84 min işçisi olan şirkətin iflası || Bu uğursuzluqdan nələr öyrənə bilərik?

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Heç düşünmüsünüz ki, bir şirkətin vaxtı ilə verdiyi kiçik qərarlar həmin müəssisənin gələcəkdəki mövqeyinə necə böyük təsirlər edə bilər? Bir zamanların ən böyük şirkətlərindən olan BlockBuster da vaxtı ilə verilən bir sıra səhv qərarların qurbanı olmuşdu. BlockBuster-ın iflasına gətirən səbəblərdən əvvəl, gəlin, şirkətlə daha yaxından tanış olaq. BlockBuster 1985-ci ildə David Cook tərəfindən qurulmuş, film, video oyun kaset və DVD-lərinin icarəsi ilə məşğul olan ,eyni zamanda dövrünün ən nəhəng, ən uğurlu şirkəktlərindən biri idi. Xüsusilə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində ən parlaq dövrünü keçirən şirkət 2004-cü ildən sonra şiddətli düşüş yaşamağa başladı. 2004-cü ildə 25 fərqli ölkədə 9 000-dən çox mağazaya , 84 000-dən çox işçiyə və 6 milyard dollara yaxın dəyərə sahib olan bu nəhəng şirkətin ən son 2019-cu ildə əldə edilən məlumata görə sadəcə 1 mağazası və 3 işçisi var. Bəs BlockBuster-ı iflasa gətirib çıxaran səbəblər nələr idi?
    Kontent Müəllifi: Elvin Zeynalov
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Ülkər Axundova
    Layihə Meneceri : Kamran Tağıyev

Комментарии • 18