İqbal Ağazadə:"Nazirlər Kabinetinin hesabatı dərslikdən başqa bir şeyə yaramır!"

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 29

  • @iqbal_agazade
    @iqbal_agazade  8 лет назад +22

    13 mart 2009-cu il
    İqbal Ağazadə: “ Mən hökumətin bu hesabatı haqqında sözə başlamamışdan əvvəl hörmətli professorumuz
    Asəf Hacıyevin dediyi bir fikri təsdiqləmək istəyirəm. O deyir, hökumətin təqdim
    etdiyi bu hesabat gözəl dərslikdir. Mən də hesab edirəm ki, bu, Azərbaycanda
    bütün sahələrin inkişafını və artım tempini göstərən bir vəsaitdir, hesabat
    deyil. Bunun hökumətin hesabatına heç bir aidiyyəti yoxdur. Burada Nazirlər
    Kabineti səviyyəsində hökumət üzvləri tərəfindən hansı işlərin görüldüyü barədə
    heç bir konkret misal yoxdur. Sadəcə olaraq, Azərbaycanda bu və ya digər sahələrdə
    baş verən hadisələri ümumi şəkildə götürüb bura qeyd ediblər.
    Bir neçə misal çəkim. Məsələn, metallurgiya sahəsi barədə yazılıb ki, “Baku
    Stil kompani” özəl şirkəti filan qədər qara metal əridib, filan qədər armatur
    istehsal edib, satıb. Bunun hökumətə nə dəxli var? Hökumət özəl şirkətin bu işi
    görməsi üçün nələr edibsə, onu burada qeyd etməli, yazmalıdır ki, mən bunun
    üçün ya kredit vermişəm, ya güzəştli şərtlərlə nə isə etmişəm, ya da etməmişəm.
    Özəl müəssisə nə edibsə, bunun hökumətin hesabatına salınmasının və burada millət
    vəkillərinə təqdim edilməsinin heç bir mənası yoxdur. Təəssüflər olsun ki,
    yeyinti sənayesi yüngül sənaye və bütün başqa sahələr üzrə hökumətin bizə təqdim
    etdiyi hesabat yalnız bundan ibarətdir. Məsələn, tikinti materialları sənayesi
    barədə yazılıb ki, bu sahədə sahibkarlıq fəaliyyəti güclənərək qısa müddət ərzində
    filan-filan işlər görülmüş, nə bilim, beton qarışığı bura getmiş, tikinti
    gipsinin istehsalı bu qədər artmış... Hökumətin fəaliyyəti nədən ibarət olmuş
    bunda, hörmətli Kabinet üzvləri? Siz nə etmisiniz ondan ötrü? Kreditmi
    ayırmısınız, güzəştli vergi siyasətimi həyata keçirmisiniz, gömrük siyasətindəmi
    hansısa dəyişikliklər etmisiniz və yaxud azad iqtisadi zona şəraitində hansısa bir
    regionda konkret olaraq bu sahələrin inkişafı üçün bir addım atmısınız?
    Sizin bu hesabat Azərbaycanda baş verən hadisələrin ümumi bir icmalıdır. Mən də
    elə məhz ona görə deyirəm ki, toxuculuğa, tikiş sənayesinə, yeyinti sənayesinə
    və başqa sahələrə sizin yanaşmanız faktiki olaraq bir dərslik səviyyəsində
    yanaşmadır. Halbuki bu, ən əvvəl hökumətin fəaliyyəti haqqında informasiya kimi
    nəzərdə tutulub. Bu, hökumətin fəaliyyəti haqqında hesabatdır. Hökumət büdcədən
    ayrılan vəsaitin hansı formada xərclənməsi, hansı sahələrə nə qədər pul
    ayrılması və o pulun maksimal dərəcədə səmərəli xərclənməsi üçün hansı
    addımların atılması, hansı sahələrə hansı güzəştlərin edilməsi, dövlət büdcəsinə
