Hamilə qadınlarda əl və ayaqların şişməsi - Nə etmək lazımdır?

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2019
  • Facebook: Uzman Dr. Rəşad Sultan
    İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
    Tel: +994 51 717 55 15
    Hamiləlik toksikozu mayalanmış yumurta hüceyrənin inkşafı ilə əlaqədar meydana çıxan və çoxlu simtomlarla xarakterizə olunan xəstəlik sayılır.Bu simptomlardan tez -tez və qabarıq şəkildə meydana çıxanlar:MSS-i pozğunluqları, qan-damar və maddələr mübadiləsi pozğunluqlarıdır.Baş vermə vaxtına və klinik əlamətlərinə görə toksikoz iki qrupa bölünür:erkən toksikoz (qusma,hipersalivasiya(və ya ptializm),dermatoz) və gecikmiş toksikoz(hidrops, nefropatiya,preeklampsiya və Eklampsiya) Xüsusi qrupa nadir forma toksikozlar-hepatopatiya(toksiki),sarılıq,qaraciyərin kəskin distrofiyası,hamiləlik tetaniyası,xoreya,osteomalasiya,atropatiya aiddir. Erkən hestoz adətən bədənin susuzlaşması,gecikmiş hestoz isə toxumalarda həddən artıq mayenin toplanması ilə xarakterizə olunur. Erkən toksikozlar.Buna bəzən"hamiləliyin I yarısının toksikozu" da deyilir.Hamiləliyin 1-3 aylarında meydana çıxır.Bu qrup patalogiyalara hamiləliyin ilk aylarında baş verən qusmalar və hipersalivasiya(ptializm) aiddir.Erkən hestozların baş vermə səbəbini həcmcə böyüməkdə olan uşaqlığın reseptorlarından gələn həddən artıq çox saylı impulslarla vegetativ sinr sisteminin(qabıqaltı nüvələrin ,xüsusilə də retikulyar formasiya)qıcıqlanması ilə izah edilir.( "neyro-reflektor nəzəriyyə")Sinir sistemində meydana çıxan bu dəyişiliklərə görə hamiləliklə əlaqədar orqanizmdə adaptasiya (uyğunlaşma)prossesləri baş verə bilmir,bütun bunlar isə erkən hestozların inkşaf etməsinə gətirib çıxarır. Həmçinin hamiləlik toksikozunun yaranmasına səbəb olan faktorlara mədə-bağırsaq traktının xroniki xəstəlikləri, genital hipoplaziya,astenik sindrom,uşaqlığın reseptor funksiyasının pozulması və.s. aiddir. Hamiləlik qusmaları.Patogenezində əsas rolu MSS-nin funksional vəziyyətinin pozğunluqları oynayır.Hamiləlik qusmalarının yüngül,orta ağırlıqda və ağır formaları ayırd edilir.Xəstəliyin ağırlığı su-duz mübadiləsinin, karbohidrat və yağ mübadiləsinin, qələvi-turşu və vitamin mübadiləsinin , daxili sekresiya vəzilərin funksiyası pozğunluqları ilə əlaqədardır. Yüngül qusmalara gün ərzində bir necə dəfə, xüsusilə qida qəbulundan sonra və səhərlər ac qarnına meydana çıxır.Xəstələrin ümumi halında demək olar ki, nəzərə çarpan dəyişiklik olmur.Arterial təzyiq stabil deyil, nəbz bir qədər tezləşib(dəqiqədə 90 vurğu), qadının bədən çəkisi dəyişmir, tempratur, diurez normaldır. Orta dərəcəli qusma sutkada 10 dəfəyə qədər və daha çox olur.Arterial təzyiq aşağı düşür, nəbz dəqiqədə 100-110 vurğu olur, subfebril tempratur, dəridə quruluq olur, karbohidrat-yağ, su-duz və elektrolit mübadiləsi pozulur, diurez azalır.Bu mərhələdə davamlı müalicə aparmaq lazımdır, müalicə nəticəsiz olduqda həddən artıq qusma inkşaf edir. Bu zaman temperatur 38'-ə dək yüksəlir, taxikardiya (120"və daha çox), hipotenziya, tez bir zamanda kaxeksiya meydana çıxır, dəri və görünən selikli qişaların rəngi solğunlaşır, ağızdan aseton iyi gəlir, diurez azalır, sidikdə-zülal, sildiruriya, asetonuriya olur. Yüngül dərəcəli qusmalar MSS-də funksional dəyişiliklərin,yəni nevrozun əlaməti kimi,orta dərəcəli qusmalar intoksikasiyanın əlaməti,ağır dərəcəli qusmalar isə distrofik dəyişikliklərin əlaməti kimi meydana çıxır.Klinik cəhətdən ağır dərəcəli qusmalar orqanizm üçün daha böyük təhlükə təşkil edir. Müalicə.Hamiləlik qusmalarında kompleks müalicənin məqsədi MSS-də oyanma və tormozlanma prosseslərinin pozulmasını normallaşdırmaq,endokrin pozğunluqların korreksiyası və mübadilə prosseslərinin (su-elektrolit və vitamin balansı) və yanaşı gedən xəstəliklərin müalicəsidir.Qusmadan əziyyət çəkən hamilələr hospitallaşdırılmalıdır.Xəstəxana personalının xəstələrə diqqəti mühüm rol oynayır, xəstələrə tam sakitlik verilməli, rahat yuxu, düzgün qidalanma rejimi təyin edilməlidir(kalorili,vitaminli qidalar az-az porsiyalarla 2-3 saatdan bir). MSS-nin funksiyasının normallaşdırılması üçün elektroyuxu və elektroanelqeziyadan da istifadə edilir.Elektrodlar frontomastoidal qoyulur.proseduranin müddəti 60-90 dəq,müalicə kursu 6-8 seansdır.Qusma əleyhinə dərman preparatlarından geniş istifadə edilir. Bunlara etaperazin,torekan,droperidol,serukal və.s Etaperazin aminazinin 10 dəfə artırılmış formasıdır.Bu preparat 10 gün gündə 3-4 dəfə daxilə 0,002q qəbul edilir.Əks göstəriş qaraciyər,böyrək vəqanyaradıcı orqanların funksiyasının pozulmalarıdır. Torekan 1ml əzələ daxilinə, şam və draje halında(6,5mq)isə gündə 2-3 dəfə təyin edilir.Müalicə kursu 10-20 gündür. Qusma əleyhinə effektiv təsir göstərən preparatlardan biri də droperidoldur.Bu preparatın sakitləşdirici təsiri də var.Preparat xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq gündə 1-3 dəfə 1ml əzələ daxilinə yeridilir.Terapevtik effekti 10-15 dəq sonra başlayır.Müalicə kursu 5-7 gün-ür.Droperidol ürək-damar dekompensasiyasında, ekstrapiramid pozğunluqlarda əks-göstərişdir.

