ƏLƏKBƏR ƏSGƏROV - TOY ŞƏNLİYİNDƏN FRAQMENT

Поделиться
HTML-код
  • Опубликовано: 12 сен 2024
  • Ələkbər Əsgərov - klarnet
    Zakir Mirzeyev - qarmon
    ELŞƏN QASIMOV - nağara
    Camaləddin Dadaşov - Qoşa nağara
    Eyyub Yaqubov - klavişnıy
    ƏLƏKBƏR ƏSGƏROV - TOY ŞƏNLİYİNDƏN FRAQMENT
    Azərbaycanın görkəmli nəfəs çalğı alətlərinin novator-ifaçısı olan Ələkbər Əliəsgər oğlu Əsgərovun çoxşaxəli yaradıcılıq irsi,bu günümüzün musiqi kamilliyinin yüksək etalonu hesab edilə bilər. Neçə onilliklər boyu ifaçı və müəllim kimi fəaliyyət göstərmiş gözəl Ustadın Azərbaycan xalq musiqi sənətində yeri şərəflidir. Onun ifasında hər bir muğam,xalq mahnılari və rəqslər zövqlə,təravətlə və böyük ustalıqla səslənir,çünki ifaçı bu inciləri qəlbinin odu ilə isindirirdi.Professional musiqiçilərin fikrincə Ə.Əsgərov klarnetdə,balabanda,neydə və tütəkdə ən virtuoz ifaçı olmuşdur. O öz sənətində əvəzsiz dəsti-xətti ilə seçilən sənətkardır. Ələkbər Əsgərov dəfələrlə xarici ölkələrdə işləmək təklifi alsa da Azərbaycana olan məhəbbəti onu hər dəfə bu təkliflərdən uzaqlaşdırmışdır. Ələkbər Əliəsgər oğlu Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü biruzə verir.1951-ci ildə Ələkbər Əsgərovu Musiqili Komediya Teatrin xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Həqiqət Rzayevanin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1959-ci ildə artıq peşəkar klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq Ə.Əsgərov Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Təhsil aldığı illərdə Səyid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə və eyni zamanda Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı ansamblında çalışıb.Müxtəlif illərdə Ə.Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında aparıcı ifaçılarından biri olmuşdur. 1966-cı ildən ömrünün son günlərinə qədər Sumqayıt şəhəri Soltan Hacıbəyov adına Orta-İxtisas Musiqi Texnikumunda balaban sinfi üzrə müəllim işləyib. Müəllimlik fəaliyyəti ilə yanaşı Ə.Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır. Bu kollektivin tərkibində o,nəinki keçmiş SSRİ dövlətlərində,həmçinin Liviya,Yəmən,Böyük Britaniya,Almaniya,İsveç,Misir və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Ömrünün son illərində Ə.Əsgərov Sumqayıt Musigi Texnikumunun müəllimlərindən ibarət "DÜGAH" instrumental folklor ansamblıni yaradir. Bu ansambl öz alət tərkibinə,repertuar və üslubuna görə Respublikada yeganə və orijinal idi.Görkəmli musuqiçi balaban, zurna,tütək və ney kimi nəfəs çalğı alətlərinin mahir ifaçısı olaraq,ansamblın tərkibinə həmin alətləri daxil edir və tar,kamança,ud,nağara alətləri ilə yanaşı,onların özünəməxsus və fərqli səslənmə xüsusiyyətlərini tətbiq edib. Ansamblın repertuarına xalq rəqslərindən əlavə özünün bəstələdiyi rənglər və rəqslər daxil etmişdir.Ə.Əsgərovun bəstələdiyi rəqs melodiyaları Azərbaycan rəqs musiqisinin nadir incilərindən sayılır. Onun rəqsləri proqramlıdır, və doğma insanların xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qeyd edək ki,onun bəstələdiyi rəqslər variasiyalıq prisipləri əsasında inkişaf etdirilib.Musiqi cümlələrinin intonasiya baxımından oxşar olmağına baxmayaraq burada melodik xətt eyni ilə təkrar olunmur.Dahi bəstəkar Üzeyir Hacıbəyli ənənələrini davam etdirən Ə.Əsgərov,öz rəqslərində müxtəlif muğam modulyasiya keçidlərindən bacarıqla istifadə etmişdir. Bu cür yanaşma onun muğam sənətinə dərindən yiyələndiyindən irəli gəlir. Ələkbər Əsgərovun "Segah","Humayun","Dügah","Rəhab","Bayatı-Şiraz""Şüştər","Zəminxarə","Rast","Şur","Bayatı-Qacar" instrumental muğam ifaçılığı interpretasiya tərzilə öz sələfləri və müasirlərindən seçilir. Onun çoxşaxəli yaradıcılıq irsi Azərbaycan Dövlət Televiziya və Radiosunun qızıl fondunda qorunub saxlanır. Dahi, novator-sənətkar Ələkbər Əsgərov zəngin və virtuoz ifaçılıq məharətilə tanınmış, musiqi ictimayətinin və xalqın dərin məhəbbətini qazanmışdır. Ələkbər Əsgərovun ifaçılıq üslubu gənc ifaçıların inkişafı üçün daim örnək olacaq!Allah rəhmət eləsin Dahi Ustadımıza! Məkanı cənnət olsun. #Alekperaskerov#Ələkbərəsgərov#Elekberesgerov#Алекпераскеров#