    hansı şəkildə qənaət edilməsi ilə bağlı hesabat verməli idi.
    Burada, ümumiyyətlə, qənaət adında anlayış, qənaət termini yoxdur, yəni hökumət
    heç qənaət barədə düşünməyib. Yeri gəlmişkən, hökumətin hələ keçən hesabatında
    mən demişdim ki, qarşıdan gələn iqtisadi böhran Azərbaycana da ciddi təsir edəcək,
    bunun üçün Nazirlər Kabineti indidən Prezidentə islahatlar paketi təqdim etməlidir.
    Bu islahatlar isə ən əvvəl idarəetmədə başlamalı idi. Azərbaycan idarəetməsindəki
    bu qədər pərakəndəlik, bu qədər dağınıqlıq, mahiyyət etibarilə bu qədər komitələrin
    və sair mövcudluğu Azərbaycan büdcəsinin talan olması ilə nəticələnir.
    Bu gün komitələrin böyük əksəriyyəti Nazirlər Kabineti çərçivəsindəki idarə,
    şöbə qədər fəaliyyət göstərmir. Amma adı komitədir, onun üçün büdcədən kifayət
    qədər vəsait ayrılır və o büdcə vəsaiti də istənilən halda dağıdılır. Məsələn,
    burada diaspor ilə iş üzrə bir hesabat təqdim olunub. Nə hesabatdır o? Onu Azərbaycanda,
    - mən Dünya Azərbaycanlıları Konqresinin üzvü olmuşam, - dövlətdən heç bir
    maliyyə vəsaiti almayan, dövlətlə heç bir halda maliyyə strukturları vasitəsilə
    bağlı olmayan, xaricdə yaşayan həmvətənlərimiz könüllü, təmənnasız həyata
    keçirirlər. Nədir diaspor ilə bağlı görülən işlər? Hansısa yerdə iclas
    keçirdik, hansısa yerdə Xocalı ilə bağlı bir tədbir keçirdik... Bunu ictimai əsaslarla,
    vətənpərvərlik ruhunda istənilən Azərbaycan təşkilatı həyata keçirir. Nədir
    komitə şəklində fəaliyyət göstərir? Eyni sözləri başqa sahələr haqqında da demək
    olar. İqtisadi böhranın belə bir vəziyyətində Azərbaycanın vəsaitinin bu şəkildə
    dağıdılması nəyə xidmət edir?
    Hökumətin bizə təqdim olunmuş hesabatı 2008-ci ilin, əslində, birinci yarısı
    üçün olan hissədir. İkinci yarısı üçün, demək olar ki, yoxdur. Avqust ayından
    bu yana başlayan dünya iqtisadi böhranının nəticələrinin Azərbaycana nə dərəcədə
    təsir etməsi, nə qədər iş yerlərinin ixtisarı, nə qədər investisiya layihələrinin
    dondurulması, hətta özəl sektorda nə qədər dayanmalar olması, tikinti, istehsal
    sahələrində, başqa sahələrdə nə qədər geriləmələrin baş verməsi və bunun
    müqabilində hökumətin hər hansı bir tədbir görməsi heç bir halda öz əksini
    tapmayıb. Hər kəsə aydındır ki, avqust ayından bu yana Azərbaycan
    iqtisadiyyatının bütün sahələrində ciddi geriləmələr var. Biz ayrı-ayrı ölkələrdə
    baş verənləri izləyir, Azərbaycanda da insanlarla ünsiyyətdə olur və bunu görürük.
    Bu gün Azərbaycanda xırda sahibkarlıq, orta sahibkarlıq çox bərbad bir vəziyyətə
    düşüb. Bəli, bunun bir səbəbkarı dünya iqtisadi böhranıdırsa, ikincisi də
    daxildə hökumətin bütövlükdə bu sektora sahib çıxa bilməməsidir. Hökumət orta
    sahibkarlığın çökməməsi, ayaqda durması üçün hansı tədbirlər planı hazırlayıb,
