Şahin Musaoğlu - Danışır Şuşa - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 30 май 2024
  • #kamranmyunis #kamranyunis #şeirlər #poeziyateatrı
    #eminsabitoğlu #şiirler #sevgişeirləri #poeziya #şahinmusaoğlu
    Şahin Musaoğlu - Danışır Şuşa
    Bəstəkar - Emin Sabitoğlu - "Atları yəhərləyin" filmindən
    Qurulub saatlar "Şuşa vaxtına"
    Sənət məbədinə, söz paytaxtına.
    Səslənir dünyaya Şuşadan - Şuşa!
    Şəhid-qazi Şuşa, qəhrəman Şuşa!
    Vətən sərhədini cızıb qanıyla
    Yeni tarix yazıb, şərəf- şanıyla...
    Dan yeri sökülür əzan səsinə
    Bir hüzur çökübdü Cıdır düzünə.
    Sakitdir, azaddır mavi səması
    Nə bir güllə səsi, nə top sədası...
    Burda sal qayalar sipər-sipərdi
    Hər dağ sinəsinin bağrı səngərdi.
    Bir cüt qoşa qartal süzür havada
    Yurdun sahibləri qayıdır Yurda.
    Dirçəlir, tikilir, qurulur, qurur
    Şuşa bütünləşib canda ruh olur
    Tək ürək, tək bədən, tək vücud olur.
    Bir gözü ağlayır, bir gözü gülür.
    Bir əli gözünün yaşını silir
    Bir əli "dəmirdən yumruğ"a dönür
    Savaşın özüylə savaşa girir.
    Çagırir cahanı haqq ədalətə.
    Sevgiyə, şəfqətə və mərhəmətə,
    Bizi birləşdirən mədəniyyətə!
  • КиноКино

Комментарии • 13

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 месяца назад +5

    Yurdun sahibləri qayıdır Yurda.🤲🤲🤲
    Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin!🤲🤲🤲

  • @cickyags4191
    @cickyags4191 2 месяца назад +4

    Dirçəlir, tikilir, qurulur, qurur
    Şuşa bütünləşib canda ruh olur.... 👏🌹🌹🌹🌹🌹

  • @useruser5401
    @useruser5401 2 месяца назад +3

    Allah şəhidlərimizə rəhmət etsin.🥀🥀😢İnşallah bizdə gec olmadan qayıdarıq😢

  • @raulagayev1657
    @raulagayev1657 2 месяца назад +3

    🙏🙏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 месяца назад +3

    Axşamınız xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 месяца назад +2

    🎧👍👍👍

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +3

    Çox gözəl şeirdir! Şuşanin tərənnümü: Möhtəşəm! Müasirliyi əks etdirən bir Şuşa hekayəsi! Şuşanin alınması dünya hərb tarixində analoqu olmayan bir döyüş texnikası dır! Şuşa yenə də musiqimizin , mədəniyyət imizin paytaxtı oldu! Şuşa lilar Qarabağın ən kübar insanları olduğlarin hələ də özlərində saxlayan insanlar dir!Qız və qadınları öz gözəlliyi ilə,kişiləri isə öz mədəniyyəti ilə!Çox unikal xarakterli insanlar!Əsilzadə olduqlarıni her zaman qoruyub saxlayan əsil bəylər, xanımlar!İndi Şuşa yenə də öz əzəli sakinlərini öz qoynuna almaqdadır!Bu keçən illər onları heç dəyişmədi! Şuşa yenə də Şuşa dır! Gözəllik hər zaman başa bəla olub!Hamı istəyir ki,o gözəl onun olsun!Ona görə də ... Kamran bəy!Çox gözəl ifa etdiniz! Şuşa li olmasam da, Şuşani çox sevən bir vətəndaş kimi çox sevindim! Əsil vətənpərvər insan olduğunuzu sübut etdiniz! Təşəkkürlər!🙏🌹

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +1

    Salamlar! Şuşa!Qarabağın musiqi beşiyi!Əsrarəngiz təbiəti ilə ,gözəlliyi ilə bizim hər zaman tariximizin əbədi yaşar Şuşa si!Xan , Seyid Şuşinski lərin,,Vaqifin , Natəvanın, Bülbülün,Mir Möhsün Nəvvab in, Üzeyir bəyin və ...Azərbaycan mədəniyyətinin tanınmış simalarının ana yurdu! Qarabağın cənnəti!Gözəlliklər məskəni! Ağabəyim ağanın Vətən bağında bitmeyen və şəhidlərimizin simvolu olan,xari bulbul gülünün Vətəni: Şuşa mız ! Şuşa ya aid video hazırladığınıza görə Size hədsiz təşəkkürlər!🙏🌹🇦🇿❤️

  • @elmarammmdova882
    @elmarammmdova882 2 месяца назад +2

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.

  • @sahinmusaoglu6558
    @sahinmusaoglu6558 2 месяца назад +2

    Təşəkkür edirəm ustad.
    Var olun.
    Hörmətlə Şahın Musaoğlu

    • @kamranmyunis
      @kamranmyunis  2 месяца назад +2

      Dəyməz bəy. Ürəyinizə, ruhunuza sağlıq. Var olaq!

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 2 месяца назад +2

    Şəhid qazi Şuşa.
    Qəhrəman Şuşa

  • @mehribancefer5665
    @mehribancefer5665 2 месяца назад +2

    Şuşa elə Şuşa idi.Sakinlərinin qayıtması ilə daha da məğrur oldu.