Bu 10 qida sizi bütün xəstəliklərdən qoruyacaq - Mütləq baxın
HTML-код
- Опубликовано: 7 фев 2025
- Elmi cəhətdən sübut olunub ki, gündəlik rasionumuzda istifadə etdiyimiz ərzaqlar sağlamlığımıza, yaddaşımıza, əhval-ruhiyyəmizə və ömrümüzün uzunluğuna təsir edir. Belə bir qədim Şərq deyimi var: “Nə yeyiriksə, oyuq”. Ona görə də nə yediyimizə daha ciddi və diqqətlə yanaşmalıyıq. Bugünkü videoda sizə insan orqanizmi üçün ən faydalı 10 qidadan danışacağam.
10. Yaşıl çay. Yaşıl çay, ilk növbədə, antioksidantlarla zəngin olmasıyla şöhrət tapıb. Həmçinin, vitamin C mənbəyidir. Bunlar insan orqanizminin qocalmasını ləngidir. Dərinizin daha gənc və təravətli qalmasını istəyirsinizsə, hər gün yaşıl çaydan istifadə edin. Qandakı şəkərin miqdarını azaldan, həzm prosesini sürətləndirən və nizamlayan yaşıl çay gününü televizor, kompyuter qarşısında keçirənlər üçün də faydalıdır. Mütəxəssislər əmindir ki, onun tərkibində şüalanmanın təsirlərini azaldan maddələr var. Siqaret çəkənlərə isə yaşıl çaydan istifadə xüsusi olaraq tövsiyə edilir. Çünki, bu çay bronxları və ağciyərləri təmizləmək qabiliyyətinə malikdir.
9. Qoz. Qoz təbiət tərəfindən bizə bəxş edilən faydalı nemətlərdəndir. Bitki mənşəli zülallar, C vitamini, yod və B qrupu vitaminlərilə zəngindir. Mütəmadi olaraq qoz yedikdə ürək-damar xəstəliklərinə tutulma riski aşağı düşür, qalxanabənzər vəzin fəaliyyəti stabilləşir, beyin yorğunluğu kimi problemlər aradan qalxır. Sinir sistemi xəstəlikərinə və depressiv əhval-ruhiyyənin aradan qalxmasına kömək edən qoz yuxusuzluqdan əziyyət çəkənlərin də dadına çatır. Belə ki, mütəxəssislər rahat yuxu rejimi üçün qozdan istifadəni mütləq sayır.
8. Bal. Vitamin deposu olan balın orqanizmə faydalarını saymaqla bitməz. İmmun sistemini gücləndirir, sinir sisteminə, həzm sisteminə, maddələr mübadiləsinə, qadın hormonlarının nizamlanmasına müsbət təsir göstərir. Yuxu problemini aradan qaldırır, səhərlər gümrah və enerjili olmağa kömək edir. Əgər allergiyanız yoxdursa, hər gün bir xörək qaşığı balı rasionunuza daxil edin. Bal nəfəsalmanı asanlaşdırır, bir sözlə, tənəffüs sisteminin “ən yaxın dostu”dur. Unutmayın, bal yemək ömrü uzadır.
7. Yumurta. Siyahıya yumurtanı daxil etməyim təsadüfi deyil. O, insan orqanizmi üçün vacib olan zülalların əsas mənbəyidir. Xüsusən, orqanizmi hələ inkişaf prosesində olan uşaq və yeniyetmələr üçün yumurta əvəzolunmazdır. İndiyədək belə bir fərziyyə vardı ki, yumurta qan damarlarında xolesterolun yaranmasına səbəb olur. Alimlərin son araşdırmaları bu mifi yerlə bir edib. Sübut olunub ki, yumurtadakı xolesterol orqanizmdə qalmır, amma, tərkibindəki digər maddələr infarkt riskini aşağı salır, tromblaşmanın qarşısını alır. Qeyd edim ki, daimi yumurtadan istifadə qadın orqanizminə süd vəzi xərçəngilə mübarizədə kömək edir. Bir də, unutmayın, daimi yumurta yemək, bir oturuma altısını yemək anlamına gəlmir. Gün ərzində, orqanizmdən asılı olaraq, 1, uzağı 2 yumurta yeyə bilərsiniz.
