Xəzər Süleymanlı-ONDA BİLƏCƏKSƏN MƏNİM SEVGİMİ (Musa Yaqubun şeiri)

Поделиться
HTML-код
  • Опубликовано: 14 июн 2023
  • şeir: Musa Yaqub
    ifa: Xəzər Süleymanlı
    İndi nazın böyük, ürəyin aram,
    Eh, mən də səninçün belə qalmaram…
    Bir də görərsən ki, bir ərk yerin yox,
    Qalmısan neçə yad baxışın altda.
    Qəfil görəcəksən çətirin də yox,
    Əsirsən bir qərib yağışın altda.
    Günəşdə üstünə kölgə salan yox,
    Tənhasan, amma heç yada salan yox.
    Sönüb səndən ötrü o isti ocaq.
    Onda bilcəksən mənim sevgimi,
    Biləcəksən,
    O da çox gec olacaq.
    Könlün darıxanda, lap darıxanda,
    Kimlərsə hardansa qoşa baxanda,
    Bir də görəcəksən
    Sən burda təksən,
    Yanında boş qalıb bir sirdaş yeri,
    Sızlayır könlünün həmin boş yeri.
    O sözün, o səsin, o ərkin yoxdur,
    Dərdin var, bu dərdə şərikin yoxdur.
    Onda birdin-birə gözün dolacaq,
    Onda biləcəksən mənim sevgimi,
    Biləcəksən,
    O da çox gec olacaq.
    Məsələn, bir dəfə yeri gələndə,
    Bir gizli vaxt tapıb güzgülənəndə
    Bir də görəcəksən şümşad əllərin,
    Çiyninə tökülmüş dalğın tellərin,
    Bir gülər üzün var,
    Amma bilən yox,
    Bu xumar gözlərlə birgə gülən yox.
    Yoxdur bu əllərin qədirbiləni,
    Yoxdur bu tellərin qədirbiləni,
    Çiynin boş, əlin boş, boş qalan qucaq..
    Onda biləcəksən mənim sevgimi,
    Biləcəksən,
    O da çox gec olacaq.
    Soraq almayanda eldən, mahaldan,
    Yığa bilməyəndə gözünü yoldan,
    Könlün bir qanadlı söz istəyəndə,
    Ümid qanadıyla uçum deyəndə
    Bir də görəcəksən qanadın yoxdur.
    Çağrılır, deyilir, adı var,amma
    Dilimdə şipşirin o adın yoxdur,
    Bir nağıl, bir sevgi, həyatın yoxdur.
    Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
    Onda biləcəksən mənim sevgimi,
    Biləcəksən,
    O da çox gec olacaq…
    #xezersuleymanli #xəzərsüleymanlı
    Facebook: / xzrslmnli
    İnstagram: / xezersuleym. .
    Tik-tok: vm.tiktok.com/ZSdSfdWxj/
    Telegram: t.me/xezer_suleymanli
  • ВидеоклипыВидеоклипы

Комментарии • 72

  • @aynurelizade2217
    @aynurelizade2217 Год назад +34

    Könlün darıxanda, lap darıxanda..Kimlərsə hardansa qoşa baxanda..Birdə görəcəksən sən burda təksən..Yanında boş qalıb bir sirdaş yeri...Sızlıyır könlünün həmin boş yeri..💔

  • @limmmdov9241
    @limmmdov9241 Год назад +15

    *Sən dəyər verənə, vermədin dəyər,*
    *Məhəbbət mənim də gərəyim idi.*
    *Bağışla söyləyib tapdaladığın,*
    *Ayağım deyildi, ürəyim idi...*
    *Sən mənim gözümdən düşmüsən artıq*
    *Vəfasız olana könül verilməz.*
    *Lap belə yüz minlik ətir də vursan,*
    *Üstündən xəyanət qoxusu getməz...*

  • @uzaqlarnqadn-1719
    @uzaqlarnqadn-1719 Год назад +21

    _Yoxluğuma Yaxşı Bax Çünki_
    _Varlığım Bir Daha Senin_
    _Olmayacaq ..._

  • @aidliyeva6544
    @aidliyeva6544 Год назад +9

    İnsan bu səsə qulaq asdıqca rahatlıq tapır.Allah qorsun sizi.