Комментарии • 70

  • @gunelmcidova4684
    @gunelmcidova4684 9 месяцев назад +1

    Ətraflı məlumat üçün təşəkkürlər

  • @jalerehimli08
    @jalerehimli08 2 года назад +1

    Cox sagolun hekim!

  • @senuber6118
    @senuber6118 Год назад +1

    Salam hekim sizin videolara hemşe baxıram çoxsağol ki,bizi yaxşı başa salırsız.

  • @nunusibrahimova4847
    @nunusibrahimova4847 5 лет назад +6

    Salam hekim men 36 hefte4 gunluk hamileyem son 3-4 hefte olarki ayaqlarimin ustunde ve ayaq ve el barmaqlarimda sisme olur. Ayaq damarlarim cixib qanim 48%idi.teziqimde asagi idi son muane zamani.indi boreklerimde azda olsa agrilar hiss edirem. Bunun bese fesadu olar usaq üçün yada ozum ucun?xais edirem cavablandirasiz.

  • @sadiqeliyev1586
    @sadiqeliyev1586 5 лет назад +4

    Salam həkim mən 5 aylıq hamiləyəm amma ürəkbulanmam keçmir nə məsləhət görərdiz çox sağolun

  • @ismayilseyidov5930
    @ismayilseyidov5930 4 года назад +7

    Salam hekim bagisdayin sizi narahat edirem menim anam 6 ayliq hamiledi onda ayaqlarinda damarlar cixir bu hec bir probilem yaratmir xais edirem zehmet olmasa bir sey deyerdiz

  • @zhrafatimusaqkanal5205
    @zhrafatimusaqkanal5205 3 года назад +1

    Salam doktor zehmet olmasa deyerdiz həkim cmv virusu üçün ozonoterapiya buyurur bu düzgündürmü?

  • @nilaymemmedli7594
    @nilaymemmedli7594 5 лет назад +1

    Salam dokdur mende suyun azalması görüldü uzide bunun nə kimi fəsadları var?

  • @merlinamer2966
    @merlinamer2966 5 лет назад +1

    salam həkim 32 həftəlik hamiləyem axır vaxtlar mənde ürekbulanma sidik renginde çox tündleşmələr olur elə oruki halım da deyişir,məndə qaraciyər çatışazlığı ola bilərmi,?

