının direktoru cənab Feşt, 20 mart 2002-ci ildə Avropa bazarının açılmasının 3-cü il dönümünə həsr edilmiş tədbirdə bunları demişdir:"TİENS” şirkətinin struktur və ruhu BMT-nin struktur və ruhunu xatırladır. İnsanlara qarşı eyni qayğı, insanlığı sağlametmək üçün eyni həvəs. Hal-hazırda biz "TİENS” şirkətini BMT-nin rəsmi tədarükçüsü kimi qeydə alırıq.”
    Beynəlxalq Kredit Bankı "TİENS” şirkətini kapital qoyuluşunun etibarlılığına görə AAA kateqoriyasına aid etmişdir. Müqayisə üçün qeyd etmək istərdim ki, dünyanın ən etibarlı banklarından olan İsveç bankı AAA kateqoriyasına aid edilmişdir.
    1999-cu ildə Rusiyaya gələn şirkət, artıq əhəmiyyətli naliyyətlərə malikdir.
    Şirkət Azərbaycanda Ədliyyə və Səhiyyə Nazirliyinin 2002-ci ildə qeydiyyatdan keçmişdir.Artıq 15 ildir şirkət Azərbaycanda rəsmi şəkildə fəaliyyət göstərir.
    Şirkət bir çox uğurlara və sertifikatlara da layiq görülmüşdür.
    2001-ci ilin dekabr ayında qazanılmış mükafat - "Millətin sağlamlığının möhkəmləndirilməsi yolunda praktiki xidmətlərə görə” "Meçnikov” adına qızıl medal.
    "Kosmonaftların səhhətinin qorunması üçün ən yaxşı məhsula görə” "Aviasiya və Kosmonavtika işləri üzrə Rusiya Beynəlxalq Akademiyasının diplomu.
    Rusiya prezidenti yanında biznes və sahibkarlıq akademiyasının tərtib etdiyi "XXI əsr Biznes elitası” sorğu kitabçasına şirkət haqda məlumatın salınması.
    İSO 9001-02, 2008 Beynəlxalq keyfiyyət sertifikatı
    FDA (Food Drug Assosiation) Yeyinti və farmaseptik məhsullar üzərinə qoyulmuş Amerikanın Federal Assosiasiyasının sertifikatı
    Halal sertifikatı 2004 -cü ildə Səudi Ərəbistanda
    Qeyri toksin istehsalat kimi GMP nişanı
    ƏDLİYYƏ VƏ SƏHİYYƏ NAZİRLİYİNİN keyfiyyət nişanı (AZƏRBAYCAN)
    Ümumilikdə götürdükdə şirkət Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) tərəfindən 16 kubok 49 qızıl medal və 143 sertifikatla təltif olunmuşdur.
    Brendin devzi: BİR DÜNYA BİR AİLƏ.

Комментарии •