Hər gün 2 Stəkan İçin! - Köhnə Həkimlərin SİRRİ

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • #BirBax #Azerbaycan #nanə
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Hələ qədim zamanlardan bir çox bitkidən tibbdə müalicəvi vasitə kimi istifadə ediblər. Belə məşhur bitkilərdən biri də nanədir. Adi qaraçay yerinə nanə çayı içməyi sevənlər çoxdur. Amma dərman vasitəsi kimi bu bitkinin qəbulu bəzi hallarda sizə zərər belə verə bilir. Əsas məsələ istifadə olunacaq ölçünü bilməkdir. Bu gün bir bax kanalında Nanə çayının istufadə qaydalarından danışacam. Diqqət ekrana.
    Nanənin tərkibində bol miqdarda vitamin var. Bu səbəbdən də, orqanizmdə yaranan bəzi narahatlıqlar zamanı nanə köməyə çatır. Nanənin dəmlənməsi və qurudulması üsulları çox adamı maraqlandırır. Məhz buna görə də, müxtəlif xəstəliklər zamanı nanənin qəbuledilmə üsulları haqqında video hazırlamağa qərar verdim.
    Bitkinin faydaları hələ qədim zamanlardan insanlara məlum idi. Onunla bağlı ilk yazılı mənbələr qədim Misir xanədanlıqlarına aiddir. Qədim Romada nanənin köməyilə mədə-bağırsaq traktatı xəstəliklərini, həmçinin, dəridəki səpkiləri müalicə edirdilər. Bitkidən tonuslaşdırıcı kimi və bədənin müqavimətini artırmaq üçün istifadə olunub. Nanə suyu havanı təmizləyir. Bəzi filosoflar nanə yarpağı çeynəməyi adət etmişdilər. Onlar düşünürdülər ki, bitkinin yarpağı beyin damarlarını açır. Qədim mədəniyyətlərdə nanənin pis ruhları evdən uzaq tutduğuna dair inanclar da mövcud idi. Digər bir inanca görə, gənc qızlar yastıqlarının altına nanə qoyub yatarsa, yuxuda gələcək həyat yoldaşını görür.
    Demək olar ki, hər bir evdə qurudulmuş nanə yarpağı var. Nanənin faydaları çoxdur. Məşhurluğunu tərkibindəki vitamin və mineral zənginliyinə borcludur. Qoxusu və dadından əlavə, nanədən hazırlanan bir çox məhlul və vasitə də insanların köməyinə çatır. Tərkibindəki əsas elementlər bunlardır:
    -suda həll olunan B qrupu vitaminləri və C vitamini;
    -keyidici xüsusiyyətə malik olan təbii birləşmələr;
    -antioksidantlar;
    -beta-karoten;
    -təbii turşular;
    -mikroelementlər (fosfor, maqnium, natrium və s.);
    -bitki mənşəli zülal;
    -qida lifləri;
    -qətran;
    -şəkər;
    Təbiətdə nanənin bir neçə növü mövcuddur. Onlar bir-birindən kimyəvi tərkibinə, ölçülərinə və qoxusuna görə fərqlənir. Daha geniş yayılanı acı nanədir. Onu geniş əkin sahələrində və həyətyanı bağçalarda əkib-becərirlər.
    Nanənin orqanizmdə gördüyü işlərdən bəzilərini xüsusi qeyd etmək lazımdır:
    Ağrıları azaldır və iltihabı minimuma endirir;
    Qan təzyiqini və damarların periferik müqavimətini aşağı salır;
    Stressi aradan qaldırır, sakitləşdirir, sinir sisteminin işini normallaşdırır;
    Mədə-bağırsaq traktatı orqanlarının fəaliyyətini nizama salır;
    Öd suyu ifrazını stimullaşdırır;
    Yaddaşı gücləndirir, beynin funksiyasını yüksəldir;
    Virus səbəbilə yaranan xəstəliklərlə mübarizə aparmağa kömək edir;
    Şişkinlikləri aradan qaldırır;
    Saçları və dırnaqları möhkəmləndirir;
    Ağızdakı pis qoxularının qarşısını alır;
    İştahı azaldır;
    Bədxassəli şişlərin bölünməsinin və inkişafının qarşısını alır;
    Müxtəlif infeksiyalardan sonra sağalma prosesini sürətləndirir;
    Hormonal balanslaşmanı təmin edir, klimaks zamanı arzuolunmaz simptomların qarşısını alır;
    Pnevmaniya və digər ağciyər xəstəliklərini yüngülləşdirir;
    Dərinin ümumi vəziyyətini yaxşılaşdırır, səpki və sızanaqları yox edir;
    Ginekoloji xəstəliklər zamanı köməyə çatır;
    Müxtəlif xəstəliklər zamanı nanənin tətbiqi:
    Fərqli xəstəliklər və xoşagəlməz simptomlarla mübarizə aparmaq məqsədilə nanədən müəyyən vasitələr hazırlanır. Onlardan ən geniş yayılanları ilə tanış olaq.
    Ürəkbulanma və qusma zamanı. Bu simptomları nanədən hazırlanan məhlul sayəsində aradan qaldırmaq mümkündür. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan qaynar suya əlavə edin və ağzını örtərək 20 dəqiqə dəmlənməsini gözləyin. Məhlulu ilıq halda gündə 3 dəfə için. Qeyd edim ki, məhlul mədə yanması və qıcıqlanması zamanı da köməyinizə çatacaq.
    Əsəb gərginliyi zamanı. Stresslə mübarizə aparmaq, əsəb gərginliyini aradan qaldırmaq üçün də nanə məhlulu yetərlidir. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan soyuq suya qatın. Təxminən, 10 dəq vam odda qaynadın. Məhlul soyuyandan sonra yarpaqların dibə çökməyini gözləyin. Gündə 2 dəfə, hər dəfə də 50 ml olmaqla için. Bu məhlulun qəbulu depressiya əleyhinə müalicə kursu kimi də dəyərləndirilə bilər.
    Bronxit zamanı. Bu xəstəlik zamanı efir yağı və ya nanə ilə edilən inqalyasiyanın köməyi böyükdür. Suyu qaynadın. Qaynar suya bir neçə damcı nanə efir yağı və ya 2 xörək qaşığı nanə yarpağı əlavə edin. Qarışımın bir az soyumasını gözləyin. Sonra buğunda nəfəs alın. Bunun üçün başınızı suyun üzərinə əyin və yun şalla, yaxud iri bir dəsmalla örtün. Ehtiyatlı olun ki, buxar tənəffüs yollarını yandırmasın. Burnunuzu suya çox da yaxın tutmayın.

