Hamilə qadınlar DİQQƏT! Sidikdə zülal olması BUNDAN xəbər verir

Поделиться
HTML-код
  • Опубликовано: 30 май 2019
  • Facebook: / uzm.dr.resad. .
    İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
    Tel: +994 51 717 55 15
    Hamiləlik zamanı sidiyin analizi çox vacib analizlərdən biri sayılır və müntəzəm olaraq hamiləliyin əvvəlindən axırına kimi verilir.
    Analiz verdikdən 1 gün əvvəl duzlu, kəskin və həmçinin zülallarla zəngin olan qidaları (ət, yumurta və s.) qəbul etmək, güclü fiziki və psixoloji yüklənmələrə məruz qalmaq olmaz ki, bu analizin nəticələrinə təsir etməsin.
    Sidik sübh tezdən (birinci sidik) steril qaba yığılmalıdır. Sidiyi yığdıqdan əvvəl qadın yaxşı yuyunmalıdır ki, sisiyə uşaqlıq yolundan və anusdan mikroblar düşmısin. Qaba "orta" sidik yığılır. Bu nə deməkdir? Əvvəl qadın ilk 3 saniyə ərzində sidiyi unitaza ifraz etməlidir və sonra isə orta sidiyi qaba yığmalıdır. Sidik tez bir zamanda (yığdıqdan sonra 2 saat ərzində) laboratoriya çatdırılmalıdır. Bütün sadaladığımız qaydalara dəqiq riayət etmək lazımdır ki, analizin nəticələri maksimal dəqiq olsun.
    Analiz zamanı sidikdə zülalın olub-olmamasına xüsusi diqqət yetirilir. Normada hamilə qadının sidiyində zülal olmamalıdır. Lakin zülalın çox cüzi miqdarda olması da (0,14 q/l) həkimlər tərəfindən normanın variantı kimi qəbul olunur və təhlükəli sayılmır. Məsələ burasındadır ki, hamiləlik zamanı qadının böyrəkləri, bir çox digər orqan və sistemlər kimi, güclü yüklənmələrə məruz qalır. Qadının böyrəkləri həm onun özünün, həm də dölün orqanizmlərində əmələ gələn parçalanma məhsullarını, toksinləri və digər zərərli maddələri orqanizmdən xaric etməli olur.
    Bəzi hallarda hamilə qadının böyrəkləri bu yüklənmələrə tab gətirməyə bilər. Nəticədə qadının sidik analizində zülalın kəskin artması aşkar olunur. Bu hal tibbdə "proteinuriya" adlandırılır. Hamilə qadının sidiyində zülalın artması müşahidə olunduqda, ona təkrar sidik analizləri təyin olunur. Bunun nəticəsində zülalın artmasının dinamikasını izləmək, onun daim və ya "birdəfəlik" artmasını təyin etmək mümkün olur. Hamilə qadının sidiyində zülalın artması həqiqətən "birdəfəlik" xarakter daşıya bilər. Bu güclü psixoloji stress, fiziki gərginlik, bəzi dərmanların qəbulu və ya tərkibində çoxlu miqdarda zülal olan qidaların qəbulundan sonra mümkündür. Zülalın belə "birdəfəlik" artması isə, təbii ki, qadının səhhəti və hamiləliyin gedişatı üçün heç bir təhlükə yaratmır və müalicə tələb etmir.

Комментарии • 72

  • @ElizadeHumbet
    @ElizadeHumbet 2 месяца назад

    Cox sagolun hekim

  • @faridasgarov2705
    @faridasgarov2705 3 года назад +2

    Salam hekim..hamilelikde xolesterinin miqdarini artmasi ucun ne dye bilersiz

  • @psixoloq_guneltalehqz8278
    @psixoloq_guneltalehqz8278 3 года назад +1

    Doktor bes leykositin pozitiv cixmasi tehlukelidirmi ?

  • @ceyraneliyeva3583
    @ceyraneliyeva3583 3 года назад +2

    Salam doktor men 7aylıq hamileyem böyreklerim de deyilene göreiltihab var.bu qorxuludurmu.

