İntizam tənbehi haqqında (töhmət, şiddətli töhmət və s.)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
    1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
    2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
    a) töhmət vermək;
    b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
    c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
    ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
    3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
    4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

Комментарии • 2

  • @zamiqzeynalov2673
    @zamiqzeynalov2673 7 месяцев назад

    Salam xayiş edirem sualıma cavab veresiz ? İş vaxtı ecar gömekcisine yaxınlaşdım emek hanımın qaldırılması barede bir iki söz dedim ecar gömegcisi meni öz rehberine kikayet etdi meni narahat edir işcin / xaiş edirem burda kim haklıdır cemi 2 defe yaxınlaşmışam

  • @rsmiyyisgndrova6507
    @rsmiyyisgndrova6507 2 года назад

    Salam.xahiş edirəm sualıma cavab yazasınız.yoldaşım 70 ci mafdənin c bəndi və 72 ci maddənin e bəndinə əsasən töhmət alıb .bu bəndlərinmüddəti nə qədərdir?Yoldaşım necə il müddətindən sonra yenidən işə qəbul olunar.Qeyd edim ki yoldaşım sürücüdür onu iş yoldaşlarının yanacaq satması ilə töhmətlənib və müəssə rəhbəri 3 surucunu bu maddələrlə işdən cıxarıb.yoldaşım da onlarla bərabər .ancaq yoldaşım deyir ki mən yanacaq satmırdı sadəcə yoldaşlarıml gözləyirdim sübut dəkil yoxdur.Ancaq bir sürücünün şəkli cəkikib satan yerdə