6. Paxlalılar. Asan həzm olunan bitki mənşəli zülallarla zəngin olan paxlalılara noxud, lobya, paxla və s. daxildir. Tərkibində dəmir, fosfor, kalium, manqan, yod və C vitamini olan noxudun əsas özəlliyi B qrupu vitaminlərilə zəngin olmasıdır. Bildiyimiz kimi, B qrupu vitaminləri sinir sisteminə çox faydalıdır. Noxudun tərkibindəki lizin maddəsi ürək-damar xəstəliklərinin sağalmasına kömək edir. Qalxanabənzər vəzinizdə problem varsa, hökmən, rasionunuza paxlalıları daxil etməlisiniz. Dietoloqlar artıq çəkidən əziyyət çəkənlərə paxlalılardan istifadə etməyi məsləhət görür. Bu da səbəbsiz deyil. Paxlalıların həzmi zamanı orqanizm yüksək miqdarda enerji itirir, beləcə, artıq yağlar daha çox yandırılır. Qədimdə Hippokrat bir çox xəstəliklərin müalicəsində yaşıl noxuddan istifadə edib.
5. Balıq. Balığın tərkibindəki zülallar asan həzm olunur və insan orqanizmi üçün çox faydalıdır. Balıqların içində ən dəyərlisi isə dəniz balıqlarıdır. Balıq əti yağ turşuları ilə zəngindir. Misal olaraq Omega 3 və Omega 6`nı göstərmək olar. Yağ turşularına dəmiri də əlavə etsək, bu maddələrin insan orqanizmi üçün əvəzedilməzliyini anlayarıq. Belə ki, bu maddələr insan orqanizminin ən əsas həyati proseslərinə cavabdehdilər. Balığın tərkibindəki yağ turşuları orqanizmdəki xolesterolun miqdarını azaldır, trombların kiçilməsinə səbəb olur, ürək-damar xəstəliklərinin həllinə 50% kömək edir. Alimlər həftədə, ən azı, 3 dəfə balıq yeməyi məsləhət görür.
4. Süd və süd məhsulları. Süd məhsulları dedikdə südün özüylə yanaşı, kəsmik, şor, pendir, qatıq, qaymaq, ayran və s. nəzərdə tutulur. Süd və şorun tərkibində orqanizm tərəfindən asan mənimsənilən zülallar və yağlar var. Kalsiumla zəngin olan süd məhsulları sinir sistemini möhkəmlədir və sümükləri bərkidir. Bu yaxınlarda ABŞ alimləri maraqlı bir şüarla çıxış etdilər. Onlar deyirdilər: “Süd təkcə uşaqlar üçün deyil. Böyüklər də içməlidir”. Süd və süd məhsullarından istifadə həzm prosesinə kömək edir, bağırsağın mikroflorasının bərpasında xüsusi rol oynayır. Gün ərzində 250 ml süd, yaxud süd məhsullarından istifadə etmək mədə və mədəaltı vəzin sağlamlığı üçün vacibdir.
Allahım butun insanların pulunu cox etsin ki millet alıb yesin bu neymetlerden
təşəkkürlər
Mən bu video baxa baxa lap pis oldum.Rusiyada tərbiyəçi iştəyirəm dediyiniz bu məhsulların hamısını qəbul edirəm amma vallah canım xəstədi.45 yaşım var nə içki içirəm nə siqaret çəkirəm amma mədə xəstə,öd,böyrək daşlarının dolu və.sairə.Yoldaşım günə 3 paçka siqaret çəkir,hər bazarda içir maşallah 55 yaşı var hələ görmədim dərman ata .Allah sağlam canı vermiyəndən sora hər şey yalandı.Yenədə təşəkkür edirəm video üçün.Allah razı olsun 🤲
Salam xanım🙋🏽♀️. Sizə Tam rəsmi, sərmayəsiz və risksiz olan bir işə dəvət edirəm. Gəlir artandır💵, pul kartla 💳 verilir. İş onlinə sənədləşmə ilə aparılır. WhatsApp:0557158874
Allah razi olsun sizde cox sag olun
MƏLUMAT ÜÇÜN ÇOX SAĞ OLUN, TƏŞƏKKÜR EDİRƏM, ALLAH KÖMƏYİNİZ OLSUN 🙏
Cox sag olun gozel melumatlardir.Allah sizi var elesin.
