Meta Trader 4 Ümumi Qısa Tanıtım - InvestAZ Tədris Videoları

Поделиться
HTML-код
  • Опубликовано: 23 фев 2016
  • MetaTreyder 4 Ticarət terminalı 4 əsas pəncərədən ibarətdir. Bazarı Müşahidə Pəncərəsi, Qrafiklər Pəncərəsi, Terminal Pəncərəsi və Naviqator pəncərəsi.
    Bazarı Müşahidə Pəncərəsi terminalın sol tərəfində yerləşir və maliyyə alətlərinin simvollarını, alış-satış qiymətərini anlıq olaraq görməyinizə imkan yaradır. Bazar Müşahidə Pəncərəsində yatırım etmək istədiyiniz maliyyə alətinin üzərinə 2 dəfə klik etməklə, açılan pəncərədə, əməliyyat həcmini və ticarət növünü seçərək alış və ya satış əməliyyatı icra edə bilərsiniz.
    "Qrafiklər Pəncərəsi" vasitəsilə istədiyiniz zaman dilimində, müxtəlif qrafik növlərini istifadə edərək analiz edə bilərsiniz. Köməkçi çubuğunun üzərində olan qrafik növlərinə klik edərək arzuladığınız qrafik növünü seçə, zaman simvolları ilə qrafik periodu dəqiqədən başlayaraq aylıq perioda qədər tənzimləyə bilərsiniz.
    Terminal pəncərəsi isə qrafik pəncərəsinin altında yerləşir. Bu pəncərə açıq və bağlı əməliyyatlarınıza aid olan məlumatları ətraflı olaraq incələməyinizə imkan verir. Terminal pəncərəsinin Trade bölümündə açıq əməliyyatlarınızın mənfəət/zərər vəziyyətini, majinal səviyyəsini və sərbəst vəsaitlərinizin miqdarını görə bilərsiniz. Bundan əlavə Siz bu bölmədə hesab tarixçənizi istədiyiniz zaman periodlarında incələməklə yanaşı, NEWs bölməsi vasitəsilə maliyyə bazarında baş verən önəmli xəbərləri izləyə bilərsiniz.
    Naviqator pəncərəsi bazar müşahidə pəncərəsinin altında yerləşir və texniki göstəricilərə girişinizi təmin edir. İstədiyiniz texniki göstəricinin üzərinə sağ klik edərək açılan pəncərədə seçdiyiniz özəllikləri dartaraq qrafik ekranına gətirə bilərsiniz. Əlavə olaraq Expert Adviser məsləhətçisindən də istifadə edə bilərsiniz.

Комментарии •