Ailəsi hər şeyi qadağan elədi, evdən qaçdı, açıq-saçıq səhnələrə görə hücumlara məruz qaldı

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2023
  • O ailəsini qarşısına almaq bahasına aktrisa oldu. Bir çox uğurlu rollar ifa etsə də daha çox erotik Qatil tamaşasındakı erotik səhnələriylə gündəmə gəldi. Biri var. Əməkdar artist Münəvvər Əliyeva.
    Münəvvər Sabir qızı Əliyeva 1971-ci ildə, mayın 25-də Qubadlıda doğulub. 1988-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə Xalq artisti Elmira Şabanovanın sinfinə qəbul olunub. 1992-ci ildə Mədəniyyət və İncəsənət Universitetini bitirib.
    Hələ tələbə ikən "Yuğ" Teatrına gedən aktrisa ordan Akademik Milli Dram Teatrına dəvət alıb. O dövrdə Cənnət Səlimova "Azdrama"da "Otello" tamaşasını qoymaq istəyib və aktrisaya Dezdemona rolunu verib. Eyni zamanda, "Yuğ"da da başqa bir rol alan Münəvvər xanım iki teatrın arasında qaldığından nəhayət seçimini edib: 1994-cü ildə Azdramada işə başlayıb. Münəvvər xanım həmin günləri belə xatırlayır:
    "Mən "Yuğ"dan çox şey öyrənmişəm. Birinci kursda oxuyanda Sankt-Peterburqda keçirilən "Yaxintev" bədii qiraət müsabiqəsində iştirak etdim. Orda məndən böyük kursun qiraət müəllimi, öz azərbaycanlım müsabiqənin münsiflər heyətinə konyak verirdi ki, məni kəsib, onun tələbəsinə yer versinlər. Lakin münsiflər heyətinin üzvləri konyakı alsalar da, məni kəsməyəcəklərini dedilər və birinci yeri mənə verdilər. Yəni müəllimsizlik belə idi, rəhmətlik Mikayıl Mirzə də ora tələbəsini aparsa da, o öz tələbələrini buraxıb mənim uğurum üçün əlindən gələni əsirgəmədi. Çünki mən özümlə dəf aparmışdım, dəfimi cırmışdılar, özü də özümüzünkülər... Mənim müsabiqədəki proqramım həqiqətən o dövrdə böyük səs-küyə səbəb oldu, Akademik Milli Dram Teatrına da buna görə götürdülər".
    Bir neçə il aktrisa ailəsinə "mədəni-maarif" fakültəsində oxuduğunu deyərək, əsl həqiqəti, yəni aktrisalıq peşəsi üzrə təhsil almasını onlardan gizlədib. Bu yalanın üstü açılanda isə onun evlərində böyük bir həngamə qopub. Ancaq sonralar qardaşı teatra gələrək ilk dəfə "Hələ sevirəm deməmişdilər" tamaşasına baxıb və bacısının ifa etdiyi qəhrəman qız obrazı onun xoşuna gəlib.
    Aktrisaya ən böyük uğuru Elçinin "Qatil" pyesi əsasında hazırlanan eyni adlı tamaşa olub. Bu tamaşa ona uğur gətirsə də, o, tamaşadakı açıq-saçıq səhnələrə görə inanılmaz hücumlara məruz qalıb. Müsahibələrinin birində bu haqda deyib:
    "Qardaşımdan xahiş etdim ki, bu tamaşaya baxmasın. Çünki baxsa, özü qatil olacaqdı. O da sağ olsun, baxmadı. Allahıma şükür edirəm ki, qarşıma Mehriban Ələkbərzadə kimi rejissor çıxdı. O, sinəsini mənə qarşı olan hücumlara sipər etdi. Əslində, bu tamaşada heç bir qəbahət iş görməmişdim, sadəcə öz peşəmi yerinə yetirmişdim. Tamaşada Hikmət hər dəfə məni qəzetlə başıma vuranda fikirləşirdim ki, yəqin onun arasına bərk bir şey qoyub, axı kağız parçası adamın başını belə ağrıda bilməz. Sonra mənə dedilər ki, Hikmət qəzetləri elə sıxıb bərkidirmiş ki, qəzet bükülüsü taxta kimi bərk olurmuş. Məşq prosesində hər dəfə qəzetlə məni vurandan sonra diksinirdim və roldan çıxırdım. Çünki bu yaşıma gəlmişəm, həqiqətən, döyülməmişəm. Axırda Mehriban xanıma dedim ki, qəzet yığışdırılsın, onun başıma vurulması məni roldan çıxarır. Mehriban xanım da qəzetlə vurmağı yığışdırdı. Bir də gördüm, Hikmət gəlib deyir ki, Münəvvər xanım, nə olar qoyun qəzetlə vurum da, daha orijinal alınır... Mən də razılaşdım. Hikmət həqiqətən tamaşada rola qapılıb bəzən səhnədə affekt vəziyyətinə düşüb. İnanın ki, məni necə tulladısa, sağ çiynimdən travma almışam. Hikmət səhnədə saçımdan tutanda mən də texniki olaraq onun biləyindən tutmalıydım. Amma çox vaxt biləyindən tuta bilmirdim, həqiqətən, saçımdan tutub səhnənin bu başından o biri başına qədər sürüyürdü. Bəzən saçlarım qopub onun əlində qalırdı".
    Aktrisa bir dəfə ailə həyatı qurub. Bu evlilikdən onun bir qızı olub. Amma iş elə gətirib ki, o, həyat yoldaşı ilə yollarını ayırıb. Onunla ailə qurmaq istəyən insanlar ondan sənəti atmalarını istədiyi üçün aktrisa sonralar ailə həyatı qurmayıb.
    "Köhnə ev", "Afət", "Ölüləri qəbiristanlıqda basdırın", "Kaş, araba aşmayaydı!", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Teleskop", "Kabuslar" tamaşasında yadda qalan rollar ifa edən aktrisa 2006-cı ildə Əməkdar artist adına layiq görülüb.

Комментарии • 9

  • @qarabagazrbaycandr3185
    @qarabagazrbaycandr3185 4 месяца назад +6

    Yaaxşı tanımırdım heç. Çox sağolun

  • @user-zg8ow2hm8w
    @user-zg8ow2hm8w 4 месяца назад +4

    Uğurların bol olsun Münəvvər xanım

  • @qarabagazrbaycandr3185
    @qarabagazrbaycandr3185 4 месяца назад +4

    Allah ömür versin

  • @user-rt9fy2mo7z
    @user-rt9fy2mo7z 4 месяца назад +3

    Allah ugurlarln bol elesin

  • @muradnovruzbekov1232
    @muradnovruzbekov1232 4 месяца назад +2

    Arzun gözündə qalsın. Əliyev ürəkdir. Qaçqın adı ilə yaşamaq ləzzətliydi?

  • @malikester6655
    @malikester6655 4 месяца назад +5

    Bütün mütrüflərin aqibəti bərbad olub.

  • @user-ww4us4wr4g
    @user-ww4us4wr4g 10 дней назад

    Ele ailəsi düz eliyibdee bilblerki lotu olassan .onun bunun ərləri ilə qubalarda sulenen lotu