Yay Riyaziyyat Düşərgəsi

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • ABB Tech Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlıq dəstəyi ilə 9-cu sinifi bitirmiş şagirdlər üçün Qubada 6 günlük Yay Riyaziyyat Düşərgəsi təşkil edib.
    Düşərgədə iştirak üçün müraciət etmiş 650-dən artıq şagird arasından onlayn test və müsahibə əsasında 19 şagird seçilib . 6 gün ərzində onlar müəllim və mentorların rəhbərliyi ilə riyaziyyat üzrə bilik və bacarıqlarını artırıblar. Düşərgə müddətində riyazi dərslərdən əlavə, şagirdlər müxtəlif yumşaq bacarıqlarını inkişaf etdirmək üçün məşğələlərə və interaktiv oyunlara cəlb olunublar. Həmçinin iştirakçılar Startap Ekosistemi ilə bağlı vörkşopa qoşulub və Düşərginin 4-cü günündə keçirilən Startap Mini Demo Day yarışmasında iştirakçılar öz ideyalarını münsiflər heyətinə təqdim ediblər. Bundan əlavə şagirdlərin Çənlibel gölünə səfəri də təşkil edilib.
    Yay Riyaziyyat Düşərgəsinin sonunda şagirdlər arasında imtahan keçirilib. Onların bilik və bacarıqları dəyərləndirilib. Nəticələrə əsasən, 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri seçilərək mükafatlandırılıb.
    #abbtech #summermathcamp #mathcamp

Комментарии • 1