Ənənəvi tikinti materialına tələbat onların məşğulluğunu davamlı edir

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • Bura Göygölün Quşqara kəndidir. Gəncəni üzü Qazax istiqamətinə çıxan kimi yolun sağında yerləşən bu kəndin sakinlərinin məşğuliyyəti diqqət çəkir. Yanaşı evlərdə yaşayan təxminən 15-ən çox ailənin çörəyi qarğıdan çıxır. Böyükdən kiçiyə bütün ailə üzvləri səfərbər olur qarğı emalına.
    Bütün həyətlərdəki manufakturanın əsas xammalı Kür çayının ətrafında yabanı halda bitən qarğıdır.
    Təmizlənmiş qarğı xüsusi və olduqca sadə bir xanada daşlar və ip vasitəsilə, əl əməyi hesabına hörülür.
    Qarğıdan evlərin tikintisində əsasən kənd yerlərində istifadə olunur. Hörülmüş qarğının üzərinə inşaat kağızı qoyulur və torpaqlanır. Beləcə evin tavanı hazır olur. 14 kvadratlıq qarğı çətəni hazırlamaq üçün 250 qarğı istifadə edilir.
    Emalçılar deyirlər ki, müştəriləri ilin bütün fəsillərində var. Müasir inşaat materiallarından istifadə olunsa da, ənənəvi tikinti vasitələrinə hələ də tələbatın olması onların məşğuliyyətini davamlı edir.
    #Gəncə #Göygöl #qarğı

Комментарии • 3

  • @nizamiquliyev2099
    @nizamiquliyev2099 Год назад

    Salam. Necə sifariş vermək olar? Xahiş olunur əlaqə telefonunuzu yazasınız

    • @pervizmusayev6035
      @pervizmusayev6035 Год назад

      Salam qardaş menede lazimdi bundan .eyer nömre tapa bilsen menede atardın.

  • @lailaheillallah1344
    @lailaheillallah1344 Год назад +1

    ne enenevi butun dunya bundan istifade eleyir yayda ev serin qisda isti olur aciglamasi ( isti hemise yukseye qalxir evin tavani taxta beton pille oldugda isti oz keyfiyyetin saxlamir ve sonda tavanda soyuglug yaranma prosesi gedir ve evde nemisliy yaranir divar kagizlari atir bu qargi ise evi isti saxlayir qarginin terkibinde esos adli spiral perdeleri var istinin keyfiyyetini saxlayir yayda ise eve dusen gun şuasindan qargi canlanir ekolos soyuducu spilar var işe dusur ve ev nehayet serindi ve + temiz hava