  • @gunelibrahimova88
    @gunelibrahimova88 Год назад +9

    Atam....😢😢💔💔 Ürəyinizə,səsinizə sağlıq...😢

  • @zamiqimanov8346
    @zamiqimanov8346 Год назад +6

    Salam,Xəzər bəy,səsinizə sagliq.62 yaşim var.həmişə sizin səsləndirdiyiniz şerləri dinləyirəm.sag olun yeni yeni şerlər dinləmək ümidilə

  • @raufnesirov9367
    @raufnesirov9367 11 месяцев назад +1

    Möcüzəvi Musa Yaqub şeiri və möhtəşəm ifa.Son günlər eşitdiyim ən gözəl şeir.👍

  • @minuralyeva1476
    @minuralyeva1476 Год назад +3

    Əsirsən bir qərib yağışın altda...
    Yağışlı havada dinləmək lap yerinə düşdü 🌧️

  • @nuriyekatar4941
    @nuriyekatar4941 Год назад +3

    Yüreğinize sesinize sağlık. Harika!..👏👏👏👏👏😊🎶🦜👋🏻

  • @sharafatabdullayeva2925
    @sharafatabdullayeva2925 Год назад +1

    hami o mənali maraqli ətirli xoş səsinizdən ayrilmaq istəmir.ALLAH SİZİ QORUSUN.YÀRAŞİQLİ SAVADLİ XOŞ NİÜÜƏTLI MƏXMƏR SƏSLİ HAMİNİN SEVİMLİSİ GÖZƏL İNSAN.VAR OLASİNİZ.

  • @XayalHamzayev-mw6fs
    @XayalHamzayev-mw6fs Год назад +5

    Diri diri basdırdın O sevgini. Üstüne torpaq tökdükcə nece yalvarirdi sənə. Nəcə bağırırdı ETMƏƏƏƏƏƏ. BASDIRMA MƏNİİİ... Yaşamaq istəyirem hələ. Amma sən.., Amma sən sevginin gözlərinə baxa baxa basdıdın...

    • @user-zb2er1qe7h
      @user-zb2er1qe7h 10 месяцев назад

      Tekib edecek, o gõzler seni
      Elinden olacaq, seadetini
      Getsende,dünyanln, lap o başlna
      Gõzler, gõzünde, bitecek senin

  • @ruslanborcaliseirlri4408
    @ruslanborcaliseirlri4408 Год назад +3

    Bu şeir çox uzaqlara apardı məni...Şeirdən uzaqlaşdırdı,yazmaqdan soyutdu imansız,anlamadı məni...Yaxşı ki,Xəzər Süleymanlı ifası var
    Minnətdaram

  • @ulvihesenov2632
    @ulvihesenov2632 Год назад +1

    Halal olsun size qardaş, bu səs neçə neçə insanların daşlaşmış qəlbini yumuşaldır❤

  • @ulfatnagiyeva8139
    @ulfatnagiyeva8139 Год назад +1

    Onda birdən birə gözün dolacaq
    Onda biləcəksən mənim sevgimi

  • @sharafatabdullayeva2925
    @sharafatabdullayeva2925 Год назад +1

    yerlim mənim. Goranboylu ƏFƏNDİMİZ

  • @akifelesgerli8893
    @akifelesgerli8893 Год назад +1

    Onda bileceksen menim sevgimi.❤😔👍

  • @XayalHamzayev-mw6fs
    @XayalHamzayev-mw6fs Год назад +1

    Bir nağıl bir sevgi heyatın yoxdur!!!

  • @user-fp7fs2yu9v
    @user-fp7fs2yu9v 7 месяцев назад

    Çox təəssüf ki mən Xəzər Süleymanlı təzəlikcə Retro FM də apardıqları veriliş vasitəsilə tanıdım. Tanıdım və bütün şeir həvəskarları kimi səsinin sehrinə düşdüm və bu gün həmin dalğada bu şeiri onun ifasında eşidib əməlli başlı ağladım. Məni ağladan adam səsinə min əhsən

  • @memento_mori..
    @memento_mori.. Год назад +2

    inan ki,məndə sənin üçün..... bele qalmaram....🍂

  • @AdSoyad-sz2vm
    @AdSoyad-sz2vm Год назад +3

    Səbirsizliklə gözləyirdim nə vaxt yüklüyəcəksiniz...❤❤❤
    Təklikdən qorxuram.tənhalıqdan qoruxuram..