  • @gunaymikayilli6509
    @gunaymikayilli6509 4 года назад +2

    tezyiqin asagi olmasi hamileliye zereri varmi? siddetli bas agri urey bulanma bas gicelme verir

  • @nrgizsfrova9846
    @nrgizsfrova9846 Год назад +2

    Salam Həkim çox sağ olun.Mən ilk hamiləlikdə bu danışdığınız halları yaşadım.Həkim nəzarəti altında oldum.Siz dediyiniz kimi müalicəsi olmadığı üçün əməliyyat olundum.İkinci hamiləlik yaşayıram bu hallar təkrarlana bilərmi?

  • @rahibosmanov9536
    @rahibosmanov9536 5 лет назад +1

    salam hekim men hamile olanda ancag ayaglarimda sis olurdu 8 ayin sonlarindan basladi usag dogunana geder bele problemlerin usaga ziyani varmi qizim cox esebidi dogulandada gecikme ile dogulub birde aglamayib olu kimi idi bularin neticesi ola bilermi bu gun usagimin esebi olmasinda

  • @gulaybayramli145
    @gulaybayramli145 3 года назад +1

    Mende ayag agrilari cox gezende olur ama wiwme yoxdu bu normalmi baw agrida teziqde yoxdu

  • @banuhesenova2117
    @banuhesenova2117 4 года назад +2

    Salam bes doğuşdan sonra şişlər olarsa o nedendi.? Keçib gedən bir şeydi yoxsa qorxuludur?

  • @zahrasuleymanova2499
    @zahrasuleymanova2499 2 года назад

    Ureoplazma necə müalicə olunur hamilelikde

  • @ayseldadashova1816
    @ayseldadashova1816 Год назад +2

    Mende ayaqlar.cox sisir 9.ayliq.hamileyem.42 hefteye gedirem..ziyandi ya yox???tezyiq cox vaxt asagidi mende..

  • @bizimdunya869
    @bizimdunya869 2 года назад +3

    salam həkim mən 9 ayımın içindəyəm ayaqlarım şişib nədəndj

  • @nazieibrahimova385
    @nazieibrahimova385 2 года назад +1

    Hekim 6 ayliq hamileyem zulal coxdur qanimda ama tezelkce analiz vermisem her sey yaxsidir ve ter temizdir analizler cavablari hem usaq da hem ozum de sadece zulalim cixib analizde baska hecne ushaq vapse saglamdir ayahim sisib elim yox

    • @sevinchesenova1686
      @sevinchesenova1686 Год назад

      Salam xanim mende 6 ayliq hamileyem tezeliyce zulal cixdi siz nece etdiz

  • @sadetsefiyeva3972
    @sadetsefiyeva3972 4 года назад +2

    Salam

  • @esmiraquliyeva5606
    @esmiraquliyeva5606 4 года назад +1

    Salam doxdur mende teziq aşağı olur ancaq narahatçılıq olmur neyin elametidir

  • @nazieibrahimova385
    @nazieibrahimova385 2 года назад

    Bu sisin sebebi zulal ola biler? Dopler daun uzre ikili test butun analizler den kecmisem her ayda lazimi olan her aya ozel oz analizleri verirem sadece zulalim var baska hecne bu prablem olmaz ki? 6 ayliq hamileliye? Ayaqim sisib dir oda usdu

  • @Askim_Askim88_89
    @Askim_Askim88_89 Год назад

    Salam preaklamsiya idi mende hamileliyi sonlandirildi teziqim dusmurdu usagdada problem yaranmisdi 26 ci hefdede sonlandirildi. Ama 5 gundurki tenginefesliyim kecmir el ayag uzum cox sisir teziqde normoya dusmur dermanlarla salirig bu ne vaxda qeder davam edecey men ne ede bilerem ? Xahis edirem mumkunse cavablayardiz

  • @agasikerimli2773
    @agasikerimli2773 2 года назад +6

    Hekim men oglumda ayaqlarimda siskinlikden fiyonaya oxsuyurdum amma uşağım 9 ay 10gunluk uşaq oldu hec bir problemim olmadi.Hamilelik qutarandan sonra normal vəziyyətə dusdum.Mence tebii bir prosesdir

    • @fabbasova913
      @fabbasova913 Год назад

      Neçə aylıq da başladı şişmə?

  • @haci.zeyneb.haczade2893
    @haci.zeyneb.haczade2893 4 года назад +2

    Hekim men 4 ay lik hamileyem ayaqlarim wiwib neden olar ?teziyim awaqi olur100 ün 60 a olur teziyim xaiw edirem cavab yazin

    • @kontakthomet6559
      @kontakthomet6559 Год назад

      Salam Xayiw edirem deyerdiz sizde nece oldu mualice aldınız yoxsa ne neden oldu wiw?

