Balqabağın möcüzəvi faydaları

Поделиться
HTML-код
  • Опубликовано: 17 сен 2024
  • ☪【A】【B】【U】【N】【Ə】 【OLUN】☪
    Sənə Maraqlıdırsanın bütün videolarını RUclips-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi: Chris Zabriskie - Out of the Skies Under the Earth
    ☪ Facebook səhifəmiz: www.facebook.c...
    ☪ Instagram səhifəmiz: / senan_demirli
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™ ✔
    Balqabağın möcüzəvi faydaları
    Balqabaq - möcüzəvi tərəvəzdir. Onun insan sağlamlığına xeyiri olduqca çoxdur. Aşbazlar üçün balqabaq sadəcə tapıntıdır. Balqabaqdan plovdan tutmuş şirniyyata qədər ləzzətlər hazırlaya bilərsiniz. Balqabaq şirəsinin isə xeyiri qədimlərdən məlumdur. Hətta belə bir deyim var ki, balqabaq sözünün mənası baldan qabaq deməkdir.
    Balqabaq Meksika və mərkəzi Amerikada, təxminən, 7500 il əvvəl kəşf edilmiş bitki növüdür. Dünyada 700-dən çox növü var. Bunlardan 3-ü (adi, irimeyvəli və muskat) Azərbaycanda daha geniş becərilir
    Bütün dünyada olduğu kimi ölkəmizdə də balqabaqdan yeməklərdə, əsasəndə plovlarda, şirniyyat sənayesində və vitamin həblərində istifadə edirlər.. A, C, E və K vitaminləri, həmçinin, maqnezium, dəmir, mis və s. mineralları ehtiva edir. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir. İnsan sağlamlığı üçün çox xeyri var. İbn-Sina “Tibbnamə” əsərində bu bitkini xərçəng xəstəliyinə qarşı ən təsirli vasitə kimi irəli sürüb. Qaraciyərin fəaliyyətini bərpa edir, onu qoruyur, sağlamlıq üçün yumşaldıcı, sidikqovucu və tərqovucu xassəyə malikdir, susuzluğu aradan qaldırır, bişmiş balqabaq qızdırma və öskürəyə yaxşı təsir göstərir. Bu zəngin tərkibə malik qidanın faydaları ilə sizi tanış edəcəyik.
    Sağlamlıq üçün faydalı içkilərin siyahısında balqabaq şirəsinin birincilər sırasında olması heç də təsadüfi deyil. bir çox xəstəliklərin müalicəsində istifadə olunan bu şirədən sağlam adamlar da bəhrələnib, onun əvəzsiz faydalarından yararlana bilərlər.
    Balqabaq şirəsinin faydaları
    Balqabaq şirəsi orqanizmə cavanlaşdırıcı təsir edir, orqanizmin tonusunu artırır. Qara ciyər xəstəliklləri zamanı da şirə müalicəvi və profilaktik məhsul kimi istifadə oluna bilər. Balqabaq şirəsi qədimdə sidik ifrazı sisteminin iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunurdu, öd kisəsinə və öd yollarına müsbət təsir edir, durğunluğu azaldır. Artıq çəkidən əziyyət çəkən insanlar da bu şirədən faydalana bilərlər. Balqabaq şirəsi azkalorili məhsuldur, mübadilə prosesləri yaxşılaşdırır, artıq mayeni orqanizmdən xaric edir.
    Soyuq fəsillərdə balqabaq şirəsi soyuqdəymə xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1/2 stəkan təzə balqabaq şirəsinə 1 çay qaşığı bal əlavə edib gün ərzində 2 dəfə qəbul etmək lazımdır.
    Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.
    Balqabaqın şirəsi qədər özündəndə istifadə etmək çox xeyirlidir.
    Balqabaqda xolestrol yoxdur, az miqdarda digər yağlardan var. Buna görə də ürək üçün faydalıdır. Tərkibindəki maqnezium sayəsində insanı infakt, iflic kimi ciddi xəstəliklərdən qoruyur. Kalium, maqnezium və C vitamini isə qan təzyiqinin normal ölçüdə qalmasına kömək edir.
    Xərçəngə qarşı
    Balqabaq güclü antioksidantdır. Tərkibindəki retinol, yəni A vitamini sayəsində xərçəngə səbəb olan kimyəvi çirklənmənin qaşısını alır. Həmçinin C vitamini ağız və ağciyər xərçənginə qarşı effektlidir.
    Sümüklərə faydası
    Balqabaq yemək onurğada mineralları artıraraq sümüklərin möhkəmlənməsinə kömək edir. Dediyimiz kimi tərkibindəki maqnezium oynaq problemlərinin yaranmasının qarşısını alır. Ehtiva etdiyi dəmir, sink, fosfor kimi minerallar sümük xəstəliklərinin müalicəsində istifadə edilir.
    Gözə faydası
    Tərkibindəki karotin və lutein gözdə korluğa səbəb olan katarakt və makula kimi xəstəliklərin qaşısını almaqda əhəmiyyətli rol oynayır. 1 fincan balqabaq suyunda, təxminən, 135 milliqram karotin, 2400 mikroqram lutein var.
    Uşaqlar üçün faydası
    Balqabaq çiy və ya bişmiş, istənilən halda uşaqlar üçün xeyirlidir. Uşaqlar üçün əvəzsiz qidadır. Dietoloqlar onu uşaqların mədə-bağırsaqları pozulan zaman verməyi məsləhət görurlər. Balqabağın mədə-bağırsaqın düzgün işləməsinə kömək edir. Qəbizlikdə və köp zamanı balqabağın çiy şirəsi tövsiyə edilir. Şirəni uşaqa içirtdikdən sonra qısa vaxtda köp və ağrı keçir. Balqabaq anemiyalı uşaqların qidasında hər gün olmalıdır. Siz ondan şirə çəkə, salat və ya desert hazırlaya bilərsiz. Altı aylıq körpələrə balqabaq puresi vermək olar.
    Balqabaqın zərərləri
    Balqabaq şirəsinin faydaları ilə yanaşı əks göstəriciləri də var. Mədə və onikibarmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, ishala meyillik olduqda bu şirə insana ziyan vura bilər. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşməyi unutmayın.
    #balqabaq #boranı #balqabağınfaydaları #boranınınfaydaları #balqabağ

Комментарии • 379