Yeni gətirilmiş “BOEİNG-787-8” təyyarəsi ilə tanışlıq

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2015
  • Yanvarın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsinə baxıblar.
    “Boeing-787-8” Dreamliner ən müasir tipli hava gəmilərindəndir. Son texniki nailiyyətləri özündə birləşdirən “layner” daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən layner birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir. O ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yayından isə təyyarənin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.
    Belə hava layneri MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib.

Комментарии •