  • @Asya-bf3de
    @Asya-bf3de 3 года назад +7

    Mende ayaqlarim sisib belim urey terefden aqrayir masac edende biraz duzelir nefesim catmir 8 aya kecirem cox cetindi seher hekime gedecem InsAllah

    • @softqueen._5644
      @softqueen._5644 3 года назад +1

      Dogus yaxinlasir onun ucundur qan azdigindanda olur nefes catismamaq sag salamet dogarsan insAllah indiye dogarsan yeqinki

    • @sarahh.a-va9824
      @sarahh.a-va9824 3 года назад

      Siz necə olduz?

  • @agasikerimli2773
    @agasikerimli2773 2 года назад

    Ay həkim mənim təzyiqim yoxdu amma ayaqlarim sisib

  • @NamiqIsgenderov-eo8hu
    @NamiqIsgenderov-eo8hu 2 месяца назад

    Hec bir problemim yoxdu qanda,sidikde amma menim de elim en esas da ayaqlarim sisir.butun analizlerden kecmisem

  • @rizvanrzayev9004
    @rizvanrzayev9004 5 лет назад +1

    Dokdor men 35hefdelik hamileyem ne elimde nede ayaqimda nede sifetimde şişme yoxdur normaldirmi?teze muayinede kecmise. Analizler hamisi temizdir birdeki usaqin cekisi 2kq.450qr dır

    • @ayxanaliyev1993
      @ayxanaliyev1993 5 лет назад +2

      Bəli təmizdir

    • @mnimdunyam8567
      @mnimdunyam8567 4 года назад +1

      @@ayxanaliyev1993 salam həkim mən hamiləyəm qolumda dəmrov əmələ gəlib uşağln dünyaya gəlməsinə az qalıb. Mən körpəmə ana südü verə bilərəmmi? Uşağda da əmələ gəlməzki bu yaralar?

  • @yusufkerimov6018
    @yusufkerimov6018 Год назад

    menim yuxari teziyim 90san aşaki 60şdi ne qalxir ne duşur amma eyaqim şiş ellerim şiş ureyim ele bil şişib olurem da ay doxdur cox xahiş edirəm cavab verin men ne edim hekim deyir hecne yoxdu bes nedi bu

    • @ismayilcabbarov4847
      @ismayilcabbarov4847 Месяц назад

      Salam nece olduz siz?mende 24hefdelik hamileyem tezyigim qalxmir 90 60di.halsizam.ayaqlarim wiwir agriyir

  • @bihanpandey2747
    @bihanpandey2747 4 года назад +2

    Salam doktor 5 aya keçmişəm sismisem ama qollarım aqrayir hemde dözülməz derecede

  • @user-dl2nd4kn8e
    @user-dl2nd4kn8e 2 года назад

    Mən 34 həftəlik hamiləyəm bütün bedenim ayağım elim şişib geceler ellerim qıc olur hekim dedi zülalın oynayır ona hekime getdim təzyiqim normaldi deir şiş olur amma bu qədər yox meni xəstəxanaya yazıb indi xestexanadayam

    • @ginekoloqrasadsultan
      @ginekoloqrasadsultan  2 года назад

      Salam dəyərli izləyici. Suallarınıza daha ətraflı cavab almaq üçün zəhmət olmasa qeyd olunan nömrə ilə əlaqə saxlayın. Tel: (+994) 51-717-55-15

  • @nisasafarova2844
    @nisasafarova2844 Год назад

    Salam hekim mən 9 həfdə 5 günlük hamileyem teziyim 100.60. 110 65 olur normaldı ?

  • @cahidesgerli4222
    @cahidesgerli4222 Месяц назад

    Salam doktor menim dord ayimdi hamileliyin cox iş görende ayagim şişir

    • @Mahmudova12345
      @Mahmudova12345 7 дней назад

      Məndədə elə olur məndə 4 cü aydayam

  • @aynisanseyidova6599
    @aynisanseyidova6599 4 года назад +3

    Salam Doxdur mənim 40 günüm qalıb. , eyni sizin dediyiniz kimi oluram . Təzyiq 130, 90 olur, özüm 20 kq çəki almışam buda şişlə əlaqədardır. Sümüklərim ağrıyır dəhşət, birdə qıc olma oluram arada

  • @gncl7471
    @gncl7471 Год назад +1

    Ikinci hamilelikde mende sisib ilk defedir bele sey rast gelirem. 5 ay yarimliqdan ayaqim sisirrrrrrrr sidiy analizm normal tezyiqim yoxdur.110 70
    Bes nedendir

