Это видео недоступно.
Сожалеем об этом.

De ki, məni sevirsən! (1977)

Поделиться
HTML-код
  • Опубликовано: 2 фев 2023
  • 12+
    Film cinayət axtarışı əməkdaşları tərəfindən qiymətli balıq növlərinin qeyri-qanuni ovlanmasının təhqiqindən, nəinki maddi, həm də mənəvi ziyan vuran brakonyerlərin ifşa olunub həbs edilməsindən danışır. Filmin gənc qəhrəmanları - dəniz sahilindəki qəsəbəyə istirahətə gəlmiş Samir və Səbinə istər-istəməz istintaqa kömək edirlər. Burada eyni zamanda şəxsi və ictimai münasibətlər probleminə toxunulur, milis işçilərinin fədakar əməyindən, öz işinə sadiq adamlardan, sabahkı həyata başlayacaq gənclərdən söhbət açılır.
    Rejissor: Maqsud İbrahimbəyov
    Ssenari müəllifi: Maqsud İbrahimbəyov
    Operator: Valeri Kərimov
    Rəssam: Fikrət Bağırov
    Bəstəkar: Firuz Bahar

Комментарии • 73

  • @ultimate..767
    @ultimate..767 Год назад +25

    Əsl bizim milli ruhumuzla çəkilən bir filmdir, mən də bu filmə görə sizə öz minnətdarlığımı bildirirəm

  • @edileeflaki8454
    @edileeflaki8454 Год назад +11

    AZƏRBAYCANFİLM TŞK. EDİRƏM.
    ÇOX GÖZƏL FİLMDİR. 1977 - Cİ İL MƏNİ GƏNCLİYİMƏ APARDINIZ.
    BU İLDƏ , 23 YAŞIM VAR İDİ.
    YALÇIN RZAZADƏNİN MAHNILARI MÜŞAYƏT EDİRDİ. NASTALJİ.
    SAYQILARLA, ƏMƏKDAR ARTİST XANƏNDƏ ƏDİLƏ ƏFLAKİ.

  • @aliyevalala3941
    @aliyevalala3941 Год назад +8

    Her baxdıgımda uşaglıma geri qayıdıram .rehmetlik anam atam sanki aileme geri dönürem ...ne yaxşı ki bu filmler cekilib !!!!Acı xatireler ama gözel xatireler(((

  • @kifayathaqverdiyeva9200
    @kifayathaqverdiyeva9200 Год назад +5

    Maqsud İbrahimbəyov dəst-xətti. Süjet sadə olsa da, cilalanmış dialoqlar, aktyor seçimi əladır. Üstəlik aktyorlaın rollarda da öz adları ilə çıxış etməsi də maraqlı nüansdır. Daha 70-ci illərin ruhunu demirəm. Bir də o illərdə nərə balığının da, kürüsünün də əlçatan olması...

  • @khm3452
    @khm3452 Год назад +8

    M. İbrahimbəyovun növbəti şedevri. Bütün filmləri həyati, sadə, gözəldir. Baxıb zövq alırsan. Filmi paylaşdığınız üçün təşəkkür edirəm.

  • @user-uo8uc5io8b
    @user-uo8uc5io8b 8 месяцев назад +3

    Поддерживаю ВАС 🎉 хорошие были времена, фильм отличный смотрела с удовольствием, спасибо за показ старых фильмов

  • @ilkinesgerov1987
    @ilkinesgerov1987 Год назад +17

    Bizi özümüze qaytaran filmler. Teşşekkür edirəm. Nəyimiz var özümüzde var.. Medeniyyet əxlaq bütün mənəvi keyfiyyətlər

    • @romanromanov1585
      @romanromanov1585 5 месяцев назад +1

      Burda da saxtakarliq ediblər. Güya müstəntiq həps etdiyi adamla kofe içir.... Yalandı hamısı. İndi necədirsə o vaxt da elə olub.

    • @e.v.a.7208
      @e.v.a.7208 5 месяцев назад

      @@romanromanov1585Sənədli film olsaydı, siz deyənlə razılaşmaq olardı. Filmlərdə, bədii əsərlərdə ssenaristlər, yazıçılar həm gördüklərini, həm də görmədiklərini ya görmək istədiklərini yazırlar. Burda da , İdeal müstəntiq obrazı yaradılıb.

