Arazın o tayında (1947)
HTML-код
- Опубликовано: 9 фев 2025
- 18+
Film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri canlandırır. Film xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir. Filmdə öz xalqına qəlbən bağlı olanlar - Şeyx Xiyabanı, Səttarxan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır.
Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş kinomateriallardan istifadə edilib.
Filmin çəkilişləri İranda aparılıb.
Rejissor: Esfir Şub
Ssenari müəllifləri: Esfir Şub, N.Şpikovski
Operatorlar: Muxtar Dadaşov, Seyfulla Bədəlov
Bəstəkar: Niyazi
Filmi səsləndirən: İsmayıl Əfəndiyev,
İstehsalçı: Bakı kinostudiyası
Janr: publisistik