    orta sahibkarlıq üçün nə edir? Burada qeyd olunub ki, məsələn, kənd təsərrüfatı
    sahəsində ayrı-ayrı fermerlərə güzəştli kreditlər, mazut, gübrə verilir, nə
    bilim, aqrolizinq təşkilatları vasitəsilə beşillik lizinqlərin müddəti on ilə
    çatdırılır. Amma bu, mahiyyət etibarilə fermer təsərrüfatlarının və kənd təsərrüfatında
    orta sahibkarlığın ayaqda durması üçün yetərli deyil. Bu günlərdə
    telekanalların birində fermerin 1920-ci illərdəki kimi kotana at qoşub, yer
    şumladığını görmədiniz? Budur Azərbaycanın bugünkü reallığı.
    Bu gün Azərbaycanın sənaye müəssisələrində bu qədər çökməni, bu qədər
    inhisarçılığı görmürlər? Bu gün Azərbaycanda fəaliyyət göstərən orta
    sahibkarların böyük əksəriyyəti işçilərinin ən azı 60 faizini ixtisara salıb. Bəli,
    bu, ilin əvvəlindən başlayan proses kimi, öz hesabına iki aylıq məzuniyyətlə həyata
    keçirilib və belə məzuniyyətə göndərilən insanlarımızın böyük əksəriyyəti ümid
    edir ki, iki aylıq məzuniyyətdən sonra yenidən iş yerinə qayıdacaq. Amma onlar
    qayıdası deyillər. Bunu hər kəs bilir. Çünki orta sahibkarlığın inkişafı üçün,
    onun ayaqda durması üçün hökumətin ciddi tədbiri yoxdur.
    Burada orta aylıq əmək haqlarından, pensiyalardan, filanlardan kifayət qədər
    ciddi şəkildə rəqəmlər səsləndirilib. Görün biz pensiyaları nə qədər yüksəyə
    qaldırmışıq. Mən bir dəfə də burada hörmətli Nazirlər Kabinetinin hesabatında
    dedim ki, siz bu gün orta aylıq əmək haqqının qalxdığını nə qədər iddia etsəniz
    də, orta məktəb müəlliminin, - o müəllimlərin kontingentinin ümumi sayı 200 minə
    yaxındır, - orta aylıq əmək haqqı 154 manatdır. Bu gün 100 minə yaxın orta,
    yuxarı, aşağı tibb personalı var. Bunların orta aylıq əmək haqqı 113 manatdır.
    Bunu hamının ümumi maaşına vurub və sonra bölüb 268 manata çıxarmaqla heç nə dəyişmir.
    Bununla nə 200 min orta məktəb müəlliminin, nə də 100 minə yaxın aşağı və orta
    tibb personalının maaşları dəyişir.
    Hesabatdan məlum olur ki, korrupsiya məsələləri ilə bağlı 35 nəfər tutulub, 40
    nəfər haqqında cinayət işi qaldırılıb. Hörmətli Nazirlər Kabinetinin üzvləri,
    Azərbaycan korrupsiya hesabatlarında dünyada sonuncu yeri tutur. Bu, Azərbaycanda
    məhz hökumətin fəaliyyəti ilə bağlı sahədir. Məhz bu fəaliyyətə görə Azərbaycan
    korrupsiya hesabatlarında sonuncu yeri tutur. Niyə Azərbaycan sonuncu yeri
    tutmalıdır və niyə hökumət bununla bağlı ciddi bir antikorrupsiya layihəsi
    ortaya qoyub müzakirə etmir və ictimaiyyəti, cəmiyyətin müxtəlif təbəqələrini
    bu proseslərə cəlb etmir?
    Bütün bunlara görə hökumətin hesabatını mən qeyri-qənaətbəxş hesab edirəm. Hörmətli
    Yevda müəllim məndən əvvəl çıxış elədi. Görünür, çıxışını dünən yazmışdı,
    deyirdi ki, burada çox sərt rəqəmlər səsləndi, filan oldu. Səslənməmişdi, Yevda
    müəllim, indi səsləndi”