    • @user-sg8ch7pe1z
      @user-sg8ch7pe1z 4 месяца назад

      Что надо вы сказали, коротко и ясно, подстать фильму. В телефоне азербайджанского алфавита нето, потому приходится писать по русски.

  • @user-xg5gt3zb7z
    @user-xg5gt3zb7z Год назад +4

    Mən Azərbaycan filmlərini çox sevirəm, ancaq bu filmə ilk dəfədir ki, baxıram, çox xoşuma gəldi,sadə və mənalı filmdir.

  • @ulfthaqverdiyev7353
    @ulfthaqverdiyev7353 Год назад +8

    Çox qəşəng filmdir çox zövq aldım musiqiləri dialoqları hadisələrin gedişatı mövzu və aktyorlar əla filmdir. İzləməmişdim ilk dəfə idi.

  • @behruz9318
    @behruz9318 Год назад +5

    Filmin adına baxanda...De ki məni sevirsən.. eslinde insana elə gələ biler ki bu film hansısa derin sevgidən bəhs eden filmdi, amma filmin gedişatı onu gösterir ki bu filmdə hele o zamanlardan Azərbaycanda başlayan ve esası qoyulmuş korrupsiya , oğurluqdan sohbet gedir, amma yenədə o dövrdə insanlar tam olaraq vicdanını itirməmişdi ... ne oğurluq edənlər nede bu işleri yoxlayanlar , her şeyin bir həddi var idi

  • @musayevceyhun7920
    @musayevceyhun7920 Год назад +13

    Gozel vaxdlar varidi 👍👍👍i

  • @xanimismayilova1916
    @xanimismayilova1916 Год назад +12

    Heyf o günlərdən o filmlərdən Allah haminin köməyi olsun Amin ya Allah

  • @user-qx7se1sz9x
    @user-qx7se1sz9x Год назад +8

    Yaxşiki yukleyibsiz Allah razi olsun

  • @radmila2718
    @radmila2718 4 месяца назад +2

    Musiqisinə söz ola bilməz! Kinonun özü də əladır. Maqsud İbrahimbəyov həmişəki kimi yüksəkdədir.

  • @Heziyeva
    @Heziyeva Год назад +16

    İlk dəfədir bu filmimizi görürəm🤔
    Təşəkkür edirəm filmlərimizi paylaşdığınız üçün😊🙏🌸

    • @sexavetkarimova100
      @sexavetkarimova100 Год назад +6

      Çox filmlərimiz kinomotoqrafiyada toz basıb.Çünki rusun əsarətində olanda o ermənipərəstlər imkan vermirdilər nümayiş etdirməyə.Çox sağolsun toz torpağın içindən silib təmizləyib filmi nümayiş etdirənlərə.Əməyi leçən hər kəsdən Allah razı olsun..

    • @nrgizumudova9085
      @nrgizumudova9085 Год назад +2

      Məndə ilk dəfədir ki baxdım, çox xoşuma gəldi. Hələ musiqi. Adamı valeh etdi.

    • @e.v.a.7208
      @e.v.a.7208 5 месяцев назад

      @@sexavetkarimova100Nə əcəb bu boyda filmi çəkməyə icazə veriblər?

    • @e.v.a.7208
      @e.v.a.7208 5 месяцев назад +1

      @@sexavetkarimova10030 ildir rusun “əsarətində” deyilik, indi də çəksinlər də…necə əsarət olubsa, belə filmlər çəkməyi bacarıblar. Gizlincə işləyirdilər?

    • @e.v.a.7208
      @e.v.a.7208 5 месяцев назад +1

      @@sexavetkarimova100 Rusun özünün sovet vaxtı çəkdiyi minlərlə filmi bu film kimi çəkilib 1-2 dəfə nümayiş etdirilib , “ tozlanıb qalıb”. Ona kim icazə vermirdi? 🤔

  • @elshadjafar2437
    @elshadjafar2437 Год назад +7

    Bəyəndim. Əla. Təşəkkür.

