Kamran M. YuniS - Əcəba... Kiməm mən?

Поделиться
HTML-код
  • Опубликовано: 27 май 2024
  • #kamranmyunis #kamranyunis #eminsabitoğlu #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya #cızmaqara
    Kamran M. YuniS - Əcəba... Kiməm mən?
    Bəstəkar - Emin Sabitoğlu - "Dörd bazar günü" filmindən
    əcəba... kiməm mən hə?
    Düşündüyüm, danışdığım ya yaşadığım?
    Kiməm mən əcəba, hə?
    Yaşadığım, olduğum ya olmaq istədiyim?
    Mən, kiməm əcəba?
    Hər dəfə, hər an verdiyim bu sualların içində
    Özü-özünü axtaran, birimi?,
    Özü-özünə yol gedən birimi?,
    Özündən özünü doğan birimi?...
    Bilirəmmi, bilmirəmmi, bilmirəm!..
    Bəlkə də hər gün, hər addımında
    Özü öz əlləri ilə özünü heykəl kimi yonub da
    Öz heykəlini yaradan biri...
    Mən, Allahın qulu,
    Atamın Anamın oğlu...
    Özümün yolu
    Sözümün ağası, qardaşlarımın qardaşı...
    Sevdiyimin yarı...
    Bu qədər sadə, bu qədər bəsit...
    ...əgər bütün bunlara sadə və ya bəsit demək olarsa?!,.
    Mən... Kamran M. YuniS
    Kamran dan başlayıb,
    Sevdiyində özünü tapan, Mən.
  • КиноКино

Комментарии • 24

  • @RenaAgabeyova-bc7uz
    @RenaAgabeyova-bc7uz 4 дня назад +1

    Mextesem seyr. Ezumu gerdim bu seyrde .Allah sizi gorusun Amin.

  • @cickyags4191
    @cickyags4191 2 месяца назад +3

    Mən... Kamran M. YuniS
    Kamran dan başlayıb,
    Sevdiyində özünü tapan, Mən. 🌺🌺🌺🌺🌺👏

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 2 месяца назад +3

    Mən Allahın qulu

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 месяца назад +3

    Axşamınız xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 2 месяца назад +2

    Səsinizə, sözünüzə qüvvət, dəyərli Ustadımız.
    Hər kəsin özünə verdiyi ən gözəl, ən düşündürücü və ən vacib bir sual- " Kiməm mən?"
    Bu suala cavab tapanlar həyatın anlamını da anlayacaqlar, tapmayanlar isə həyata nə üçün gəldiklərini heç vaxt anlamayacaqlar...

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 2 месяца назад +2

    Çox sağ olun dəyərli sənətçimiz .Həmişə səsiniz gəlsin .

  • @lolaazeri3917
    @lolaazeri3917 2 месяца назад +2

    BİZİM
    DƏYƏRLİ SƏNƏTKARIMIZ 👏👏👏

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 месяца назад +3

    Siz xalqımızın deyerli senetkarı, bizim sevimliiz,ezizimiz,doğmamız.
    Menimse en eziz,en eziz qardaşım.

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 2 месяца назад +2

    HƏR BİRİMİZ ƏN SON SEVDİYİMİZDƏ TAPIRIQ ÖZÜMÜZÜ...

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 месяца назад +3

    Qələminizə, ruhunuza min sağlıq Ustad! Tanrı qorusun sizi və sevdiklərinizi!🤲🤲🤲

  • @mariokacac7445
    @mariokacac7445 2 месяца назад +2

    Deyerli senetkar sesiniz var olsun

  • @renaagayeva2817
    @renaagayeva2817 2 месяца назад +1

    Allah'ın Salamı,sevgisi və əzəməti üzərinizə olsun inşAllah dəyərli İnsan,böyük Sənətkarımız Allah Ömrünüzə,Elminizə Bərəkət Versin inşAllah Amin Amin İlahiAmin 🇦🇿🕌🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻💚❤️💙

  • @raulagayev1657
    @raulagayev1657 2 месяца назад +2

    Bu qədər sadə ...

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 2 месяца назад +2

    HƏRVAXTINIZ XEYİR OLSUN...

  • @elmarammmdova882
    @elmarammmdova882 2 месяца назад +1

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.Allah qorusun sizi.

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +1

    Səsinizin həzinliyi, pıçıltısi isə özgə aləm idi!Kaş sizin bir dənə də bacınız olardı!Onda hər dərdinizi özündə daşıyan bir insan la...çox asan olardı!Nə etmək?Öz dərdlərinizi kağıza yaza bilirsiniz!Bu da sizi rahat edir...Bir də dostlarınız!Yaxşı ki ,var!Allah amanında,her zaman!Allahın qulu!👍💯🤲

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 месяца назад +3

    Axşamınız xeyir deyerli insan

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +1

    Salamlar!Çox gözəl yazmısınız! Əllərinizə sağlıq!O özünüzə verdiyiniz sualları elə biz də özümüzə vermişik?Ancaq?Şeirə siz gətirdiniz! Maşallah olsun!Bilirsiniz nə xoşuma gəldi?Ən axırıncı :"Kamran dan başlayıb sevdiyində qurtaran!"K.....S!👍👏🌹Yaxsi ideyadır!Biz de uşaq vaxtı hərflərdən soz düzəldirdik! Sözləri tərsinə deyirdik!Çox maraqlı oldu! Afərin! Təşəkkürlər!🙏🌹

  • @raulagayev1657
    @raulagayev1657 2 месяца назад +2

    🙏🙏