Комментарии • 221

  • @ferganeaydn6448
    @ferganeaydn6448 Год назад +21

    Ben Türkiye den sizi izliyorum çok teşekkür ederim Allah razı olsun kardeşim

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 Год назад +8

    Çox saq olun. Gözel deyerli melumatlarınız için. Var olun...

  • @meral7602
    @meral7602 Год назад +16

    Məlumat üçün təşəkkürlər

  • @asifesgerov3284
    @asifesgerov3284 Год назад +29

    Nane gozel bitkidi .Coxluu -coxlu sag olun .Nanə qurusunu sulu yemeklerde esesen kufgədə isdefade edirik .

  • @aliqadirov93
    @aliqadirov93 Год назад +8

    Çox sağ olun! Hər dəfə xeyli enerji sərf edib faydalı məsləhətlər verirsiniz. Dediklərimizi kitab şəklində çap etdirsəniz əla olardı. O günü bal elanı kimi eşitmək isrərdik

    • @birbaxkanal
      @birbaxkanal  7 месяцев назад

      Təşəkkür edirəm ❤

  • @estamz6137
    @estamz6137 Год назад +12

    Təşəkkürlər sizə

  • @Herseyden_biraz_59
    @Herseyden_biraz_59 7 месяцев назад +3

    Yutubun ən gözəl kanalı cox sagolun

    • @birbaxkanal
      @birbaxkanal  7 месяцев назад

      İzlədiyiniz üçün təşəkkür edirik💗

  • @tunzalrzayeva338
    @tunzalrzayeva338 Год назад +8

    Çox təşəkkür edirik. Geniş və ətraflı məlumatınıza görə🙏

  • @orxanmmmdli1019
    @orxanmmmdli1019 Год назад +19

    Allah köməyiniz olsun

  • @F13LO
    @F13LO Год назад +2

    Təşəkkürlər çox sağolun

  • @Lisa_hayat_olmuş
    @Lisa_hayat_olmuş Год назад +25

    Son zamanlar evimizdə sıx sıx istifadə edirik.Dəmləməsi daha çox istifadə edirik.Məsləhətləriniz üçün təşəkkur 🌹🌹