  • @xatirealiyeva7908
    @xatirealiyeva7908 Год назад +4

    Çox zövqle baxdim çox saq olun

  • @zahirhuseynov4974
    @zahirhuseynov4974 4 месяца назад +1

    Necə gözəl vaxtlar idi... Azərbaycan televiziya kanalları niyə efirə vermir bu filmləri?.. Mənasız serialları buraxıblar efirə özləri də bilmir nə edir! 😒😒

  • @UGUR_KAOS
    @UGUR_KAOS Год назад +3

    Azerbaycan filmlerini cox sevirem.O keyfiyyetli illeri kash bizde gorseydik.geldik dushduk tik tok cahilleri olan dovre😢

  • @aminakerimova819
    @aminakerimova819 4 месяца назад +3

    ,,5 ilden sonra,,- ,,yox 4"😢😂😂 filmin ən yadda qalan satirik ani😊

    • @insan_07
      @insan_07 3 месяца назад

      Салам .нечесан ?

  • @tehmezhaciyev5475
    @tehmezhaciyev5475 Месяц назад

    Sonda səslənən musiqi çox gözəldi. Heç cürə tapa bilmirəm bu musiqini.

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 Год назад +7

    ÇOX TƏƏSSÜFKİ İNDİ YETƏRİNCƏ FİLMLƏR ÇƏKİLMİR. AKTYOR VƏ AKTRİSALARIMIZ YAŞLAŞİR, DÜNYALARINI DƏYİŞİR, AMMA ONLARDAN LAZIMINCA İSTİFADƏ EDİLMİR. AXI BİZİM İSTEDADLI AKTYOR VƏ ATRİSALARIMIZ BİZİM KİMİ YOL GÖZLƏYİRLƏR. YENİ-YENİ FİLMLƏRİN YOLUNU.

  • @nubarabdullayeva8864
    @nubarabdullayeva8864 Год назад +10

    COX DARIXDIM O ILLER UCUN

  • @milkimalikova5699
    @milkimalikova5699 4 месяца назад +3

    Avallar o baligdan hec olmasa biz da sada camaat da ikra,balig yeyirdik.Indi ozlari lum lum yeyir,xarica valyutaya satib ciblarina goyurlar.Biza isa hec na. Dadi da yadimizdan cixib Bax bu faciadir.

  • @demirsuleyman6804
    @demirsuleyman6804 Год назад +5

    Nardaranda bağımızın yanında çəkilib bir də O qızı tapın kinosu

  • @komyimglucaallahim6383
    @komyimglucaallahim6383 Год назад +1

    Qəşəng kinodu axırıda çox maraqlı oldu

  • @fikratismayilzadeh8314
    @fikratismayilzadeh8314 Год назад +3

    NECƏ DƏ GÖZƏL FİLMLƏRİMİZ VAR

  • @jeff693
    @jeff693 Год назад +1

    Шедевр, хайыф сенден азербайджан

  • @ZAKS0
    @ZAKS0 4 месяца назад +1

    БРАВО ДАДАШЕВ !

  • @ruslanhuseynov3912
    @ruslanhuseynov3912 Год назад +1

    Əhsən sizə. Sizin kanalda gorduyum yerli filimlərin bir coxunu tele kanallarda vermeyib yada mənim rastima cixmayib. Ugurlar sizlərə

  • @user-bc7up1jy1k
    @user-bc7up1jy1k 3 месяца назад +1

    Ğözəl həyatımız məhv oldu indi daş dövrünə düşdük cənğəllikdə vəhşi heyvanlarla 🤦‍♂️

    • @lion7325
      @lion7325 Месяц назад

      Barbarizm kim nə istəsə edir, satır tikir sökür

  • @komyimglucaallahim6383
    @komyimglucaallahim6383 Год назад +1

    Mənim günəşim sən nə vaxt deyəcəksən səni sevirəm mənimdə ürəyim sakitləşsin ömrüm sən ürəyimdəsən nəfəsimdə sən səni sevirəm səndə de ki səni sevirəm.

  • @beastbeast9859
    @beastbeast9859 11 месяцев назад +1

    RESPECT!

  • @ilqar64
    @ilqar64 7 месяцев назад +1

    Təəssüf ki, son 5-6 dəqiqədə səs yoxdur.