  • @mehsetimayilova7517
    @mehsetimayilova7517 5 лет назад +8

    Salam. Hamiləlik olmadan zülalın fəsadları olur?

  • @Niyetquliyev62
    @Niyetquliyev62 Год назад +1

    Mənim hamiləliyimin ilk ayında zülal izi çıxmışdı🥺sonra 4 ayında inkişafdan qaldı və abort olundum.Mən neyniyimki zülalım çıxmasın.Elə də yeyib içən də deyiləm hərşeydən yeyə bilmirəm ama yenədə zülalım olur

  • @aytekinqasimova1258
    @aytekinqasimova1258 Год назад +3

    Hamilə olduqda sidiyin rəngi açıq olur ag rəng su kimi yoxsa tünd olur ?

  • @user-iz8fq8vh9d
    @user-iz8fq8vh9d 9 месяцев назад

    Salam men sizi anlaya bilmedim.men28 heftelik hamileyem.zulalim var .cox pis oluram.tezyiqim qalxir ureyim bulanir.sizde deyirsiz ki.qorxulu deyil.

  • @nrgizsfrova9846
    @nrgizsfrova9846 2 года назад +1

    Salam həkim.Məndə birinci uşaqda hamiləlik ikinci yarısında preqlamsiya baş verdi.Keseriyye əməliyyat olundum 8ayliq uşaq dünyaya gəldi.İkinci uşaqda bu problemlə qarşılaşa bilərəm?8-həftəlik hamiləlik var.

    • @mrs_sayeva
      @mrs_sayeva 2 года назад

      Sizdə hansı əlamətlər vardı xahiş cavablandırardız

    • @nrgizsfrova9846
      @nrgizsfrova9846 Год назад

      @@mrs_sayeva Hal hazırda hərşey qaydasında gedir.Məndə problem axırıncı aylarda baş verir.Bu arada Hamiləlik 7-ayinda Hepatit b virusuna yoluxdum.Ən böyük problemim budur əslində.Diqqətiniz üçün öncədən təşəkkürlər!

  • @huseynhuseyn9358
    @huseynhuseyn9358 4 года назад +14

    kanal aciblar amma cvb yazmaga canlari cixir ne werh bolmesini aciq qoyun nede verilen suallari cavabsiz yaxsi deyil axi insanlar size sual verir

  • @eminabbasov8673
    @eminabbasov8673 4 года назад +4

    Salam hekim men 12 hefdelik hamileyem 1 hefdedir ki ayaqimda az biqdarda wiwkinlik val sidiy analizimde zulal cixdi qorxulu ola bilermi

  • @heqiqetibrahimova6642
    @heqiqetibrahimova6642 5 лет назад +2

    follikulum gec yetisir ne edim goren? evvel 30 gunden sora aybasi olurdum sonraysa 25 oldu bu neden xeber verir? goren ne istifade edimki hamile qalim?

    • @djdhsdjsjdj8692
      @djdhsdjsjdj8692 4 года назад +1

      Bir hefde sogan suyu ic bir bas sogani bir stekan suya tok qaynat seher axsam ic yemekden evel qalacagsan hamile

    • @feridnesirli9677
      @feridnesirli9677 4 года назад

      Salam həkim əlaqə nömrənizi yazın çox xahiş

    • @feridnesirli9677
      @feridnesirli9677 4 года назад

      Zülal ilk aylarda0. 33 çıxması qorxuludur ? təzyiqdə normadan yüksəkdir

  • @Azeordu024
    @Azeordu024 3 года назад +2

    Hekim salam men 6 ayliq hamileyem el ayaqlarda şişme olur . sidiy analizimde zulal cixmadi ne edim zehmet olmasa deyerdiz.

  • @narinelekberova5479
    @narinelekberova5479 3 года назад +1

    Hekim rubella Lg hakkinda danisa bilersiz xais

  • @ilahemehreliyeva9045
    @ilahemehreliyeva9045 4 года назад +2

    Salam men 5 ayliq hamileyem dunen uzide oldum dediler uwaqda infeksiya var bu ne demeydi uwaqi telef etmey lazimdi?ya nece

  • @ayselsirinova7774
    @ayselsirinova7774 Год назад

    Salam həkim 5 ay yarım hamiləyəm altdan çox ağrılarım oldu sidiyə gedəndə azca qan gəlir analiz verdim zülal çox çıxdı həkim malicə yazdı qorxulu bir olaar uşağa ???

