Üfunət qoxulu cəsədlərin arasıyla qaçış, İsrail tankları - BBC kameramanının Qəzza hekayəsi.

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2023
  • Diqqət! Sarsıdıcı görüntülər var.
    Cəhənnəmdən qaçış - uşaqlarımla birlikdə üfunət qoxuyan cəsədlərin arasıyla yeridik
    İsrailin Qəzzanı bombalamağa başlamasından bir neçə həftə sonra, Cehad Əl-Məşravi gənc ailəsi ilə birlikdə Qəzzanın şimalındakı evini tərk edib. BBC Ərəbcə xidmətinin operatoru şəhərin cənubuna doğru gedən zaman özünün, həyat yoldaşının və uşaqlarının canlı şahidi olduğu şok hadisələri bölüşür.
    DİQQƏT: Bu hekayədə yer alan təsvir və görüntülər sarsıdıcı ola bilər
    Təlaş içində evi tərk etdik. Çörək bişirirdik və birdən qarşımızdakı evlərin bir-bir bombalandığını gördük. Bilirdim ki, tezliklə növbə bizə çatacaq. Əslində əvvəlcədən hər şeyi hazırlayıb, çantalara yığımışdıq, lakin hər şey bir anda elə dəyişdi ki, onları özümüzlə götürməyi unutduq. Heç evin giriş qapısını belə bağlamadıq.
    Əl-Zeytun yaşayış məntəqəsində valideynlərimin illərlə yığdıqları sayəsində tikdiyimiz evi tərk etmək istəmirdik, ona görə də bir az gözləməli olduq, lakin sonda getməyə qərar verdik. Körpə oğlum Ömər 2012-ci ilin noyabrında İsrail və Həmas arasında baş verən digər müharibə zamanı evimizə dəyən qəlpə nəticəsində öldü. Digər övladlarımı da itirməyə risk edə bilməzdim.
    Bilirdim ki, şəhərin cənubunda elektrik enerjisi, içməyə su yoxdur və insanlar tualetdən istifadə etmək üçün saatlarla növbə gözləyirlər. Lakin sonda bir şüşə su və bir neçə çörək qırıntısı da götürüb, hər kəs kimi biz də Salah Əl-Din yolu ilə İsrailin təhlükəsiz elan etdiyi cənuba doğru təhlükəli səyahətə qoşulduq.
    Daha sonra onun başına nələr gəldi? Videoda izləyin. Diqqət! sarsıdıcıdır!
    BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. bbc.co.uk/azeri
    Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın:
    Facebook: / bbcnewsazeri
    Tiktok / bbcnewsazeri
    Instagram: / bbcazeri
    Twitter: / bbcazeri
    RUclips səhifəmizdə olan digər videoları da izləyin.
    Azərbaycan da bu gün
    • Azərbaycanda bu gün
    Qarabağ münaqişəsi
    • Qarabağ münaqişəsi
    Dünyada bugün
    • Dünyada bugün
    Bölgələrdən
    • Bölgələrdən
    Qadınlar, sizin üçün
    • Qadınlar, sizin üçün
    1 dəqiqəlik videolar
    • 1 dəqiqəlik videolar
    Müsahibələr - Sizin səsiniz
    • Müsahibələr - Sizin Sə...
    Azərbaycanlılar Britaniyada
    • Azərbaycanlılar Britan...
    Niyə, nə üçün - izahedici videolar
    • Nə və niyə?
    Gənclər sizin üçün
    • Gənclər, sizin üçün
    Sosial problemlər
    • Sosial problemlər

Комментарии • 5

  • @WildTech2028
    @WildTech2028 4 месяца назад +15

    Belə videoları bizim mediaların hamısı paylaşsa yaxşı olardı,Artıq İnsanlar kimin Haqlı və kimin Zalım tərəf olduğunu dərk edərdilər.Sözsüz ki,Dünyada olduğu kimi bizim də xainlərimiz vicdansızlarımız var ki,Hansı ki İtraili hələ də dəstəkləyirlər.Ermənilər də israili dəstəkləyir bizdəki vicdansızlarda xainlərdə israili dəstəkləyir.Allah Fələstin Xalqını Qorusun,İtrail dövlətini trolları ilə birlikdə yer üzündən silsin.Amin

  • @soversennosecretnoss9673
    @soversennosecretnoss9673 4 месяца назад

    😔😔😔😔😔😪😪😪

  • @xqanixudiyev636
    @xqanixudiyev636 4 месяца назад +7

    Məhv olsun sionist rejim.

  • @qaraqarga5316
    @qaraqarga5316 4 месяца назад +6

    Qəzza İranın, HAMASın köməyi ilə yox edilir. Kimsə İranla HAMASı qınamaq istəmir.