  • @celovek_celiy_vek
    @celovek_celiy_vek 4 месяца назад +1

    1.00.47-dən 1.02.14-ə kimi səs itib.
    Maraqlıdı o hissədə nə deyir ki?????????

  • @zahirkazimov9947
    @zahirkazimov9947 Год назад +3

    Maraqli kinodur.Baxmaga deyer.

  • @ss.0175
    @ss.0175 4 месяца назад

    👍👍👍👍👍

  • @justaman1090
    @justaman1090 Год назад +1

    Почему фильмы никто не реставрирует?

  • @gulyagulya9096
    @gulyagulya9096 Год назад +2

    niyə kohne filmlərimiz restavrasiya olunmur? ruslar hetta Ştirlitsı rengli plyonkaya köçürüblər

    • @e.v.a.7208
      @e.v.a.7208 5 месяцев назад +1

      Tarixə verdiyimiz qiymət ondan görünür

  • @lion7325
    @lion7325 Месяц назад

    Bu filmi təzə lentə köçürsəz nə olar? Niyə bu işə baxan yoxdur dərdimizi kimə deyək ?

  • @mujganmeherremova8494
    @mujganmeherremova8494 Год назад

    Birinci dəfədir baxıram bu filmə.Çapıb talayıb bünövrədən dağıdırlarmış sovetlər ölkəsini😅

  • @mesudeyvazli6708
    @mesudeyvazli6708 4 месяца назад

    Maraqlıdır o vaxtı balıq tutmaq belə cinayət imiş?

  • @gunayemirli549
    @gunayemirli549 Месяц назад

    Dəniz, bağlar əsl yay filmidir

  • @user-jt6el3mz2j
    @user-jt6el3mz2j 5 месяцев назад

  • @igorlagyt
    @igorlagyt Год назад

    Пост ГАИ это Загульба а вот станцию не могу узнать.

  • @sevabayramova7623
    @sevabayramova7623 4 месяца назад

    Bu filmləri televiziyalar niyə göstərmir?

    • @lion7325
      @lion7325 Месяц назад

      İndi ikra yeyə bilirik? Niyə göstərsinlər

  • @MP_763
    @MP_763 Год назад

    Нифига себе 1977 илде разви шызлар ела ачых купаник гейиблар.буда Азербайджан..широкий шагает Азербайджан

    • @e.v.a.7208
      @e.v.a.7208 5 месяцев назад +3

      Nə var ki burda? Abşeron, Nabran plyajlarında kupalniklə çimirdilər.
      1977-ci ildə İranda plyajda açıq kupalnik geyinirdilər, o ki qalmış bizdə.

  • @pulqazananlarqrupu
    @pulqazananlarqrupu Год назад

    SALAM🖐ƏZİZ DOSTLAR, BİZİM QRUPUMUZA KOMANDAMIZA🤝QOŞULUN DEYİRİK!...👍✍🤑

  • @tahirmmmdli5365
    @tahirmmmdli5365 Год назад +1

    Filmin rejisoru qanmır ki müstəntiq roluna adam seçəndə...Natiqin boyu milis işçisinin standart ölçünə yuğun deyil....Hələ milis zabitinin qız kimi yzun saclarına bax!!!

    • @kamalabagirova5289
      @kamalabagirova5289 7 месяцев назад +7

      Müstəntiq boya görə işə qəbul edilmirdi,oxuyub təhsil alırdı, sonra da təhsilinə uyğun təyinat,siz bunu "qanmalisiniz". Saçlar da həmçinin,kimsəyə bunu etmək olar, bunu etmək olmaz deyilmirdi indiki kimi.Dəb idi uzun saçlar, istəyən saxlayırdı vəzifəsindən asılı olmayaraq

    • @e.v.a.7208
      @e.v.a.7208 5 месяцев назад

      @@kamalabagirova5289👍🏻👍🏻👍🏻

    • @azerzeynalov9479
      @azerzeynalov9479 4 месяца назад +1

      ​Düzdü👍👍👍

    • @tahirmmmdli5365
      @tahirmmmdli5365 4 месяца назад

      @@kamalabagirova5289 Ay gic , get bozbaşını bişir.Sən belə şeylərə ortanın gözüylə baxırsan!!!

  • @Niaqara100
    @Niaqara100 Год назад +1

    👍👍👍