Комментарии • 32

  • @user-tb2dr5sj3h
    @user-tb2dr5sj3h 10 месяцев назад +7

    Тут все музыканты высоко профессионалы.Надо же такой ансамбль собрать. Браво Мастерам.

  • @behruzezizov531
    @behruzezizov531 3 года назад +32

    Efsane, mohteşem.

  • @aydinmurtuzayev9244
    @aydinmurtuzayev9244 3 года назад +34

    Allah dahi senetkarimiza rehmet elesin ruhu shad olsun amin !

  • @emindagli5555
    @emindagli5555 3 года назад +31

    Allah rehmet elesin boyuk dahi senetkara. Ruhu sad olsun. Amin.

  • @leventtayfun9303
    @leventtayfun9303 3 года назад +28

    Muhteşem. Allah rahmet eylesin Aliakbar Ustaya

  • @muzkant9283
    @muzkant9283 3 года назад +35

    Korifeyimiz,dahimiz,ustadımız,Allah sənə qəni-qəni Rəhmət eləsin,məkanın cənnət olsun.

  • @Eva-iw2cg
    @Eva-iw2cg 14 дней назад +1

    Сегодня день памяти, вот уже 29 лет как тебя нет с нами. Но мы всегда будем помнить тебя. Ты был и остаёшься ЛУЧШИМ! Allah rehmet elesin 🤲Amin🤲

  • @davidmirzabekov6901
    @davidmirzabekov6901 3 года назад +35

    *Непревзойденный Мастер..Светлая память легендарному кларнетисту и Замечательному человеку Алекперу Аскерову.. Да покоится душа его с миром*

  • @jazzhits4833
    @jazzhits4833 3 года назад +28

    Sənətkarlar ANSAMBLI. Allah Dahi Ustadımız Ələkbər müəllimə rəhmət eləsin. Qalanlara can sağlığı versin İnşallah.

  • @myarchive2783
    @myarchive2783 3 года назад +22

    Ay Laçın, can Laçın. Bizim Laçın, bizim musiqi, bizim sənətkarlarımız. Allah Ələkbər məllimə rəhmət eləsin. Başqa nə demək olar ki? Amin

  • @telmanhaqverdiyev4974
    @telmanhaqverdiyev4974 3 года назад +36

    Allah Rəhmət eləsin,doğurdan da əvəzolunmaz sənətkardır Ələkbər Əsgərov,ifası bir dəryadır da.Onun ifalarında özünə məxsus kədər,lirika,oynağlıq və şirinlik var.Perexodları da ki,sözsüz təkrarolunmazdır.Allah məkanını cənnət eləsin,ailəsinə can sağlığı.

  • @srdarzizbyli1672
    @srdarzizbyli1672 3 года назад +31

    Can ay can,Ələkbər müəllim Allah sənə Rəhmət eləsin,ifandan həm kədərləndim həm sevindim.Ruhun şad olsun,Laçınımız,Qarabağımız qayıtdı.

  • @turalrhimbyov3550
    @turalrhimbyov3550 3 года назад +32

    Ay can, ay can, Super.
    Ələkbər müəllim ağır xəstəlikdən sonra. Barmaqları keyiyir. O vəziyyətdə çalmaq mümkün deyil. Amma həmişəki kimi hər ifası şedevrdi. Bu kişinin nə boyda üreyi varmış! Allah qəni qəni rəhmət eləsin Böyük Ustadımıza! Amin.

