Mətbəx mebelində moyka necə seçilir? İdeal yuma zonası və metbex

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Mətbəx mebelində ən vacib hissələrdən biridə yuma zonasıdır. Moyka bir-başa olaraq mətbəx mebelində dizayna təsir edir. Məhz ideal moyka sisteminin təşkil edilməsi metbex mebelinin rahatlığını təmin edir.
    Moyka metbex zonasında yalnız yuma prosesini deyil, həmçinin mətbəx otağında səsin az gəlməsini, ev sahibnin daha rahat olmasınə təmin edir. Mətbəx mebelində ən çox istifadə edilən elemet moyka zonası, yuma elementləridir.
    Metbex mebeli haqqında silsilə yanlışların izahatında aşağıdakı elementləri video təqdim edirik.
    00:50 Mətbəx mebelində yuma sahəsi - moyka seçiminin önəmi. Ümumi mətbəx mebelində yuma zonası (moyka) çox önəmli hissədir.
    01:10 İdeal moyka necə seçiləmlidir? Moyka seçimində 3 önəmli məqam hansılardır, moyka ölçülərində nələrə diqqət etmək lazımdır?
    02:44 Material seçimi. Hansı materialda moyka seçimləri mövcuddur? Fərqli materialda moyka növlərinin müsbət və mənfi tərəfləri nələrdir?
    03:37 1. Paslanmaz poladan olan moykalar. Əsasən modern dizaynda mətbəx mebellərində istifadə olunan paslanmas polad - nerjaveyka moykaların hansı mənfi və müsbət tərəfləri var.
    04:40 2. Keramika moykalar. Daha çox daş effekti verən keramik moykaların digər moykalardan fərqi. Daha çox klassik və neoklassik mətbəxlərdə istifadə edilən keramik moykalar həmdə rəng çeidlərinə görə ümumi dizaynı tamamlamagda idealdır.
    05:28 3. Mərmər moykalar. Görüntü baxımından ideal olan mərmər moykalar büdcə cəhətdən də digərlər seçimlərdən fəqrlənir. Bəs mərmər moyka seçimində hansı mənfi və müsbət tərəflər var?
    06:32 Moykaların quraşdırılma-montaj prosesi. 3 şəkildə: modul, özəl kəsimlə üstdən qoyulması və alt hissədən montajı. Bəs bu 3 versiada quraşdırılma növünün hansı yaxşı və pis tərəfləri var?
    07:50 Dizayn və moyka seçiminin birlikdə edilməsi. Dizayn hazırlandıqda və ya moyka seçimi edildikdə mütləq şəkildə iki proesi paralel həyata keçirmək lazımdır.
    09:15 Moyka parametrlərində nələrə diqqət etməlisiniz? Dogru parametr seçimi edərək moykada səs və rahatlıq problemini rahatlıqla həll etmək olar.
    Mutfakçı mətbəx mebellərində yuma zonasının təşkili xüsusi dizayn və erqonomika qaydalarına xitab edir. Heç təsadüfi deyil, ideal mətbəx mebelində yuma zonası mətbəx sahibinin istəklərini, boyunu, dizayna uyğun olmalıdır.
    Videoda ideal mətbəx mebelində moykanın necə olacağı barədə İlkin Manafov tərəfindən, Mutfakçı təcrübəsi əsasında məlumatlar verilir.

Комментарии • 86

  • @lamiebabazade5629
    @lamiebabazade5629 Год назад +10

    Nehayetki 👏 Azerbaycanda bele bir movzularda olan bir yutub sehifesi var 👏👏👍👍👍👍👍

    • @lamiebabazade5629
      @lamiebabazade5629 Год назад +1

      Ugurlariniz ve muveffeqiyetleriniz cox olsun in waa Allah

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  Год назад +2

      Sağ olun. Mətbəx mebeli və interyer barədə danışırıq

    • @PENNYBASS
      @PENNYBASS Год назад

      Çox gözəl məlumat verirsiniz çox təşəkkur sizin mutfakcinin usdalarinin özünüz yetişdirirsiz yoxsa hardasa kurs keçilir o qədər geniş məlumat verirsiniz ki tam insanların isdediyin kimi bilikli və mukəmməl

