Səhərlər bu 8 Qidadan UZAQ DURUN - 99% İnsan Bunu Bilmir

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Hər birimiz yaxşı bilirik ki səhər yeməyi zamanı qəbul olunan qidalar günlük həyat tərzinə çox böyük təsir edir.
    Dietoloq və qida ekspertləri səhər yeməyində yol verilən səvləri və zərərli qidaların siyahısını hazırlayıb.
    Bunlara baxdıqda təəssüf ki, hər birimizin səhər süfrəsində olduğunu görürük. Bəs əslində faydalı görünən bu ərzaqlar niyə səhər olmaz, səbəbləri izah olunur.
    bu gün sizlərə səhərlər hansı qidalardan uzaq durmanız gərəkdiyi , azyaşlılara səhər yeməyi zamanı arqanizminə ziyan verən qidaların hansılar olduğu haqda məlumat verəcəm. sizdə bu videonu öz yaxınlarınıza göndərərək onların sağlamlığını qoruya bilərsiniz.
    əziz izləyicilər videoların analitikasına baxanda videoya baxanların çox az hissəsinin abunə olduğunu görürəm. bizə dəstək olmaq üçün kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.
    səhər yeməyində zərərli qidaları təqdim edirik
    .
    .ilk növbədə Acqarına qəhvə sizə mənfi təsir edə bilər.
    Səhər ovqatını qaldırmaq üçün qəhvə əvəzsizdir. Amma acqarına birbaşa qəhvə içmək ciddi mədə xəstəlikləri yaradır: qastrit, yanma, xora. Çünki qəhvə mədə turşuluğunu artırır, bu da mədə divarını qıcıqlandırır və iltihab yaradır. Qida borusuna sıçrayan turş şirə onu zədələyir, eroziya yaradır.
    Yaxşı olar ki, qəhvəni səhər bir az yemək yedikdən, mədəyə qida düşdükdən sonra içəsiz. Bu zaman zərərsiz effekt ala bilərsiz. Gündəlik kafein dozası 400 milliqramı aşmamalıdır.
    Partağal şirəsi.
    Kinolarda gördüyümüz bu adət Amerikada ikinci dünya müharibəsində başlayıb. Əsgərlərə vitamin çatmırdı, hökumət dondurulmuş partağal şirələrini orduya göndərdi.
    Sonrada bu adət süfrələrə keçdi, təzə freş partağal şirəsi içmək guya insan üçün faydalıdır. Amma tam əksinədir. Sitrus meyvələri da mədə divarını qıcıqlandırır, şirəni artırır və mədənin iltihabına səbəb olur. Əgər bir insan səhər həm qəhvə, həm portağal şirəsi içirsə,o mədəsi ilə vidalaşa bilər.
    Səhərlər partağal şirəsini yeməklə bərabər qəbizliyi olanlar içə bilər, o, bağırsaq peristaktikasını artırır.
    Blinlər, sırnik, oladyi.
    Bu yeməkləri hər gün yemək xoşbəxtlikdir. Amma xəmir, yumurta, şəkər tərkibli bu qidalar səhər tezdən qanda qlükozanı qəfildən artırır.
    Bu yeməkləri yedikdən sonra ilk 1 saatda həqiqətən enerji axını hiss edəcəksiz.
    Amma 2-3 saata bu effekt itəcək, qlükoza kəskin enəcək və siz yenidən aclıq hiss edəcəksiz. Belə yeməkləri səhərlər yeyənləri yuxu tutur.
    .Mannı sıyığı.
    Uşaq bağçasından qalmış bu adət əslində,uşaq və böyüklər üçün sağlam deyil. Çünki mannıda fitin var, o kalsiumu blok edir, uşaqlarda sümük deformasiyası başlayır. Mannı sıyığı yalnız mədə-bağırsaq xoraları olanlara yaxşıdır ki, kobud qida deyil, tərkibindəki nişasta mədə divarını örtür.
    Fitnes yulaf, müsli, hazır səhər yeməkləri.
    Qutuda satılan bu qidaların üzərində vitaminlər və faydalı maddələr yazılıb. Amma diqqətlə tərkibini oxusanız, orda şəkər maddələri - patok, qlükoza, qarğıdalı siropu olduğunu görəcəksiz. Belə yeməklər mədəaltı vəz üçün zərbədir. İnsulinin təbii sintezini pozur. Bu qidalara aludə olanları orta yaşda ikinci tip diabet gözləyə bilər.
    .Yoqurtlar.
    Səhərlər bir ədəd yoqurt yeməklə kifayətlənirsiz?. Onlar kalorisizdir,amma tərkibində şəkər var, bu isə orqanizmə faydalı heç nə vermir, yalnız qlikemik yükü artırır. Yaxşı olar ki, şirin olmayan meyvəli yoqurt yeyəsiz. Amma təkcə yoqurt yesəz, gün ərzində çox acıyacaqsız.
    Təkcə bir -iki ədəd meyvə.
    Acqarına bir armud, banan, alma yemək də yaxşı variant deyil. Onlar insana enerji vermir. Təkcə meyvə ilə beyin və mədəni aldatmaq olmayacaq. Meyvəni xırda doğrayıb ona qoz, kəsmik əlavə edin. Zülal aclıq hormonu olan qrelinin sintezini azaldacaq.
    .Kolbasa, sosis buterbrodu.
    Ağ çörək arasında kolbasa yemək gələcəkdə bağırsaq şişi, şəkərli diabetə səbəb ola bilər. Kolbasa, vetçina, sosis kimi termiki işlənmiş ət məhsulları kanserogen maddə ilə zəngindir və ankalogiyaya yol açır.
    Belə səhər yeməyini uşağa məktəbə qoymaq da olmaz. O, gizli piylənmə yaradır.
    .
    Bəs nə yeməli, nə etməli?.
    Bu sualın cavabını hələ 2012inci ildə İsrail araşdırmaçıları tapıblar. Onlar 193 nəfəri müşahidə altına alıb, 2 qrupa bölüblər. Bir qrup səhərlər 33 kal dəyərində qida alırdı, çoxu karbohidrat idi. Digəri isə 2 dəfə ağır - 600 kal dəyərində qida aldı, bu zülal-karbohdrat tərkibli idi. 32 həftəlik araşdırmalarda sonra hər iki qrup iştirakçıları arıqlamışdı. Amma birinci qrup 15 kilaqram arıqladı, 32 həftənin sonunda onun 11 kilaqramlnı geri qaytardı və onlar daim yemək istəyirdilər.
    ikinci qrup 13 kilaqram arıqladı, amma sonrakı həftələrdə də arıqlamağa davam etdi. Alimlər sübut etdi ki, zülal-karbohidrat səhər yeməyi qrelin hormonunu azaldır, bu səhər yeməyi yeyən insan gün ərzində çox acımır, özünü tox və gümrah hiss edir.
    səhərlər zərərli qidalar,səhərlər nə yeməli,mədə,mədə ağrısı,mədəyə zərərli qidalar

Комментарии • 47