  • @MHMMDLI-um3mi
    @MHMMDLI-um3mi Год назад +45

    RABBİMİZ NE GÖZEL NEMƏT YARADIB .MAŞALLAH

  • @ruqiyyequliyeva76
    @ruqiyyequliyeva76 Год назад +6

    Deyerli meslehetiniz ùcun cox sag olun

  • @aysel.7580
    @aysel.7580 Год назад +2

    Çox sağ olun belə faydalı vidoları paylaşdığınız üçün...

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @zulfiyybayramova4435
    @zulfiyybayramova4435 2 месяца назад

    Əlhəmdulillah rəbillaləmin çox gözəl sonsuz nemətlər yaradıb

  • @nazilsdova
    @nazilsdova Год назад

    Allah sizdən razı olsun milmədiklərimizi bizə məsləjət gördüyünüz ücün vidyomu paylaşdığınız ücün cox sağolun

  • @ayxanbayraml1833
    @ayxanbayraml1833 Год назад +6

    Allah sizdən razı olsun. Belə maraqlı və xeyirli bir videonu bizdən paylaşdığınız üçün 💟

  • @susexanimbabayeva4752
    @susexanimbabayeva4752 Год назад +4

    Allah razı olsun sizdən

  • @ElcinMesimov-e5l
    @ElcinMesimov-e5l 8 месяцев назад

    Çox sağolun var olasınız çox gözəl məsləhətlər verirsiniz Allah razı olsun sizdən❤

  • @aidemirqaziyeva52
    @aidemirqaziyeva52 Год назад +3

    Çox sagolun öyrənməyimiz çox yaxşı oldu nanəni narıqlatmaq gücünü bilirdim,birdə türklərin nanə limon qaynatmasını sagolun

  • @zizaxmadov979
    @zizaxmadov979 Год назад +6

    РАССИЙАДАН ГУЧАГ ДОЛУСУ САЛАМЛАР СИЗА ТАШАКУРЛАР СИЗА 🌹🍁🍒👍🙏

  • @gulnazbabayeva8544
    @gulnazbabayeva8544 Год назад +8

    Salam.Nanənin hansından müalicə üçün istifadə etmək olar.Xörək yaxud dərman nanə.?

  • @huseynismaylov8593
    @huseynismaylov8593 Год назад +5

    Təşəkkürlər 💓

  • @hikmtlisozlr8409
    @hikmtlisozlr8409 Год назад +7

    Təşəkkür edirəm xeyirli nəsihətəriniz üçün münkündürsə musiqisis olsun vidolar

  • @gulnaretalbova2531
    @gulnaretalbova2531 Год назад +11

    Təşəkkürlər məlumat üçün.Bes qadın aybaşı olması üçün hansı bitki məsləhətdir?yeni az az oluram.

  • @xatirmmmdova-rs1jx
    @xatirmmmdova-rs1jx 4 месяца назад

    Çooox sağ olun bizlərə belə geniş məlumat verdiyiniz üçün

  • @resadferecov1463
    @resadferecov1463 Год назад +2

    Çox təşəkkür edirəm. Faydalı məlumatlardı

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Fikirləriniz bizim üçün dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.

  • @ilhameatamoglanova6520
    @ilhameatamoglanova6520 Год назад +2

    Cox sagolun

  • @gunelurkayeva4669
    @gunelurkayeva4669 Год назад +8

    Məsləhətləŕıniźə cox sağolun mən siźi və məsləhətlərizi cox sevirəm❤

  • @blatbink1234
    @blatbink1234 Год назад +2

    çox sağolun faydalı məsləhətlər üçün

  • @Hesenova1961
    @Hesenova1961 10 дней назад

    Cox sag olun ki biliklərinizi bizə məlumat verəsiniz.