    • @emilqurbanov6285
      @emilqurbanov6285 Год назад

      Slaam xanim siz indi necesiz usaga nese ziyani olmadiki mende hamileem 30cixib zulalim cox qorxuram

  • @rvanhuseyineliyev2686
    @rvanhuseyineliyev2686 5 лет назад +8

    salam axşamız xeyir menim de zülalim var hamileliyun ikinci dönemindeyem 0.15 gösterir bu qorxuludu birde men nece qidalanmalıyam zehmet olmasa yazardız😊

    • @user-yb4td1bm4v
      @user-yb4td1bm4v 10 месяцев назад +1

      Salam mendede 015 cixib sizde nece oldu?zehmet olmasa diyerdiz

    • @AyselNasib
      @AyselNasib 3 месяца назад +1

      Salam mende 0.33 cixib sizde necə oldu

    • @Qebele_2023
      @Qebele_2023 Месяц назад

      ​@@AyselNasibnecə olduz?məndədə 35çıxıb😢

    • @Ysnnsuemeime
      @Ysnnsuemeime Месяц назад

      Mendede 15 cixib bu gün bilmirem ne ed

  • @dmirbydmirbyli6968
    @dmirbydmirbyli6968 4 года назад +5

    Salam doktor, mən sidiyimi 2 saat yarımdan sonra analiz verdim, məndə zülalın izi çıxdı, bu çoxmu təhlükəlidi?

    • @dmirbydmirbyli6968
      @dmirbydmirbyli6968 4 года назад +1

      @@frensesh izi çıxmasına görə müalicə götürmədim, ama pəhrizimi güclü saxlayıram, yumurta yeməyin, pendir də, şor, qatıq, dovğa, süzmə yeyin, şoru stolun üstə saxlayın ara bir gedib gəlib yeyin, mən elə edirəm, birdəki qəbiz olmursunuz ki? Oda zülal əmələ gətirir.

    • @dmirbydmirbyli6968
      @dmirbydmirbyli6968 4 года назад +1

      @@frensesh xeyir çoxda təhlükəli deyil, ama artmasın, ehtiyatlı olun

  • @resul.qurbanov8196
    @resul.qurbanov8196 5 лет назад +1

    Bu.sual.düzdü.

  • @resul.qurbanov8196
    @resul.qurbanov8196 5 лет назад +1

    Mənimde zülalın.var be hamle qalmasın yoları nedi

  • @djdhsdjsjdj8692
    @djdhsdjsjdj8692 4 года назад +6

    Duzdu 24heftelik hamile idim preamksiya di dediler hekimler zulalim 100 de 100idi usagi keserya ile gotrduler😓😓

    • @sevincusubova1527
      @sevincusubova1527 4 года назад

      Salam Allah köməy olsun məndə haniləyəm 25 həftəlik. Bəs uşaq necə oldu?

    • @djdhsdjsjdj8692
      @djdhsdjsjdj8692 4 года назад +1

      @@sevincusubova1527 Allekum selam...usaga menden zeherleme kecmsdi durmadi 😓😓iki qizim var inara min sukur ALLAH sizde dardan sag salamat qutarsin insallah butn hamile qadinlarmza Allah komey olsun saglam korpelervzi quzagvza alin INSALLAH

    • @sevincusubova1527
      @sevincusubova1527 4 года назад

      @@djdhsdjsjdj8692 can . Çox sağol canım məndə 1ci uşaqda 9 ayında cift ayrılması oldu 😟😓 keyseriyə ilə götürdülər indi 6 aylıq hamiləyəm İnşallah sağ salamat bu balamı alaram qucağıma

    • @djdhsdjsjdj8692
      @djdhsdjsjdj8692 4 года назад

      @@sevincusubova1527 INSALLAH sag salamat Qucagvza alin...