Sağ olun , bəyəndim .
Allah razı olsun🙏🏻. Mariflendiricidi♥️
Tesekkur edirik
👍👍👍 Allah kömeyiniz olsun.
Məsləhətiniz yaxşıdır amma hamının evində olsa
Əladır.
Coxxx bəyənirəm bu kanalı . Maarifləndirici. Sağ olun ✋
Çox gözəl izah etdin sağ ol,ancaq bunların hamısını yemək üçün gərək oğru məmur olaq!
😂👏
*Maarifləndirici videolarınız üçün sağ olun !*
Təşəkkür edirik.🙏👍
Təşəkkür edirəm .Xeyirli məsləhətinizə görə .belə məsləhətlər
Сиз тешеккур етдиниз анчаг мен Сизин бутун видеоларыныз учун урекден тешеккур едирем чунки файдаланырам Вар олун АллаН Сизи горусун амин йа Реббим
Allah sizdən razı olsun bilmədiklərimizi bildik
cox sağolun
Allah ruzi yetirenlerin ən xeyirlisidir.cox sağ ol.video üçün.
Cox faydalı meslehetlerdi
Salam xanım🙋🏽♀️. Sizə Tam rəsmi, sərmayəsiz və risksiz olan bir işə dəvət edirəm. Gəlir artandır💵, pul kartla 💳 verilir. İş onlinə sənədləşmə ilə aparılır. WhatsApp:0557158874
Allah razi olsun.
Salam xanım🙋🏽♀️. Sizə Tam rəsmi, sərmayəsiz və risksiz olan bir işə dəvət edirəm. Gəlir artandır💵, pul kartla 💳 verilir. İş onlinə sənədləşmə ilə aparılır. WhatsApp:0557158874
Супер Спасибо...
Bahadur coox saqol melumatlara gore
Cooox gözəl məlumatlar verirsiz sağolun...
P.s Təbiət bəğş etdiyi kəlməsini 2 dəfə işlətməy əvəzinə
1 dəfə Allaha həmd olsun bizə nə gözəl nemətlər verib desəydiz daha gözəl olardi..
Allah talla bize bu gozel neymetderi verdiyi ucun minatdaram
Qardaş bəla bu nədi?
Superdi bəla
Qardaş bu xəbəri hardan bilirsən?
Beynindən😮?
Kasıbı da Allah saxlayar Allah Pəhim Allahdır
Gozel videodur halal olsun👍👍👍
ELA.ALLAH RAZI OLSUN.
Mütəmadi olaraq izləməyə çalışıram sizi,hər faydalı məlumat üçün təşəkkürlər.
Salam xanım🙋🏽♀️. Sizə Tam rəsmi, sərmayəsiz və risksiz olan bir işə dəvət edirəm. Gəlir artandır💵, pul kartla 💳 verilir. İş onlinə sənədləşmə ilə aparılır. WhatsApp:0557158874
300 manat maaşla ildə 3 dəfə yemək toy bayram olar. Həftədə 3dəfə balığı ancaq məmurlar və onların ailələri yeyə bilər
Hörmətli Demədi Demə göz zəifliyini aradan qaldıran reseptlərdən ibarət bir video hazırlasanız yaxşı olar. Bu dəyərli məlumatlara görə də təşəkkürlər.
Belə video mənim üçün də əhəmiyyətli olar.
