Prokurorla evləndi, qızına səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2024
  • Prokurorla evləndi, qızı İlhaməyə səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı
    O oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ilə könülləri fəth etməyi bacarıb. Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr verib. Biri var idi. Xalq artisti Tükəzban İsmayılova.
    Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 21-də Bakıda anadan olub. Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün gözəl səslə oxuyan qızı eşidəndə Cabbar əmi onu yanına çağırıb. Dinləyəndən sonra “bu qızdan yaxşı oxuyan olacaq”, deyib. O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində oxuyub. Musiqi Texnikumunu bitirəndən sonra Tükəzban xanım peşəkar xanəndə kimi çıxış etməyə başlayıb.
    Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. II Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitləri vətənpərvərliyə ruhlandırıb. Əmək fəaliyyətinə 1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi başlayan Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
    1956-cı ildə Filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra o, 1962-ci ilə qədər burada çalışıb. 1962- 1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1978-1993-cü illərd “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, 1994-2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib
    Özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqimizi zənginləşdirib. “O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan xanəndə də Tükəzban İsmayılovadır
    Xanəndə dünyanın bir çox ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. O, Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair kimi ölkələrə qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib, tanıdıb. Tükəzban xanım respublikamızda gənc xanəndələr nəslinin yetişdirilməsində də öz qüvvəsini əsirgəməyib. Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının ali mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif edilib.1993-cü ildə Azərbaycan xalq artisti fəxri adına layiq görülüb.
    Sənət yoldaşları da onu hər zaman böyük hörmət və ehtiramla xatırlayırlar. Xalq artisti Canəli Əkbərov Tükəzban xanımla uzun illər Filarmoniyada bir yerdə çalışıb:
    "Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti ilə yanaşı, səhnə mədəniyyəti ilə də fərqlənirdi. Onun oxuduğu muğamlar və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub. Dəfələrlə qastrollarda olmuşuq, onun yaxşı yol yoldaşlığı vardı. Çox mehriban insan, əsl dost idi. Belə bir xanəndə ilə eyni səhnəni bölüşməyin özü bir xoşbəxtlik idi” - deyə Canəli bəy bildirib.
    Xalq artisti Əlibaba Məmmədov isə deyir: “Tükəzban xanım nəhəng sənətkar idi. Onun kimi sənətkarın bundan sonra yetişməsi nadir hadisə ola bilər. Tükəzban İsmayılova əbədiyyən yaddaşlarda qalacaq xanəndələrdəndir. Heç kim "Şahnaz”, "Qatar”, "Xaric Segah”I onun kimi ifa edə bilməz. Allah böyük sənətkarımıza qəni-qəni rəhmət eləsin”.
    Tükəzban İsmayılova iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev respublikanın bir çox yerlərində məsul vəzifələrdə çalışıb. Onlar 1942-ci ildə ailə həyatı qurublar. Bu evlilik olanda xanəndə Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror olub. O Məzahir Quliyevlə ailə qurandan bir il sonra qızları İlhamə dünyaya gəlib. Anasının sənətini davam etdirən İlhamə uzun illər sonra “Azərbaycan estradasının primadonnası” adlandırılıb.
    İlhamə Quliyevanın sənətdə irəliləməsində ən azı anası Tükəzban İsmayılova qədər atalığı Həbib müəllimin rolu çox olub. Onların şəxsi tanışlığı hesabına Səid Rüstəmov, Hacı Xanməmmədov, Fikrət Əmirov kimi bəstəkarlar gənc vokalçı İlhaməyə dəyərli mahnılar yazıblar. Məşhur tarzən Həbib Bayramovla evliliyi Tükəzban xanımın həyatında “ikinci bahar” adlandırmaq olar. Xanım müğənni həyatının əsl xoşbəxtliyini bu mehriban xasiyyətli tarzənlə birləşəndən sonra tapıb.
    Xanəndə öz həyatını və yaradıcılıq taleyini görkəmli tarzən Həbib Bayramovla bağlayandan sonra, , həmişə onların evində xalq mahnıları, klassik muğam melodiyaları səslənib.
    İlhamə Quliyeva xatirələrində Həbib Bayramov haqqında deyib.
    Ömrünün son günləri Tükəzban xanım bel sümüyündən ağır cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat uğurlu başa çatsa da, pnevmaniyadan əziyyət çəkən Tükəzban xanım 2008-ci il martın 24-də 85 yaşında vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Комментарии • 37

  • @elshadjafar2437
    @elshadjafar2437 4 месяца назад +7

    Salamlar. Baxdim və zövq aldim. Bəyənmə düyməsinə də toxundum. Əla kanaldir. Var olun!