  • @TARIK9184
    @TARIK9184 Год назад +9

    🇹🇷 🇦🇿 sesinize emeğinize sağlık güzel insan son zamanlarda dinlediğim en güzel şiirlerden birtanesiydi hayırlı akşamlar

    • @sevilnatiqqz.3145
      @sevilnatiqqz.3145 Год назад +1

      İyi akşamlar Tarık, hoş geldin.Nasılsın dostum, işler yolundamı?Sana Bakü'den kucak dolusu kardeş selamı gönderiyorum 🇦🇿🇹🇷 Şiiri çok sevdiyin belli oluyor kalbi güzel arkadaşım Allah kalbine göre versin 🤲

    • @TARIK9184
      @TARIK9184 Год назад +1

      @@sevilnatiqqz.3145 🙂 aleykümselam sevil sağol ben iyim sen nasılsın ALLAH seninde kalbine göre versin bendenden can Azerbaycan a selamlar 🇹🇷 🇦🇿

    • @sevilnatiqqz.3145
      @sevilnatiqqz.3145 Год назад +1

      @@TARIK9184 Teşekkür ederim Tarık, bende iyiyim şükürler olsun.Selamın başım gözüm üstüne 🙂🇦🇿🇹🇷

    • @TARIK9184
      @TARIK9184 8 месяцев назад +1

      @@sevilnatiqqz.3145 tamam sevil ALLAH kolaylık versin sana da seni meşgul etmim ben o zaman ALLAH a emanet ol

    • @sevilnatiqqz.3145
      @sevilnatiqqz.3145 8 месяцев назад +1

      @@TARIK9184 Amin 🤲,yok rahatsız etmiyorsun ki ne zaman istersen yaza bilirsin,seni okumak benim için iyi geliyo

  • @gulnarkarim9522
    @gulnarkarim9522 Год назад +1

    ONDA BIECEYSEN MENIM SEVGIMI.. ONDADA COX COX GEC OLACAQ...

  • @Samxal_664
    @Samxal_664 4 месяца назад

    Həm gözəl şeir,həm də həyat dərsi

  • @refiyeva509
    @refiyeva509 Год назад

    Konsertiniz möhtəşəm keçdi bravo deyirəm

  • @cavansircavansir519
    @cavansircavansir519 Год назад +5

    Heç kimin qucağı boş qalmır məncə, boş qalan ürəklərdi.hamı nə vaxtsa evlənir oğlan ya, qız fərq etmir amma hər ikisidə yalnız 1 dəfə sevir

    • @papatya2779
      @papatya2779 Год назад

      Ne sevgi nesevdiyin unudulmaz

  • @ayshenahmedova5774
    @ayshenahmedova5774 10 месяцев назад

    Mohtesem🤤💫

  • @zkriyyqurbanov3913
    @zkriyyqurbanov3913 Год назад +1

    Möhtəşəmsən

  • @ulviyye8459
    @ulviyye8459 Год назад +1

    Onda bileceksen mənim sevgimi😔

  • @gulyamamedova-rn9cp
    @gulyamamedova-rn9cp Год назад +2

    Bu şeiri Ədəbiyyat və İncəsənət qəzetindən götürmüşdüm. Həqiqətəndə nazımız böyük, ürəyimiz aram. Nə isə... Çox dərin mə'nalı şeirdi. Gözəl ifa, əməyinizə sağlıq.Həmişə var olun.🙏

    • @SSSSSS-hp7zd
      @SSSSSS-hp7zd Год назад +1

      Getdin axı niyə, nə üçün, nədən
      Qoydun bu həyatda tənha tək məni
      Səhərlər xəyalın, axşamlar ruhun
      Qapı döyən kimi döyəcək məni
      Yovuşa bilmirəm daha heç kimə
      Dosta da, yada da yad görünürəm
      İçimdə gizlədib şəhərini mən
      Sızlaya sızlaya yad görünurəm

  • @aynurhuseynova772
    @aynurhuseynova772 Год назад +1

    O da çox geç olacaq 😔😔

  • @eli_munis7268
    @eli_munis7268 Год назад +1

    Ucuz sevənlər heç vaxt sevginin dadın bilməzlər.
    Bilmədikləri üçün axtarmazlar.
    Çünki onlar üçün hər yer sevgidir zatən.

    • @fehanesgerov8823
      @fehanesgerov8823 Год назад +1

      Sevgi olan cumlede ucuz sozu olmamalidir mence sevgi ele sevgidir ne bahasi ne ucuzu temenna varsa sevgi yoxdur.sevgi özüdür odur deyilse sevgi deyil

    • @eli_munis7268
      @eli_munis7268 Год назад

      @@fehanesgerov8823 bu həyatda özünü sev o zaman hamı səni sevəcək. Qaldı cavaba bu həyatda hər şey iki yerə bölünür ucuz və baha. Mənim şeirlərdə səhvən üçün sevgi qiymətsizdir. Ama bəziləri üçün ......