Balıq, kaymar, Balıq yaqı,
@@vafaaskerova1781 kaymar nədi zəhmət olmasa
@@zako5234g sehv yazdım, kalmar, deniz mehsuludu oda
@@vafaaskerova1781 təşəkkür edirəm 🤗
10 yaşıl çay,9 qoz,8 bal,7yumurta,6 paxlalılar -lobya ,noxud ve.s 5 balıq,4 süd ve süd mehsulları,3 denli bitkilər bulqur ,düyü ve s 2 pomıdor,1alma
Sağlamlıq haqqında hər şey, buyurub bizdən soruşa bilərsiniz...
Tşk yaxşı məlumatdı.
TESEKUR👏👍
Ay gardaş çox sağolun melumatlandırdığınız üçün . Bu gidaların xeyirli olmasın biliriy. Amma hanı???millet birin tapır beşin yox.sürünürüy yaşamırığ.
Cooooox duz deyirsiniz
ÇOX gozel dediz
Düz deyirsiz vallah.Almaq olmur. Yaşayışımız yaşayış deyil. Hələ yazıq uşaqlarımız nə yeyir, hamı dərmanlı qidalar. Allah özü rəhm eləsin bizlərə 🤲🤲🤲Amin 🤲
A
@@elcinmustafayem2777 a
Cox sagolun1+
Belə maarifləndirici videolar neqədər çox olsa yaxşıdır .Yoxsa bezdiy uje RUclips ni ancax bizim bloqerlər neqativ xəbərləri paylaşımağınnan ,o etiraz elədi bu birsi malikanə tikdi o birsi döyüş soydu , reytinq yığmadan ötrü bilmirlər neynəsinlər
Dəyər verdiyiniz üçün təşəkkür edirəm. Var olasız!
Mən təşəkkür edirəm qardaş ,video hazırlayıb montaj eləyib,səsləndirmək necə çətin olduğunu mən bilirəm !
Qoruyan Əl-FƏTTAH ALLAHdır.
İmsanlar, qidalar və sair bunlar sadəcə ALLAHın izni ilə bir səbəbdirlər.
Abu Umğmu
Tarafımızdan. Olan. Sızanaq. Üçün. Xüsusi. danışın.mənə. lazımdır.
Bütün meyvə tərəvəzlər yalnız mövsümündə isdfadə edildikdə insan orqanizm üçün faydaldır.
Əla vidyodu
Çox Gözel hazırlamısan AFERİN
Bəyənməyənlər sizi basa düsə bilmirəm.Bu videoda Biziim saglamligimiz ücün danisilir.Bəyənməsənizdə hec olmasa dislike etməyin.
Sag olun
Minaye xanim salam icazenizle size is teklifim var😊🌹
@@umnisedadasova7978 menim. Yetmis yasim var on sekiz yasimdan isleyirem valideyinlerimden galan ve ozum nail olduglarim veolacaglarlm hamisi ucub havaya sag olsun deyizikler, Xanim mene aid is sizde cetin taplar Yaxsi olar sozunun memedgulusun deyesen sene ne lazimdir Umnise dadasova xanim,
@@minayeaskerova9331 size csn sagligi arzulayiram 😊
Qoruyan Allahdi
İndi Azerbaycanda bela verlişlere baxmaga coxlarının еhtiyacı var. 👍
Üzr istəyirəm
@@ksjehrgeh Sehfini başa düşdün, belkemde hec menim seyfemde yazmag istememisen. Allah bagışlasın. Olur bela şeyler.
