Bu fikirlər tamamilə qəbuledilməzdir | Ayxan Hacızadədən sərt açıqlama

Поделиться
HTML-код
  • Опубликовано: 2 окт 2024
  • Bu fikirlər tamamilə qəbuledilməzdir | Ayxan Hacızadədən sərt açıqlama
    Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Avropa Şurası Parlament Assambleyasında ölkəmiz əleyhinə fikirlər səsləndirib.
    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə litvalı nazirin fikirlərinin tamamilə əsassız və qəbuledilməz olduğunu deyib:
    “Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalana dirəndiyini qeyd edən Avropa Şurası Parlament Assambleyası ilə dialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlər nazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundan imtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər parlament üzvləri olub”.
    Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Avropa Şurası Nizamnaməsinin pozulması ilə müşayiət olunan məlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarla dialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlı olduğunu nümayiş etdirib:
    “Görünən odur ki, Avropa Şurası Nazirlər Komitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-da hüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil. AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsindən sonra qərəzli yanaşmalar ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa yönəlib. AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir. Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlı fikirlərə gəldikdə qeyd edək ki, bu qərar Azərbaycan Respublikasının qanunvericiliyi əsasında suveren hüququmuz çərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədən Avropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur. Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlament üzvlərini ölkəmizdə görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur”.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Bu fikirlər tamamilə qəbuledilməzdir | Ayxan Hacızadədən sərt açıqlama
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #litva #qabrieliuslandsberqis #aşpa #litvaxin #azərbaycanxin #avropaşurası #ayxanhacızadə

Комментарии •