  • @ilhamenuraliyeva1326
    @ilhamenuraliyeva1326 3 года назад +22

    Salam İlkin bəy. Cox gözəl məlumat verdiz. Mən həmişə belə məlumat axtarırdım ki, mətbəxi yeniləyən zaman səhvə yol verməyim. Cünki əvvəlki mətbəxim uğursuz olub. Mənim mətbəxim cox kicikdir. Amma cox istiyirəm ki, hər şey mükəmməl olsun. İnşallah sifarişimi mutfakcıdan verəcəm. Artıq qərarlıyam. Təşəkkür edirəm məlumata görə. Siz və sizin komandanız doğurdan da işinizin peşəkarısız. Təbrik edirəm sizi. Hər kəs işini bu qədər sevsə. Onu təbliğ eləsə həyat cox daha gözəl olar. Cox sağ olun

  • @slaveofallah7518
    @slaveofallah7518 2 года назад +10

    Azərbaycan bloggerləri arasında analoqu olmayan mükəmməl və unikal kanalınız sayəsində bilgilər alırıq.İşləriniz avand olsun, bilik və təcrübələriniz artsın,biz də aydınlanaq!

  • @kemaleturaz2563
    @kemaleturaz2563 Год назад +2

    Cox gozel ve maraqli danisirsiniz SAC OLUN

  • @yasarabbasov8014
    @yasarabbasov8014 2 года назад +3

    Dəyərli məsləhətlər üçün çox sağ olun,var olun,👍👍👍🧿

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  2 года назад

      Sizdə sağ olun. Mutfakçı təcrübəsindən istifadə edib, paylaşıram

  • @Ayten_707
    @Ayten_707 Год назад +1

    Təşəkür edirəm gözəl məsləhətini ücün.

  • @emilmstliyeva6770
    @emilmstliyeva6770 3 года назад +4

    Çox gözəl məlumatdır.Təşəkkürlər!

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  3 года назад

      Sağ olun. Mətbəx mebeli seçiminə müsbət təsir etdiyini düşünürük.

  • @zakirmuradovmuradov2841
    @zakirmuradovmuradov2841 Год назад

    Çox sağ olun, İlkin bəy. Çox dəqiq məlumatlandırırsız. Allah razı olsun

  • @ferideabdullayeva3782
    @ferideabdullayeva3782 Год назад

    Ətraflı məlumat verdiz,əla,təşəkkür edirəm

  • @lilhillllh8766
    @lilhillllh8766 2 года назад +2

    Təşəkkurlər dəyərli məsləhətlərə görə

  • @ayselrahimli168
    @ayselrahimli168 2 года назад +1

    Təşəkkür belə vacib məlumatlara görə 👍👍

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  2 года назад

      Çox sağ olun, məncə Moyka - kran mövzusu mətbəx mebelində çox aktualdır

  • @hemzeqedirov9253
    @hemzeqedirov9253 Год назад +1

    Salam qardaş faydalı məsləhətləriniz üçün təşəkkür edirəm və o gün olaydı ki, bizim evdə də məsləhət bildiyiniz yığcammebellərdən qurulaydı inşallah Əmin

  • @minayaminaya114
    @minayaminaya114 2 года назад +1

    Çoooox təşəkkür edirəm. Elə mən də moyka seçmək ərəfəsindəyəm. Sizin sayənizdə nə seçdiyimi dəqiqləşdirdim

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  2 года назад +1

      Əla, xeyrli olsun. Mətbəx mebeliniz, moykanız mənzildə rahatçılıq üçün önəmlidir

  • @aliheydarrzayev4004
    @aliheydarrzayev4004 Год назад

    İlkin bey,bilgilandirdiyiniz ucun taşakkurlar.

  • @sabinamammadova4007
    @sabinamammadova4007 2 года назад +1

    Tek kelime ile-Mohtesemsiz👍

  • @mominetehmedova858
    @mominetehmedova858 2 года назад

    Çox sağol olun verdiyiniz məlumatlara görə

  • @hemzeqedirov9253
    @hemzeqedirov9253 Год назад

    Çoxsağolun yaxşı insan

  • @sevincrehimova1762
    @sevincrehimova1762 2 года назад +2

    Çox faydalı oldu sizin məsləhətləriniz. Amma zəhmət olmasa danişdıgınız zaman həyəcanlanmayın sakit danışın ki daha yaxşı qavransın danişdıqlarınız.

