Görünməyən qəhrəmanlar: Bizim torpaq (2022)

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • 18+
    Filmdə Əlahiddə Ümumqoşun Ordunun Vətən Müharibəsində keçdiyi döyüş yolundan bəhs olunur. 27 sentyabr tarixində başlanan və 44 gün davam edən “Dəmir yumruq” əməliyyatında Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrindən əsgər və zabit heyəti döyüşlərə cəlb olunmuşdu. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinin də qazanılan zəfərdə rolu danılmazdır.
    Filmin çəkilişləri Naxçıvan Muxtar Respublikasında, “Günnüt əməliyyatı” zamanı azad edilən yüksəkliklərdə, həmçinin Əlahiddə Ümumqoşun Ordunun döyüşlərə cəlb olunduğu (Xocavənd rayonu (Hadrud qəsəbəsi, Qırmızıqaya, Edilli, Axullu, Ağbulaq, Tuğ, Azıx, Zoğalbulaq, Böyük Tağlar kəndləri, Qırmızı Bazar ətrafı yüksəkliklər), Füzuli rayonu (Füzuli şəhəri, Dövlətyarlı, Dilağarda, Aşağı Veysəlli kəndləri, Məngələnata, Karyer yüksəkliyi, Uryandağ silsiləsi), Çanaqçı kəndi, Daşaltı və ətraf yüksəkliklər, Laçın dəhlizi, Şuşa şəhərində baş tutub.
    İstehsalçı: İTV, Azərbaycanfilm
    Texniki göstəricilər: 16:9
    Janr: döyüş, reportaj
    Rejissor: Seyran Bədəlov
    Ssenari müəllifi: Əkbər Nəcəf
    Operator: Şahmar Səfəroğlu
    Filmi səsləndirən: Əkbər Nəcəf
    Prodüserlər: Fariz Əhmədov, Yalçın Verdiyev

Комментарии • 13