    • @fabbasova913
      @fabbasova913 Год назад

      Necə oldunuz xanım 7 içindəyəm məndə də şişir

    • @gncl7471
      @gncl7471 Год назад +1

      @@fabbasova913 helede...sisir uje doguma 4 5 gun qalib.kesirkaya.yeni 39 tamam olsun etdirecem insAllah. 2 cidir.
      Amaa men sidikdenxe analiz verdim vallah cixmadk zulala zat bes niye sisir bipmirsm

    • @fabbasova913
      @fabbasova913 Год назад

      @@gncl7471 sağ salamat olsun inşAllah məndə zülal çıxdı ama

    • @gncl7471
      @gncl7471 Год назад +1

      @@fabbasova913 mende cixmadi.mende dehset qan azligi cixdi. 7,5. Men ona gore sistem goturdum. 5 dene. O elebio biraz yaxsi eledi men yeriyenmirdim.tenginefes olurdum pillekn cixnmirdim dehset tenginfes olub ureyim cirpinirdi.
      Sende sag salamt dunyaya getir insAllah

    • @fabbasova913
      @fabbasova913 Год назад

      @@gncl7471 AMİN sağolun

  • @durdaneqocayeva2614
    @durdaneqocayeva2614 3 года назад +1

    Mənim ayağim şişib Qorxuram

  • @durdaneasadova6670
    @durdaneasadova6670 4 года назад

    Salam hekim menim en cox sol ayagim sisib birde sol ayagimin venalari cox pis cixib agri verir bunun agrsisini nece ala bilerem

    • @ayladeniz4241
      @ayladeniz4241 4 года назад +1

      Salam xanim sizin komentinizi oxudum men rusiyadan yaziram mende hamileyem menimde ayagim sisib venalar cixmisdi genekoluq meni xirurqa gonderdi xirurq mene liyaton mazi yazdi ve ayagi sixan corablar var onlar opteklerde satilir ondan aldim geyindim ayag sismesi ve agrilar yoxa cixdi. venalarin cixmasi pisdi sora varikoz ola biler.hemin corablar azerbaycandada var o corablari dogan zaman da geyinmek lazimdi ve dogandan sonra uc ay o corablari geyinmek lazim di ayaglar oz hem saglamligini hemde gozzelliyini itirmesin .men size her seyin rahat ve ugurla kecmesini arzu edirem.

    • @durdaneasadova6670
      @durdaneasadova6670 4 года назад +1

      @@ayladeniz4241 salamin aleykim mende rusiyadayam menede yaziblar eledim o qederde komek elemedi amma onuda deyimki men isdirahet ede bilmurem 3 oglum var balaca teze apres olub butun gun ayaq usdeyem sizce dogandan sira cirablari geyinsem cekilecek damarlar

    • @ayladeniz4241
      @ayladeniz4241 4 года назад +1

      @@durdaneasadova6670 Eleykum salam insallah iter .siz butun gunu ayag usde oldugunuza gore venarar cixib xirurq sise varikoza ayid detraleks yazmaliydi .liyaton gunde ikidefe ayaginiza cekin iki ay ve iki uc defe uzanib ayaglarinizi biraz hundurde saxlayinki ayagda olan tonus azalsin birde dogandzn sonra bir iki aydan sonra xirurqa gedin ki yeniden mslica slasiz hersey duzeler .yediyiniz qidalarada fikir verin saglam sekilde qidalanin yeni pehrizdi

    • @ayladeniz4241
      @ayladeniz4241 4 года назад

      Birde qeyd edimki eger ayaglariniz sizi cox incidirse yenede hekime muraciyet edin qoy hekimler kursda olsun

    • @durdaneasadova6670
      @durdaneasadova6670 4 года назад

      @@ayladeniz4241 Allah razi olsun meslehetiniz ucun cox sag olun

  • @canmyalimovlam2256
    @canmyalimovlam2256 5 лет назад +2

    Salam həkim mən qusmuram irgənmirəm öğümürəm . Qalmışam tüpürə tüpürə o nədəndi. Nəyim olacaq görən üşağ 3aylığdı hələ qarnım çıxmayıb çox istəyirəm qızım olsun xayiş edirəm yazasız

    • @kamilayusubova2622
      @kamilayusubova2622 2 года назад

      Qizin olacaq menim gelinimde seninin kimi tupure tupure qalirdi

  • @samileomrova3085
    @samileomrova3085 2 года назад

    Salam doktor 38heftemdi çox şişib ayağım etim yara kimi ağrıyır analizde çık yığılıb boyreye deyir bu vəziyyətdə normal doğum etmək olarmi