  • @hevvamammadova
    @hevvamammadova 5 месяцев назад +21

    Cox gözeloxuyurdu Tukezban xanim ,Allah rehmet elesin .Bu curmugenniler indi yoxdu .

  • @sevilimanovaa
    @sevilimanovaa 4 месяца назад +4

    Allah rəhmət eləsin məkanı cənnət olsun. Çox gözəl səsi vardı.

  • @user-bt6dq2lx4v
    @user-bt6dq2lx4v 4 месяца назад +5

    Ax neçə gözəl dövürmüz neçə yaxşı müğənniləri miz varmış dünyasını dəyişənlərə ALLAH rəhmət eləsin

  • @ClashRoyale-si7ss
    @ClashRoyale-si7ss 4 месяца назад +6

    Allah sənə rıhmət eləsin.Ruhu şad məkanı cənnət olsun.Çox xanım xatın,gözək mədəni xanım idi.Heç qızı ona oxşamadı.Heyif nıd.hıng sənətkardan.😭😭🕋💔🕋😭😭🥀🥀🥀🥀

  • @feqanhuseynov3651
    @feqanhuseynov3651 5 месяцев назад +21

    Cox saq olun zehmet cekirsiz.gelecek nesiller qoy tanisin korifey senetkarlarimizi

  • @NargizShabanova
    @NargizShabanova 3 месяца назад +3

    ALLAH REHMET ELESIN MEKANI CENNET OLSUN 🤲🤲🙏🤲

  • @user-dz6ly9pk6m
    @user-dz6ly9pk6m 5 месяцев назад +6

    Allah Tükəzban xanıma, Həbib Bayramova rəhmət etsin.
    İnciməyin, lakin Həbib bəy tarzan yox, TARZƏN (yəni tar ifaçısı) olub, özüdə çox professional ifaçı.

  • @yusifeliyev8779
    @yusifeliyev8779 5 месяцев назад +17

    Uşaqlıq illərimizin müğənnisi.o illər çoxda anlamırdıq bu cür musiqiləri.ama sonralar eşitdikcə çox xoşuma gəlirdi.ən çoxda xoşuma gələn o olmasın bu olsun filmində oxuduğu segah.Allah dünyasını dəyişənlərə rəhmət eləsin.🤲🤲🤲

  • @icrishr1318
    @icrishr1318 4 месяца назад +4

    OVAXTLAR BU MUSİQİNİN NEÇƏ GÖZƏL OXUDUĞUN BİLMƏMİŞƏM LAKİN İNDİ BAŞA DUŞURƏMKİ GÖZƏL SƏSLİ SƏNƏTKAR OLUB SAĞOLUN Kİ YADA SALIRSIZ ÇAVANLAR TANIMIR QOY TANISINLAR KECMİŞİN GÖZƏL MUSUQİCİLƏRİN MAHNILARINI ALLAH RƏHMƏT ELƏSİN.

  • @user-oo6zy3eh7s
    @user-oo6zy3eh7s 5 месяцев назад +6

    Allah rehmet elesin.

  • @saqibemehreliyeva2466
    @saqibemehreliyeva2466 4 месяца назад +3

    ALLAH RƏHMƏT ELƏSİN

  • @SevincBasirova-xm3yn
    @SevincBasirova-xm3yn 5 месяцев назад +11

    Mən beşikdə olanda rayona gəliblər və atam vəzifədə olob Tükəzban xanım Rəhilə xanım Həbib müəllim və başqaları bizdə qonaq oloblar anam deyirdi beşikdən məni clxardlb oynadılar özümü həmişə xoşbəxt edirəm belə sənətkarlar məni oynadıblar Allah hamını rəhmət. Etsin

  • @xan2006
    @xan2006 5 месяцев назад +5

    Bəy bəy nə gözəl səsi var idi

  • @lacinabbasova7978
    @lacinabbasova7978 5 месяцев назад +6

    Hemiwede bu mahnini oxuyirdu men onun konsertinde olmuwam allah rehmet elesin

  • @agilikisi3774
    @agilikisi3774 5 месяцев назад +10

    İlhamə xanım anası Tükəzban xanımdan xəbərsiz moskvaya gedib və musiqi yarışında 1..ci yeri tutub.inandınız😂😂😂

  • @gulisultan5658
    @gulisultan5658 5 месяцев назад +4

    Allah rəbmət eləsin.
    Tükəzban xanım İsmayılovanı
    xalqa sevdirən Səsi idi.
    Onun kimi "Qatarı" oxuyan hələ olmayıb.
    Bu mənim fikrim idi.