  • @ЗамеддинМамедов
    @ЗамеддинМамедов Год назад +15

    sizin videolarınızı daima izləyirəm belə davam edin

  • @nuranenuran9224
    @nuranenuran9224 Год назад +3

    Salam gözel xanım , bilmek iste4dim ve xqiş edirem deyerdiz men gündelik istifade etdiyimiz qara çaya 7 ve ya 8 eded nanein büket hissesini elave edib demleyirem gün erzinde uçirik gelen qonaqlarda beyenir çayın qoxusu gözel olur bunun ziyanı olabilermi ? Teşekkürler

  • @zaursahibli2906
    @zaursahibli2906 Год назад +73

    Allah. Hamiya. Komey. Olsun

  • @ResulCefer2323
    @ResulCefer2323 11 месяцев назад +2

    Siz də köməy olursuz Allah da sizə kömək olsun ❤❤

  • @aggulabdullayeva7396
    @aggulabdullayeva7396 Год назад +2

    Dəyərli məsləhə üçün sağolun❤🌷

  • @nicatkerimov808
    @nicatkerimov808 4 месяца назад

    Tesekkur edirem .Bilmediyim cox seyi sizden oyrenirem🙏

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün siz də sağ olun

  • @violetline1460
    @violetline1460 Год назад +7

    Tewekkurler

  • @ceyranrsulova9767
    @ceyranrsulova9767 3 месяца назад

    Təşəkkürlər

  • @allahverdiabbasov9784
    @allahverdiabbasov9784 Год назад +4

    Allah razıolsun

  • @pakizemammadova4933
    @pakizemammadova4933 Год назад +4

    Çox sağ ol gözəl qızım.Allah razı olsun

  • @iradememmedova8615
    @iradememmedova8615 3 месяца назад

    Allah razi olsun❤

  • @turalbayramov9753
    @turalbayramov9753 6 месяцев назад +1

    Salam naneni demleyib içmek medeye soyuqluq sancya xeyri varmi medeme souq olub dunenden içirem xeyri olacaqmi? Zehmet olmasa cavab vererdiz

  • @bestihasanova3878
    @bestihasanova3878 Год назад +8

    Dəyərli məsləhətlərinizə görə sağ olun.

  • @kamranmehemmedli6758
    @kamranmehemmedli6758 Год назад +21

    Allah sizden razl olsun

  • @subhanqasmov9323
    @subhanqasmov9323 Год назад +3

    Faydalı məsləhətinizə görə sağolun

  • @akifenesibova3935
    @akifenesibova3935 Год назад +2

    Xanımın səsi 👍👍🧿🌺 nitqi 👍👍💐

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Год назад +21

    Deyerli meslehetdir. Çox sagolun. Nanəni çox sevirem.

  • @DnizMustafazad-yc5wq
    @DnizMustafazad-yc5wq 5 месяцев назад

    Çox sağ olun ❤

  • @wehidimelyar6077
    @wehidimelyar6077 Год назад +10

    Salam bəs nanə özü olmasa qurudulmuşundan necə istifadə etməy olar?

  • @gulbenizhebibova2673
    @gulbenizhebibova2673 Год назад +3

    çox sağ olun nannin belə gözəl müalicəvi olduğunu bilmitdim

    • @birbaxkanal
      @birbaxkanal  7 месяцев назад

      Təşəkkür edirəm ❤

  • @SahinAbilov-p7g
    @SahinAbilov-p7g Месяц назад

    Tşk

  • @ehmedmustafayev834
    @ehmedmustafayev834 Год назад +6

    Çox saq olun tez ölməyə kömək etsəy di istifadə edərdim

    • @meral7602
      @meral7602 Год назад +2

      Niyə🤣

    • @ehmedmustafayev834
      @ehmedmustafayev834 Год назад +2

      @@meral7602 həyatdan bezmişəm

    • @А.ГАСЫМОВА
      @А.ГАСЫМОВА Год назад +2

      Qadın xəstəliyi olanlar bu caydan istifadə edə bilməz,qətiyyən.Miomanı,fibromanı böyüdür.

    • @ehmedmustafayev834
      @ehmedmustafayev834 Год назад +2

      @@sefigeqandaxova145 Xanim sizə təşəkkür edirəm mənə ümid verdiniz düşünürəm ki nə qədər prablemdə olsa yaşamaqa dəyər çox saq olun

    • @ayxanovciyev3725
      @ayxanovciyev3725 Год назад

      @@А.ГАСЫМОВА dokrormu deyir deyib sizə?