    • @VV-lc9pt
      @VV-lc9pt 3 года назад

      @@djdhsdjsjdj8692 sizinki zülaldan oldumu

  • @wirinmemmedli4311
    @wirinmemmedli4311 5 лет назад +2

    Miyomanin mualicesi varmi?

  • @user-xf3xk8cg5z
    @user-xf3xk8cg5z 4 месяца назад

    25 heftrlik hamileyem mende 0.5 çıxıb zülal amma narmativ 0.15 gösterir hekimde müalice yazdı anlamadım narmativi keçmiyibse zülal sayilir ya qalxma olmasin drye mualice edir

    • @eminkazmov3535
      @eminkazmov3535 3 месяца назад

      0.5 böyükdür 0.15 dən çünki 0.15 0.1 deməkdi ama sizdə 0.5 çıxıb uje

  • @PehlivanSadqov
    @PehlivanSadqov 25 дней назад

    Nden qalxir

  • @asifmemmedov9183
    @asifmemmedov9183 7 месяцев назад

    Salam men alti ayliq hamleyem mende zulal 0,66cixdi .Bu qorxuludurmu?

  • @MusaAyxan-gj6yk
    @MusaAyxan-gj6yk Год назад +1

    31 heftelik hamileyem 0.99 zulal var qorxuludu?

  • @GulAyazova
    @GulAyazova 11 месяцев назад +2

    Doxdur men 13 heftelik hamileyem 0.33 fayiz zulalim var hec bir sey olmaz ki😢

    • @nicatsamir2609
      @nicatsamir2609 9 месяцев назад +1

      Salam bacı məndə bugün analiz verdim 0.33 zülal çıxdı həkim müalicə yazdı😢

    • @user.sh.0513
      @user.sh.0513 6 месяцев назад

      Salam necə oldu müalicənin sonu? Məndədə 33 çıxıb maraqlıdı​@@nicatsamir2609

    • @Qebele_2023
      @Qebele_2023 Месяц назад

      ​@@nicatsamir2609necə olduz

  • @malikakahayeva6393
    @malikakahayeva6393 3 года назад +3

    35 heftelik hamileyem zulal var böbreklerim agriyir

  • @liyevbeyrekliyev438
    @liyevbeyrekliyev438 5 лет назад +9

    Salam men 7aylıq hamilyem tez tez zülalım qalxır ne edim

    • @resadisgenderov1668
      @resadisgenderov1668 4 года назад

      mende də heledi cavab yazin

    • @re_babyaa1355
      @re_babyaa1355 4 года назад

      Çay alin için mənim də var 😔

    • @VV-lc9pt
      @VV-lc9pt 3 года назад

      @@re_babyaa1355 salam məndə hamiləyəm zülalın çıxıb

    • @aqilmemmedov5567
      @aqilmemmedov5567 3 года назад

      @@VV-lc9pt nese müalice aldiniz?

    • @Z13.
      @Z13. 3 года назад

      @@re_babyaa1355 hansi çay zehmet.olmasa deyerdiz

  • @user-vc3qx7xx6l
    @user-vc3qx7xx6l 4 года назад +4

    Salam mende 5 ayliq hamileyem zülalim var 0.33gösterir bunun ziyani var

    • @huseynhuseyn9358
      @huseynhuseyn9358 4 года назад +2

      en normal zulaldir sizde baci. hamilelikde zulal pis weydi mende usagim 5zulalla 35ci heftemde doguldu sukr yaxsuluqdur amma uzaq olsun ole bilerdim.usaqda mende
      her bir insan orqanizminde zulal eyju ile sizin kimi 0.33 olmalidir ve sizde normaldir sukr

    • @user-vc3qx7xx6l
      @user-vc3qx7xx6l 4 года назад

      Tşk

    • @user-vc3qx7xx6l
      @user-vc3qx7xx6l 4 года назад

      @@huseynhuseyn9358 çox sağolun

    • @player-mv4pr
      @player-mv4pr 4 года назад

      Salam Məndə 0.132 ziyanı ola bilər?

    • @faridasgarov2705
      @faridasgarov2705 3 года назад

      Mendede 0.33 gostermisdi

  • @rewadkerimli3974
    @rewadkerimli3974 2 года назад

    Bo