    • @gulayasuleymanova5191
      @gulayasuleymanova5191 2 месяца назад

      Tükəzban xanım Qatar muğamının möhürün vuran qadın ifaçılardandır. Allah rəhmət eləsin

  • @mehdisamsung1798
    @mehdisamsung1798 5 месяцев назад +6

    Başlıq da güzgün yazılmayıb, qadın ərə gedir, kişi isə evlənir yazılır. Yaxud hər ikisi üçün yazmaq olar ailə qurub.

  • @shirinatagazade4388
    @shirinatagazade4388 2 месяца назад +1

    Она лезгинка!❤❤❤
    Светлая память!❤❤❤

    • @gulisultan5658
      @gulisultan5658 2 месяца назад +1

      Нация не имеет значение.
      Она была Супер поюшая.
      Allah c.c. ona rəhmət eləsin.

  • @iradagamzayeva7440
    @iradagamzayeva7440 3 месяца назад +1

    Tarzən!❗️tarzan -Mauqli

  • @kifayetibrahimova1093
    @kifayetibrahimova1093 4 месяца назад +4

    Allah rəhmət eləsin

  • @Xabarman123
    @Xabarman123 5 месяцев назад +18

    Gözəl səsi var idi. Heyif, unudulur artıq

  • @vaqifyaquboglu4627
    @vaqifyaquboglu4627 4 месяца назад +2

    Əziz dost, tarzan yox, tarzən.

  • @cemilsirinbeyli1178
    @cemilsirinbeyli1178 5 месяцев назад +13

    Həbib Bayramov tərzan olmuyub,tarzən olub.Mətni oxuyanda sözlərə fikir verin.

    • @nizamiagayev9492
      @nizamiagayev9492 5 месяцев назад +1

      Həbib onun ikinci həyat yoldaşıdır. İlhamə birinci ərindəndir

    • @cemilsirinbeyli1178
      @cemilsirinbeyli1178 5 месяцев назад

      @@nizamiagayev9492Bilirəm.Mən başqa məsələni vurğulayıram.

    • @cemilsirinbeyli1178
      @cemilsirinbeyli1178 2 месяца назад

      @@nizamiagayev9492 Bəli,düz deyirsiz.İlhamə Quliyevanın doğma atası prokuror olub,beş yaşında olanda boşanıblar.İlhamənin ögey bacılarida var.Özüdə həmişə deyirdiki atam prokuror olub,bizdə brilyantlar balonla idi.Apardi özüylə?Yarısını oğulluğu dağıtdi,çox hissəsində bacıları.Çox adama pisdik eliyib,nəqədər cavanların yolunu kəsib.Ona görədə urvatsız getdi,heç indidə demək olarki onu yada salan yoxdu.Kimi tərifləmək lazım idisə gərək mütləq İlhaməni görməliydi.

  • @iradeleleyeva6502
    @iradeleleyeva6502 5 месяцев назад +6

    Belə gözəl sənətkarlardan danışanda bu formada eybəcər başlıqlar yazmayın ,ən azından ruhlarına hörməti yaddan çıxarmayın

  • @hevvamammadova
    @hevvamammadova 5 месяцев назад +4

    ❤😂🎉

  • @aflatunquliyev1157
    @aflatunquliyev1157 3 месяца назад +1

    Cavan oğlan tarzan ifadə etmə. Tarzən!

  • @LaleNezereliyeva
    @LaleNezereliyeva 5 месяцев назад +1

    Tarzan nə idi????? 😂😂😂

  • @salambaku8177
    @salambaku8177 4 месяца назад +1

    tarzan yoooox, tarzen

  • @reyhanrzayeva3072
    @reyhanrzayeva3072 5 месяцев назад +8

    tarzan yox, tarzən

  • @mehdisamsung1798
    @mehdisamsung1798 5 месяцев назад +4

    Başlıq da güzgün yazılmayıb, qadın ərə gedir, kişi isə evlənir yazılır. Yaxud hər ikisi üçün yazmaq olar ailə qurub.

    • @leylaleyla5965
      @leylaleyla5965 4 месяца назад +1

      Fərqi yoxdu evlənmək ailə qurmaq deməkdir. İstər kişi istər qasın olsun evlilik həyatı qururlar.