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  2 года назад +5

      Mümkün deyil) mövzu məni həyacanlandırır. Biz burda səmimiyyət edirik, ona görə, təəsüf ki, yaxşı danışmaqdan çox faydalı danışmağı hədəfləyirik. Sağ olun

  • @rovsenhuseynov8368
    @rovsenhuseynov8368 4 месяца назад

    möthəşəmsiz, İlkin bəy.

  • @nizamimammadov2023
    @nizamimammadov2023 2 года назад

    Teşekkür etraflı aydın her şeyi izah etdiyiniz üçüni

  • @elburusibrahimov2122
    @elburusibrahimov2122 2 года назад

    Halaldı sizə sağ olun

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  2 года назад

      Sağ olun. Əsas odur mətbəx seçiminiz daha asand olsun

  • @mexribanyaxyaeva6796
    @mexribanyaxyaeva6796 2 года назад

    Tesekkurler

  • @gulsen26
    @gulsen26 14 дней назад

    Salam süni mərmərdən olan moykaya dedizki isti tava qoymaq olmaz qaynar suda tökülsə çatlamaya səbəb olar?

  • @elmirhsnov1312
    @elmirhsnov1312 Год назад +1

    Salam, təşəkkür edirəm məlumatlarınız üçün, çox faydalı məsləhətlərdi, mən pəncərə qarşısına salmaq istəyirəm moykani. Siz nə məsləhət görürsünüz? Öncədən təşəkkür edirəm sizə

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  Год назад +1

      Yaxşı moyka seçsəz, super rahat və gözəl olar. Qab yuma işi mətbəxdə daha rahat olar. Elə kran olmalıdır ki, pəncərə istifadə edilə bilsin

  • @NS-ig7ki
    @NS-ig7ki Год назад

    Türkiyədə ən kasıb ailələrdə dəqabyuyan maşın var.Ama siz hələdə yuma bölgəsindən,onun vacibliyindən danışırsınız.Əlbətdə yuma bölgəsindən danışanda tək qab,qazan yuma başa düşülməməlidir.Ama sizin danışığından qab qaşıq yuyulmasından danışdığınız aydın olur.

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  Год назад +1

      Türkiyyədə mətbəx anlayışı evlərdə çox geri qalır. Məsələn orlama bir Azərbaycan mənzilndə olan mətbəx ölçüsü ilə, Türk evində mətbəxin ölçüsü fərqlidir. Azərbaycanda mətbəx daha geniş olur

  • @xanim84rehimova46
    @xanim84rehimova46 2 года назад +1

    Mebelimin moykası küncdədi artıq 5 ildi ki istifadə edirəm heç bir problem yaratmır

  • @ilkinnesirov8762
    @ilkinnesirov8762 2 года назад +3

    Salam moykanln bir goz ve ya iki goz olmasl hanslnl meslehet bilerdiz moyka alacam

  • @xatireagayeva9311
    @xatireagayeva9311 Год назад

    Mebel süd rəngdədirsə dəzgahı qara seçmek olarmı?aralig divar ağ keramik dur onceden teşekkür edirem

  • @rovshanaliev7641
    @rovshanaliev7641 2 года назад +1

    Moyka-çanaq

  • @lemanbabaeyva8915
    @lemanbabaeyva8915 2 года назад +4

    Menim moykam kuncdedi lapda rahatdi 😁👍

  • @mdinsfiyeva6137
    @mdinsfiyeva6137 3 года назад +1

    EH BALA HAMISI LAZIMSIZDIR .

  • @dilarecebrayilzade9037
    @dilarecebrayilzade9037 3 года назад +1

    İlkin bey moykanin dezgahin altindan yigilmasini gorsederdiniz

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  3 года назад

      Videoda belə moykalar göstərilib. İmkan olsa bir daha videoya baxsaz mütləq belə moykalar görəcəksiniz.

    • @vusalhuseynov4543
      @vusalhuseynov4543 2 года назад

      @@IlkinManafovBiznes salam moyka barede sualim olacag zehmet olmasa cvblandirarsz

  • @AnarManafov593
    @AnarManafov593 Год назад +1

    Ən yaxşısı nerjavinka moykadı

  • @rasimfettah2738
    @rasimfettah2738 2 года назад

    Salam nej ve keramika moykaları altdan yıgmaq mümkündür? Cavablandırsanız sevinerik.