  • @kamandarmemmedov7632
    @kamandarmemmedov7632 Год назад +7

    Salam xanım çox sağolun faydalı meslehetlere göre qanım aşağıdı nece istifade ede bilerem burdaki problemlerin çoxu mende var xaiş edirem cavab yazasız

  • @vfamemmedova3620
    @vfamemmedova3620 Год назад +7

    Super👍🏻👍🏻👍🏻👍🏻

  • @zakirzakir1037
    @zakirzakir1037 Год назад +2

    Allah kömek olsun

  • @resulnebiyev5869
    @resulnebiyev5869 6 месяцев назад +2

    Nanə dəmləməsi çox xeyirlidi amma qəbizlik y😊aradır

  • @rovsnxlilov-db7qn
    @rovsnxlilov-db7qn Год назад +2

    Bu cövhər nanədi? Yoxsa adi yiməyə tökən?

  • @user-uy9dc6pm7m
    @user-uy9dc6pm7m 10 месяцев назад +1

    Salam nanə miyomaya xeyrdi?

  • @ilkanabdinova8825
    @ilkanabdinova8825 Год назад

    Sağ olun❤

  • @bestitagiyeva460
    @bestitagiyeva460 Год назад +5

    Əla

  • @ZahraZahra-qt6bt
    @ZahraZahra-qt6bt Год назад +2

    Her ğun istifade edirem yzaq yola clxdlqda özumşe ğöturum

  • @efqan_555
    @efqan_555 Год назад

    Çox sağol supper əla təşəkkür ❤

  • @huseynismaylov8593
    @huseynismaylov8593 Год назад +4

    Mən uşaqlarımı körpəlikdən nanə dəmləməsiynən sağaltmışam qusma və ishal zamanı

    • @humay8692
      @humay8692 Год назад +1

      Salam xanim. Ishaldan nece komek etdizki? Menim yoldaşimda ishal problemi var,mualice alir yene qarişir.
      Füzuli hekimi isterdim aparmaq ama qebul qiymetin bilmirem ne qederdi

    • @ilkinqelemirzezade4855
      @ilkinqelemirzezade4855 3 месяца назад

      ​@@humay8692 50 manatdi qebulu amma qebula duwmek cox cetindi

  • @qurbethasanov3650
    @qurbethasanov3650 Год назад

    Amin.

  • @kifayatalizadeh1279
    @kifayatalizadeh1279 Год назад +6

    Nanənin cox gozəl iyi var cox xeyirl. bitgidir

  • @EfsaneMemmedova-p1l
    @EfsaneMemmedova-p1l Год назад

    Yemeklərin uzerine toktuyumuz nanedir bu yoxsa acinznedir ?

  • @narin9996
    @narin9996 Год назад +1

    Salam xanim hezim pozulmasina komek edirmi?

  • @celilmemmedov2200
    @celilmemmedov2200 Год назад +1

    Medddem agriyirdi iki defe demleyib icdim agrim kesdi heqiqetende meddeye xeiri var imiş😍

  • @maqayt3367
    @maqayt3367 5 месяцев назад

    Xanımın danışıgı çox xoşuma gəlir

  • @agllqz4219
    @agllqz4219 Год назад +1

    Mən 90 faiz yeməyə nanə atıram nanəkəklik otu atıram çox sevirəm nanəni

  • @aqilhaciyev5174
    @aqilhaciyev5174 Год назад +2

    Twkler

  • @azalya9762
    @azalya9762 Год назад +5

    hansı nanədi o çay nanəsi yoxsa dovğa nanesi

  • @lelnaralelnara-dh2pj
    @lelnaralelnara-dh2pj Год назад

    Çox gözəl üsuldur🎉🎉🎉🎉🎉

  • @enverrufullayev3815
    @enverrufullayev3815 Год назад +1

    Bir dəstə nanə ətçəkənnən çəkin ona bir xorək gashixi alma sirkəsi gatin və səhər texdən için.dahili ganamani mualicə eliyir

  • @memisrza2706
    @memisrza2706 Год назад

    Allah sizi qorusun baci

  • @elnurbagirov688
    @elnurbagirov688 Год назад +2

    Salam. Nanə yarpaqları qurudulmuş halda dəmlənir?

