Sevinc Vaqifqızı - Nərgiz mükafatı 2023-ün qalibi AbzasMedia-nın həbsdə olan baş redaktorudur

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2023
  • Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafatın builki qalibi, Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı oldu. Özü həbsdə olduğu üçün mükafat anası Ofeliya Məhərrəmovaya təqdim edilib.
    Nərgiz mükafatının komitə üzvü Nigar Yaqublu deyir ki, bu il mükafata namizədlər arasında seçim etmək çətin olub.
    Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı bu ilin noyabr ayında xarici səfərdən ölkəyə qayıdarkən hava limanında saxlanılıb və onun barəsində qaçaqmalçılıq ittihamı ilə 4 aya yaxın həbs-qətimkan tədbiri seçilib. Ondan az əvvəl saytın direktoru Ülvi Həsənli eyni ittihamla həbs olunmuşdu.
    Sevinc Vaqifıqzı və Ülvü Həsənli onlara verilən ittihamı qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
    Azərbaycan hakimiyyəti ölkədə media azadlığına qarşı hər hansı təhdidin və hər hansı siyasi təqibin olmadığını bəyan edir.
    Nərgiz mükafatı 2015-ci ildən bəri hər il Azərbaycanın demokratikləşməsi naminə mübarizə aparan şəxslərə verilir. Nərgiz Yaqublu həmin ilin aprelində xəstəlikdən vəfat edib.
    Videonu BBC News Azərbaycanca üçün jurnalist Şəhla Kərim çəkib.
    BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. bbc.co.uk/azeri
    Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın:
    Facebook: / bbcnewsazeri
    Tiktok / bbcnewsazeri
    Instagram: / bbcazeri
    Twitter: / bbcazeri
    RUclips səhifəmizdə olan digər videoları da izləyin.
    Azərbaycan da bu gün
    • Azərbaycanda bu gün
    Qarabağ münaqişəsi
    • Qarabağ münaqişəsi
    Dünyada bugün
    • Dünyada bugün
    Bölgələrdən
    • Bölgələrdən
    Qadınlar, sizin üçün
    • Qadınlar, sizin üçün
    1 dəqiqəlik videolar
    • 1 dəqiqəlik videolar
    Müsahibələr - Sizin səsiniz
    • Müsahibələr - Sizin Sə...
    Azərbaycanlılar Britaniyada
    • Azərbaycanlılar Britan...
    Niyə, nə üçün - izahedici videolar
    • Nə və niyə?
    Gənclər sizin üçün
    • Gənclər, sizin üçün
    Sosial problemlər
    • Sosial problemlər

Комментарии •