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  2 года назад

      Salamlar. Əlbəttə mümkündür. Modelə və usta məhərətinə bağlıdır

  • @user-oi3cz5on5y
    @user-oi3cz5on5y 3 месяца назад

    İndi mətbəx mebeli yigdiririq mene çox maraqlıdı ev yiyəsi alır moykani ya yığılanda qoyulur helede bilmeyen men😢

  • @surayyaabbasova3370
    @surayyaabbasova3370 Год назад

    Salam. başqa bir youtube kanalında firma içisi sularımızın xlorlu olduğuna görə qara rəngdə olan moykanı məsləhət bilmirdi.bəs siz bu barədə nə deyə bilərsiz?

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  Год назад

      Kvars moykalar əsasəndə Schock yuma zonaları demək olar ki, ləkəsiz olur. Əlbəttə sadə qranit qara mpykalarda problem ola bilər. Yəni keyfiyyətli yuma zonasında çirk - ərp olmur

  • @cemilmemmedov9003
    @cemilmemmedov9003 Год назад +1

    Bes moykanin derinliyi ne qeder olsa yaxsidi

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  Год назад

      Boya görə təyin edilməlidir. Birdə moyka qurulaşdırma tərzi necə olacaq?

  • @Selyanonlinesatis
    @Selyanonlinesatis 17 дней назад

    Hahaldi qardas nece her seyi bilir deqiqlik basa salir bilimir isinde peşakardi

  • @user-gx9eo8ri2d
    @user-gx9eo8ri2d 2 года назад

    Salam maqazin harda yerlesir rayonlara catdrlma var?

  • @xaliqova2818
    @xaliqova2818 2 года назад +2

    Duz deyırsız menm moykam kuncdedı belımı sıradan cıxarıb 😒

  • @entertv.faridabdullayev4305
    @entertv.faridabdullayev4305 3 года назад

    Salam İlkin bəy. Sizin məsləhətinizə ehtiyacım var. Sizinlə necə əlaqə saxlamaq olar?

  • @mdinsfiyeva6137
    @mdinsfiyeva6137 3 года назад

    GERAMEKA GƏL QUR

  • @muskinazmemmedova5327
    @muskinazmemmedova5327 2 года назад

    Salam Ilkin bey.Men de kuxnama mebel yigdirmaq erefesindeyem ama munasib ve gozel mebel isteyirem.Sizle nece elaqe saxlaya bilerik?

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  2 года назад

      Salamlar. Mutfakçıya gələ bilərsiz - qiymətlər xarici mebellərdən ucuz, yerli istehsaldan bahadır. Keyfiyyət və dizayn vacibdirsə - Mutfakçı. Büdcəniz mətbəx üçün azdırsa, Embawood ola bilər…

    • @elvinmuzffrov1798
      @elvinmuzffrov1798 2 года назад +1

      @@IlkinManafovBiznes SALAM,İLKİN MANAFOV.XUROŞOVKA EVLƏRİN MƏTBƏXİ ÜÇÜN MƏTBƏX MEBELİ YIĞIRSINIZ? TELEFON NÖMRƏNİZİ YAZSANİZ MİNNƏTDAR OLARAM.QABAQCADAN TƏŞƏKKÜRLƏR.

    • @esmiraelenurova4054
      @esmiraelenurova4054 Год назад

      Salam Ilkin bey metbex mebeli yiqdirmaq isteyirem moykasi ve asperatorunu sizin meslehetinizle almaq isteyirem sizinle nece elaqe qurmaq olar

  • @zauragayev3338
    @zauragayev3338 2 года назад

    Salam men metbextimi yeniliyecem zehmet olmasa ünvanı yazarsiniz

    • @IlkinManafovBiznes
      @IlkinManafovBiznes  2 года назад

      Bakı şəhərində Yasamal və Nəsimi rayonlarında, bölgədə Gəncədə Mutfakçı var. 0552700055 nömrəsində ünvanları öyrənə bilərsiniz

  • @Бакинцы
    @Бакинцы Год назад

    Как связатся с вами ваш номер и адрес плжалуста