  • @cvahirbayramova55
    @cvahirbayramova55 6 месяцев назад

    Xaiş edirəm qulunc ağrısın azaltmağın.nə.edək.

  • @hemideverdiyeva7679
    @hemideverdiyeva7679 Год назад +6

    Naneni çox işledirem

  • @SamamSamma-p2i
    @SamamSamma-p2i Год назад

    1 aylig usaga demleyib vermek olar ? Sancni kesir? 3:39

  • @tmm3781
    @tmm3781 Год назад

    Salam gözəl xanım.Üzr istəyirəm məndə adenomioz var.Bu mənə xeyir edər?

  • @v.nabiyeva
    @v.nabiyeva Год назад +1

    Men her gun bir iri deste nane yeyirem zereli nedi ve xeyri ne ? Verdis etmisem yemesem darixiram

  • @SelaleBaghir
    @SelaleBaghir Год назад +1

    Nanə istiotu haqqında məlumat varmı

  • @ZulfuKamall
    @ZulfuKamall 4 месяца назад

    1:01

  • @zaurhd3149
    @zaurhd3149 Год назад

    Mən həmişə nanə yirəm, bizdə heyətdə əkmişik.

  • @gunelfrcova4959
    @gunelfrcova4959 Год назад +7

    👍👍👍👍

  • @redminot9640
    @redminot9640 Год назад +5

    👍

  • @bacixanimhesimova3225
    @bacixanimhesimova3225 Год назад +1

    Salam mən nanə istifadə edəndə mədəmi yandirir göynədir.

  • @Zeyneb2024
    @Zeyneb2024 8 месяцев назад

    Sud veren Ana ice biler. ?

  • @zulfiyyebabayeva2714
    @zulfiyyebabayeva2714 Год назад +1

    Təzə nanə yoxsa quru nanə də olar?

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      fərqi yoxdur

    • @SamsungXiaomi-mb7hf
      @SamsungXiaomi-mb7hf 6 месяцев назад

      ​@@birbaxkanal nanə yarpağının qaşıqla ölçüsü nə qədərdir?

  • @ilhamabidov5217
    @ilhamabidov5217 Год назад

    Cok xosluyuram Nane caylnl 👍

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @WolfYoutube-wx7zh
    @WolfYoutube-wx7zh Год назад +1

    Gunde bir wey cixardillar ki mocuzedir..bawa duwun ki ALLAH hec neyi sebebsiz yaratmayib..

  • @hikmtlisozlr8409
    @hikmtlisozlr8409 11 месяцев назад +1

    Müəllim. Təşəkkür. Edirəm. Xeyirli. Nəsihətlərin. Üçün
    Münkündürsə. Vidoları
    Musiqisiz. Həazırlayardız

  • @qulya942
    @qulya942 Год назад

    Allah sizdən razı olsun nanə hansı nanə olmalıdı?

  • @supanmemmedov
    @supanmemmedov Месяц назад

    bu nane haqqinda daniwan qizin daniwigi sesi hec imkan vermedi nese beynimde qalsin

  • @aminmemmedli7446
    @aminmemmedli7446 Год назад +4

    BİZDƏ İKİ CÜR NANƏ VAR FƏRQLİ QOXUSU VAR BİRİNİ YEMƏYƏ QATIRAM BİRİNİDƏ ÇAY DƏMLİYİRƏM BİZDƏ ÜRƏK NANƏSİ DEYİLİR YƏQİN ÜRƏK NANƏSİ OLAR SİZ DEYƏNLƏR

  • @ТаняАлиева-х5к
    @ТаняАлиева-х5к Год назад

    🙏🙏🙏🙏

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @yeganehuseynova5474
    @yeganehuseynova5474 Год назад

    Quru nanə yoxsa təzə nanə bir qaşıq

  • @nureddinmemmedov5130
    @nureddinmemmedov5130 26 дней назад

    NANE.covher.hagginda.bilgiler.esitmek.isterdik

  • @French777
    @French777 Год назад

    Seviremde sizi

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

    • @French777
      @French777 Год назад

      Allah sizi var eləsin

    • @French777
      @French777 Год назад

      @@birbaxkanal sağlamlığ üçün çox şey öyrəndik sizdən