  • @rafiqmahmudov7966
    @rafiqmahmudov7966 2 года назад +14

    Azərbaycan klarnet sənətinin şahı bu kişidir bu sənətdə bu kişiyə bərabər ikinci biri yoxdur

  • @cavidpolad6445
    @cavidpolad6445 3 года назад +26

    Aydaaaa, çox super. Ələkbər müəllimin ifaları başqa bir dünyadı. Boyük bir sərvətdir, xəzinədi, nə bilim söz tapmıram.
    Rəhmetlik ifaçılığı sənətində Məktəb qoydu özündən sonra. Allah ailəsinə səbr versin.

  • @user-li1ue3ci1r
    @user-li1ue3ci1r 3 года назад +36

    Джан лачын.

  • @yousifgarakhanov4721
    @yousifgarakhanov4721 8 месяцев назад +4

    Dönmələrinə qurban olum ay usta

  • @avadsalimov8145
    @avadsalimov8145 Год назад +10

    virtyoz ustad əvəz olunmaz sənətkar allah səni qəni qəni rəhmet eləsin vaxtlnda qiymətini vermədiler çox təəsüf 👏👏👏

  • @azerhacibalayev8469
    @azerhacibalayev8469 Год назад +7

    Allah rəhmət etsin, ruhu şad, yatdığı torpaq cənnət məkan olsun Ustad, Qafqazda klarnet ifası ilə qəlbləri, ürəkləri fəth edən, Uca Tanrı tərəfindən göndərilmiş sənətkar Ələkbər Əsgərov. Allah Ustad Ələkbər Əsgərovu qəlbən sevənlərə səbr versin. Amin Allah.

  • @talehjafarov9092
    @talehjafarov9092 2 года назад +11

    BRAVO MAESTRO .

  • @agababahacibalayev3418
    @agababahacibalayev3418 2 года назад +7

    Allah rəhmət etsin.Ələkbər müəllimin ruhu şad,məkanı cənnət olsun Amin

  • @raufiskandarov6887
    @raufiskandarov6887 Год назад +7

    VIRTUOZ BELESINE DEYERLER,ALLAH SENE REHMET ELESIN AY USTAD.

  • @suleyman_agaliyev_official6584
    @suleyman_agaliyev_official6584 3 года назад +9

    Allah rəhmət eləsin böyük sənətkar 👏👏

  • @AdelAdel-nd5rm
    @AdelAdel-nd5rm 2 года назад +12

    Мягко и плавно перешёл от народной "Лачын" на попурри из западной джазо-твисто-блюзовой импровизации с фрагментом из советской эстрады, прошёлся по шансону и ... вернулся обратно на родную почву.
    Ала, Маэстро кайфует😉

  • @user-yc3nb9qi7c
    @user-yc3nb9qi7c Год назад +7

    Azərbaycan klarnet sənətinin Şahı

  • @eyyarmemmedov24
    @eyyarmemmedov24 Год назад +4

    Davamcisi Yengibar

  • @eyyarmemmedov24
    @eyyarmemmedov24 Год назад +4

    Bu senetde rehmetlikden sonra Yengibar di

    • @mirkanan23
      @mirkanan23 10 месяцев назад

      baxdığınız çərçivə çox kiçikdir.

  • @andranikayvazyan6601
    @andranikayvazyan6601 Год назад +7

    Вот настоящий звук кларнета как хрусталь кристально чистый звук а не то что теперешние кларнетисты у которых звук кларнета как у кяхпа харачи женшины.Царство небесное великому мастеру .Да ещо в таком возрасте играть так это невероятно.

    • @andranikayvazyan6601
      @andranikayvazyan6601 Год назад +5

      Великий уста Алекпер Аскеров царствие небесное мастер джан твоей душе да будет с тобой всевышний бог создатель миров .

    • @andranikayvazyan6601
      @andranikayvazyan6601 Год назад

      Слушайте великого мастера теперешние псевдо кларнетисты копирующие балканских и турецких кларнетистов забывшие настоящее мастерство кларнета которые хотят копировать балканских и турецких.кларнетистов у которых ни души ни когово нету только техника только хроматические гаммы трезвучия арпеджио но ни каково чуствия сердца и души только технические упражнения

  • @andranikayvazyan6601
    @andranikayvazyan6601 Год назад

    Он был учеником великого мастера Каро Чарчогляна.