  • @elnurhaciyev5712
    @elnurhaciyev5712 8 лет назад +17

    Milli məclisin sədri iqbal aģazadə olmalıydı

  • @m.a.q...8018
    @m.a.q...8018 5 лет назад +7

    Azerbaycan Xalqi sizë inanir

  • @МахяддинМамедов
    @МахяддинМамедов 5 лет назад +8

    Prenzent olası oqlandı hallal olsun iqbal mülim

    • @turxanibrahimov4622
      @turxanibrahimov4622 2 месяца назад

      Bəlkə sənə də doğru yazılış qaydasını öyrədərdi.

  • @m.a.q...8018
    @m.a.q...8018 5 лет назад +6

    Azerbaycan Xalqi sizë inanir vë sizi isdëyir

  • @m.a.q...8018
    @m.a.q...8018 5 лет назад +8

    Уважаемые азербайджанцы Я хочу сказать что вы знали что в Азербайджане еще такого человека не было и не будет

    • @gncvtn9589
      @gncvtn9589 5 лет назад

      Да очень вы право заслуживает кресло приздента

  • @elsenmemmedov3016
    @elsenmemmedov3016 5 лет назад +2

    Minnetdrix size xalqinin duz qeyretli oglu

  • @bxdiyarmmmdov7886
    @bxdiyarmmmdov7886 6 месяцев назад

    Iqmal mellim sizin aldlglvlz emek haqql halallnlz olsun zizden başqa hec bir depudatlar bu milleti istemir müfde maylş allrlar ordakllar hamlsl yararslzdl

  • @aydnliyev7300
    @aydnliyev7300 4 года назад

    Əla. Tamamilə doğrudur

  • @m.a.q...8018
    @m.a.q...8018 5 лет назад +6

    Обратите внимание вокруг него все улыбаются Потому что никому не устраивает то что он говорит

  • @lmanrsulzad9075
    @lmanrsulzad9075 4 года назад

    Həmişə tərəfinizdəyəm . Hamı kimi qənirə də qəribə qəribə baxır .

  • @ziyaarm8229
    @ziyaarm8229 3 года назад

    Halaldi size

  • @ziyaarm8229
    @ziyaarm8229 3 года назад

    Cox isterdim prezidentun sag golu olardiz

  • @iorudj489
    @iorudj489 2 года назад +1

    Pensiya yaşını aşağı salınki hamının çörək pulu oısun çünki 30 yaşdan sonra işə götürmüllər

  • @niyamnko4949
    @niyamnko4949 5 лет назад

    Halaldı

  • @armenayob
    @armenayob 5 лет назад +1

    Mən iqtarada qarşı olmağım kimi müxalifətə qarşıyam ki, "im"amoğlunu dəstəklədilər. Ərdoğan kimi lider görsənmir ona görədə fikrimcə ümüd ancaq İqbal müəllimədi. Allah Əkbər☝️

  • @memmedovnizami5787
    @memmedovnizami5787 5 лет назад +1

    Zor kaznitiyir 😂😂😂

  • @elsenmemmedov7982
    @elsenmemmedov7982 4 года назад +1

    inaninki memmed emin resulzade dovru yaşamaq isdiyen bu şexsi pirizden gormek isdiyer veden ucun xalq ucun yaşayan bir şexsdi

  • @_Heqiqi_Realliq_
    @_Heqiqi_Realliq_ 5 месяцев назад

    O məclisdə kaşki sənin kimi 5 nəfər mərd kişi olaydı.

  • @elnurhaciyev87
    @elnurhaciyev87 3 года назад

    Siz Azərbaycana prezident seçilməlidiniz!

  • @laleeliyeva8693
    @laleeliyeva8693 5 лет назад +1

    Sesine quzu kesim

  • @vasifhebibov7132
    @vasifhebibov7132 5 лет назад +1

    Hele ag bas dalbayova bax burun qurdaliyirrrr

    • @armenayob
      @armenayob 5 лет назад

      😂😂😂😂 söyüş işdətmə qardaş. Orda heç olmaya dal...ba elə. Yəni bir az üstü örtülü. sözün axırı oba-dı😉 sötüşsüz qanmaz desən onnan yaxşı olardı😂😂😂😂