Yox onu uşaq yazib
Allah sizden razi olsun siz hemiwe deyerli meslehetler verirsiz amma men her axwam qoz yeyirem yuxuzuzluxa gore xeyri yoxdu
Duz deyirsen
Çinarzini at yat tabletqa 30 qepiydi lisdi apdeklerde
@@wehriyarnihad6205 icirem cox sax olun Allah razi olsun
@@mandopro145 Sizde saq olun 🙏
Salam xanım🙋🏽♀️. Sizə Tam rəsmi, sərmayəsiz və risksiz olan bir işə dəvət edirəm. Gəlir artandır💵, pul kartla 💳 verilir. İş onlinə sənədləşmə ilə aparılır. WhatsApp:0557158874
саг олун
Salam bir sual verim zehmet olmasa yazar suz seher yumurta birde ki tebiyi sud nece fayda verir
👍👍👍
Ай Аллах сахласин сизи жамат 130 маната пенсия Харлан ала билмириг бир хейирли емег
Təbiətin yox Allahu SubhənAllahu Təalə-nin bizlərə bəxş etdiyi neymətlərdi deyərək ona Həmd edək
Çox sağolun gözəl məlumat üçün
Süd məhsulları çox xeyirlidir.
Salam Allah razi olsun Sizdən çox gözəl danişiq qabilliyyətiniz var videonu bəyəndim məsləhətiniz üçün çox sag olun Sizə təşəkkür edirik 🙏🙏💜🙂 dediklərinizdən hansini şəkər xəstələri qəbul etməməlidi ????
👍
Yumurta xolesterinə faydadır?dogrudan
Amma her meyveni oz mevsiminde yemek lazimdir
ELA meslehetdir
Sağol qardaş. Ama bunlar hamısı böyrəkdə daş (oksalat )yaradır
Balqabagi nezerden qacirtmisiz
Mən bunların hamlsından demək olar ki,gündəlik istifadı edirəm amma faydasını görmürəm.daimi yüksək təzyiq,daimi baş ağrılarl,qulaqda küy,taxikardiya... daha nələr...yuxusuzluq...
O geder güldüm mariyand 🤣mariyand ee marinad leykopin deyil likopindi
👍👍👍👍👍
Bes deyirler paxlalilar mede qastritine zererdi yani fec hezm olur sizce ne etmeliyem?
Günə 5in yeyib məşqə gedirdim yumurtanin day onu yeyib uzanib yatsan əlbəttə ziyandır
.....təbiət ətin bəxş etdiyi yox daha doğrusu Yaradan Allahin bəxş etdiyi. ...
Əla
Sağlamlıq haqqında hər şey, buyurub bizdən soruşa bilərsiniz...
Bal çox dərdə dərmandı.
Salam. Yashil çayi qara çayla qarishdirib içmey olar? Eslinde olar, olmaz bilmirem, amma men qarishdirib demliyirem. Çunki, tek içe bilmiriy yashil cayi
Yaşıl çaya zaman lazımdır öyrəşmək üçün. Mütəmadi içəndən sonra adam o dadı axtarır. Onun da yaxşısı pisi olur. Yaxşısı daha dadlı olur. Bir de satışda var xüsusi, tərkibine çiçek de qatırlar. Jasmin filan. O da yaxşıdır.
Ayrıca paketdə qablaşdırılmış cökə çayı yəni ıhlamur da çox yaxşıdır və fatdalıdır.
Men yumurtano vox sevir
Salam xanım🙋🏽♀️. Sizə Tam rəsmi, sərmayəsiz və risksiz olan bir işə dəvət edirəm. Gəlir artandır💵, pul kartla 💳 verilir. İş onlinə sənədləşmə ilə aparılır. WhatsApp:0557158874
Əlbətdə bal xeyirlidir
Amma çox bahadı almaq olmur
Bəli nə qədər.bacarırdı pomidor yeyin.çox faydalıdər
👍👍👍👍♥️
Bu qidalar faydalidir. Amma insanin omru ne vaxt bitecek o yazilib artiq. Deyirsiz sud mehsulu omru uzadir. Bu cumle imanin $erti olan qedere iman meselesine ziddir. Te$ekkurler.