  • @eminehesenova7085
    @eminehesenova7085 Год назад +1

    ❤❤❤

  • @axtar_tap
    @axtar_tap Год назад +4

    o gun olar ki pewman olsun yene meni axtarsin ki

    • @florahuseynova2844
      @florahuseynova2844 Год назад +1

      Amin.Inshallah.mende bunu arzu edirem oz adimdan

    • @axtar_tap
      @axtar_tap Год назад

      @@florahuseynova2844 amin teskkur Edirem var ol gozel insan

  • @tranmirzyeva7894
    @tranmirzyeva7894 Год назад +1

    ❤❤❤❤❤

  • @khuramanrahimova5260
    @khuramanrahimova5260 Год назад +1

    👍👍👍

  • @ulkrcfrova
    @ulkrcfrova Год назад

    Onda biləcəksən mənim sevgimi...
    Biləcəksən,o da çox gec olacaq...

  • @gulerxanmemmedova7980
    @gulerxanmemmedova7980 10 месяцев назад

    14 il sonra qedrimi bilib axtardı məni. Artıq çox gecdirrr.. O, 2 uşaq atası, mən 2 uşaq anasiyam. 😢

  • @user-rl1rd6ff7o
    @user-rl1rd6ff7o Год назад +1

    😢😢😢😢

  • @səbuhiəhmədov
    @səbuhiəhmədov Год назад

    🌸

  • @semedzadeatillasamedov3199
    @semedzadeatillasamedov3199 22 дня назад

    Xezer Suleymanli sizin fikriniz nedi😢artiq sesiniz bitirib bizi❤

  • @vafabayramova4884
    @vafabayramova4884 Год назад +1

    Sesinize quvvet,son 9 gun 🎉🎉🎉

  • @mavisema-ux9fs
    @mavisema-ux9fs Год назад +2

    😔😔😔😔😔😔

  • @sharafatabdullayeva2925
    @sharafatabdullayeva2925 Год назад +1

    Aqilli insam səni o qədər insan sevir ki saüi sanbal yox. Azliqmi edir?SİZİ KİMİ ƏFƏNDİNİ HAMİ SEVİR. AMMA...??? :(((😊

  • @sevilnatiqqz.3145
    @sevilnatiqqz.3145 Год назад +10

    ..Onda biləcəksən mənim sevgimi
    Biləcəksən..o da gec olacaq ✍️Gec olmadan sevdiyinizə, sevginizə dəyər verin sonrakı peşmançılıq fayda verməyəcək..

  • @asimandmirov2315
    @asimandmirov2315 Год назад

    😕👍

  • @yusiforucov5072
    @yusiforucov5072 Год назад

    Heç vaxt da bilmiyəcəysən😢

  • @XayalHamzayev-mw6fs
    @XayalHamzayev-mw6fs Год назад

    Nece qıydın sen o sevgiyə??? Neceee axıı?? Deyirdin ki sensiz heyatımı təssvür ede bilmərəm

  • @ilkan972
    @ilkan972 2 месяца назад

    😪😪

  • @elimelili1331
    @elimelili1331 Год назад

    14 il sonra eşqiylə yaşadığım, ürəyimin ilk möhkəm vurmasına səbəbkar olan, sevgini öyrəndiyim, müəlliməm, anam zənn etdiyim o qızla rastlaşdıq. O mənə mənim ona 14 il əvvəl baxdığım kimi baxdı, amma mən ona tamam yad birisi kimi davrandım, düz 1 ay çırpındım danışdım yazışdım, amma gördüm heç nə 14 il bundan qabağkı kimi deyil. Ola bilmirəm elə. Və bir göz qırpımında əlaqəni kəsdim. İndi yenə xəyal edirəm. Başa düşürəm ki, mən onu indi yox 14 il bundan əvvəlki kimi sevmək istəmişəm. Hisslərimi çatdıra bilmirəm. Qəribədir.

  • @jamalkarimov
    @jamalkarimov Год назад +1

    😒

  • @Frdceferova
    @Frdceferova Год назад +1

    Menden şikayet etdiklerin her ne var idise,bir gun darixacaqsan ama GEC olacaq........