Pulumuz varki alaqda evdə qal pulsuz qal ac qal devizimiz bu il budu 2020🐀
Ela
Salam xanım🙋🏽♀️. Sizə Tam rəsmi, sərmayəsiz və risksiz olan bir işə dəvət edirəm. Gəlir artandır💵, pul kartla 💳 verilir. İş onlinə sənədləşmə ilə aparılır. WhatsApp:0557158874
Biri deyir pamidor ziyandır biri deyir xeyirdi
demədi demə.. mənim qaraciyarım xəsdədi rica edirəm mənə buların hansı olmaz Təşəkkülər mümkünsə cavab yaxın
Her gün bir gaşıg ac garına dehmez ic. Spiritli icki geti olmaz. İnternetde Özünda baxa bilersenki.
Allah şəfanızı versin. eger sigaret çekirsizse içki içirsizse derhal imtina edin.birdeki gozun lepelerinin arasındaki gabığ dan demleyib için. Çox xeyiri olur.
@@qorxmaza2625 Sigaretin gara ciyere yox ağ ciyere tesiri Büyükdü. Albette çekmemek daha yaxşı olardı. Allah bütün xestelere şefa versin.
Çox sagolun me lumatlar gore. Amma sadaladiglarinizin keyfiyyeti bele yoxdu
Hamlsl adaml kokeldir !!
Rayon.yerlerinde.yawayan.insanlar.zehmetcekse.evde.herweyl.olar.
Bahadur mellim biri deyirki sud mesulu yumurta insana ziyandi biride deyirki xeyirdi neyliyik indi
Sen bela elada,bir gün ye bir gün yeme.))) Bu dünya kime galıbki bizede galsın. O gün gelende hamımız İnşallah orda☝görüşeceyik.
Yawil cayi ceki wekilinde almiwam, saxlama mudeti olur , ya bele deyek dee, sroksuz olur?
HANSİ PULLA ALAQ BU ƏRZAQLARİ .130 MAN PENSİYA ALİRİQ.KAMUNALLARİ CATDİRAQ OLMUR HƏMƏN İŞIQİ QAZİ SUYU KƏSİRLƏR
Indi balig adini cekme hesretiy baliga cunki yoxdur
layki baxannan sonra eliyiller.evvelceden yox
Vallah her gun baliq yeyirem hec bir xeyirini gormemiwem
Çünki , Palma yağlarıyla bişirb yeyirsiz.
@@azadazrbaycan9085 Amma men tebii yaqlar yeyirem
@@elcinmustafayem2777 göl balığıdır yəqin. Dəniz balıqları ye
@@azadazrbaycan9085 Men qizam senen mezelenmek xowuma gelir
kanalımıza dəvətlisiniz
Öd kisəsində daş olanlara yumurta yemək məsləhət deyil.
Salam polip var mende öde yumrtaolar olmaz
Yaxşı balıq yemək lazımdır. Hormonla böyüdülən ferma balığı yox.
LAYKUYU
Şəkər xəstələrinə bal olmaz.
Yoxdu axl yeyek olsaydl pis olmazdl
Gulare xanim salam icazenizle size is teklifim var😊🌹
Hey
Salam əleykum dostlar
Elvinə dəstək olaq. Elvinə Azadlıq. Azadlıq
Qaqa bəs bu corona virusundan bizi qoruyacaq???????
Caamat qırılır eyy.
Ud-hindi gəbul etmək lazımdır, immuniteti artırır.Tüstüsü evin havasını virusdan qoruyur
MAARİFLƏNDİRDİYİNİZ ÜÇÜN TƏŞƏKÜR EDİRİK,ÇOX SAĞ OLUN. ALLAH SİZDƏN RAZI OLSUN.
Aй гардаш яхшыдыр.анчаг бу Азербайджанда 30 фаиз адам йейа билар.яхшы олар дейасан Балыгы ийласак хейри олар бирдаки а бала Миллат гара чай тапмыр сан hала кой чайдан данышырсан
Evvel goster sonra layk iste belke layka layiq deyil.
😅
Bazarda
cell
Y
Ne yeyirikse oyuq nedi day amk. Ic ruhu 1 cu siradadi. Iter dunyadaki butun mineral . zengin qidalari ye.bir strese xerceng ol skhsjshsjsh
Tynqyou