Nizamsız, dar küçələr, bozumtul daş divarlar-Qanıqara şəhərlərimiz - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • #APATV #şəhər #infrastruktur #avropa #Azərbaycan #nəqliyyat #şəhərsalma #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Nizamsız, dar küçələr, bozumtul daş divarlar-Qanıqara şəhərlərimiz - APA TV
    Dar, nizamsız küçələr, həbsxanaları xatırladan hasarlar, boz rəngə boyanmış divarlar. Bura 1963-cü ildə şəhər statusu alan və hazırda 90 minə yaxın əhalisi olan Şirvan şəhəridir. Azərbaycanın 5 sənaye şəhərindən biri olan Şirvan Sabirabad, Salyan və Hacıqabul rayonlarının mədəni regional mərkəzi də hesab edilə bilər.
    Kifayət qədər parkları, istirahət guşələri, hündür binaları olsa da, şəhərdə boylanıb baxa biləcəyin bir gözoxşayan yaşayış binası tapmaq çətindir. Fərdi yaşayış evləri massivində yolkənarı yaşıllıqlar yox dərəcəsindədir.
    Qeyri-standart, bozumtul rəngli daş hasarlar, eybəcər görüntü yaradan su çənləri, mühəndislik baxımından uğursuz, həyati baxımdan təhlükəli çıxıntılar - bəli, bura Şirvan şəhəridir. Amma, lap heç Şirvan olmasa da, bir çox şəhər və rayonumuz haqqında bu sözləri demək olar.
    Günümüzdə ən dəbdə olan tikintilərdən biri hündür-hündür hasarlardır. Bu dəb elə bir həddə gəlib çatıb ki, əvvəllər hasar evlərin ətrafına çəkilərdi, indi isə torpaq alan ərazini hasara alır, sonra ev tikir. Hamı bir-biri ilə kimin damı, kimin hasarı daha hündür olacaq yarışına girir. Şəhərin mərkəzindən bir az aralıda yerləşən bağ evləri və fərdi yaşayış evlərinin yaratdığı görüntüdən isə danışmağa dəyməz. Bu ərazilərdəki dar, nizamsız küçələr və ya həbsxanaları xatırladan hasarlar, boz rəngə boyanmış divarlar adamın üstünə gəlir.
    İcra hakimiyyətləri tərəfindən rayon mərkəzlərində aparılan təmirlər belə üzdən olur, binaların yola baxan hissəsi boz rəngə bürünür, daşlarla hörülür, daşların arxasındakı vahiməli vəziyyətdəki tikililər isə unudulur.
    Bəs niyə belə yüksək texnologiyaların mövcud olduğu bir dövrdə, 21-ci əsrin beşiyində biz hələ də həyatlarımıza, şəhərlərimizə, divarlarımıza rəng qata bilmirik? Ağıllı kənd və şəhərlərin salındığı bir zamanda niyə bir çox rayon və şəhərlərimizdə memarlıq xaosu yaşanır? Niyə, hər şeydə avropalaşa bilən bizlər şəhərsalmada geri qalırıq? Elə bu suallarla ilk olaraq sakinlərə yaxınlaşdıq.
    Bəzi suallarımızın cavabını isə Şirvan bələdiyyəsində axtardıq. Soruşduq ki, rəngarənglik qalsın bir kənara, abadlıq işləri başa çatan kimi niyə yenidən abadlığa ehtiyac yaranır? İstifadəyə verdiyimiz yerlərin abadlığına vaxtı-vaxtında fikir verə bilirikmi?
    Hər yerdə olduğu kimi Şirvanda da kommunal təsərrüfat infrastrukturu tam gücündə çalışa bilmir. İllər əvvəl sakinlər tərəfindən fasadlarda edilən dəyişiklikləri isə geriyə qaytarmaq o qədər də asan görünmür.
    Yeri gəlmişkən 4 iyun 2014-cü il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Şirvan şəhərinin Baş Planının yeni tikililərin reyestrinin və şəhərin 3D modelinin təqdimatı keçirilmişdi. Layihə iki mərhələni - I mərhələ 2020-ci ilə, II mərhələ isə perspektiv olaraq 2033-cü ilə qədər olan dövrü əhatə etməli idi. Yeni layihəyə əsasən şəhər ərazisi 8 min hektara yaxın artmaqla 88 min hektara çatdırılmalı idi. Bu ərazidə 100 min nəfər rahat yaşaya biləcək. Yeni şəhərsalmada yaşıllıq zolaqları da geniş ərazini əhatə edəcəkdi. Şəhəri ikiyə bölən dəmir yolunun da götürülməsi nəzərdə tutulurdu. Amma təqdimatdan az qala 10 il keçməsinə baxmayaraq, yeni şəhərsalmanın konturları belə görünmür.
    Qeyd edək ki, Avropa ölkələrində havanın daim tutqun olması səbəbindən qurumlar yalnız salınan şəhərlərin gözəlliyini yox, həm də sakinlərin əhval-ruhiyyəsini və psixoloji durumlarını düşünərək, binaların əlvan rənglərlə boyanmasını həyata keçirirlər. Bu turistlərin də böyük marağına səbəb olur. Bəs bizdə nə vaxt bu cür önəmli detallara diqqət ediləcək? Təəssüflər olsun ki, indi heç kim bu suala cavab verə bilmir.
    Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 17

  • @user8474
    @user8474 10 месяцев назад +5

    Təşəkkürlər Əlibəy aktuallaşdırdiginiz üçün

  • @alimalim8303
    @alimalim8303 10 месяцев назад +6

    Səbəblər çoxdur. Zövqsüzlük, görməmişlik, məsuliyyətsizlik, savadsızlıq, mədəniyyətsizlik və s.

  • @КананИманов-т6и
    @КананИманов-т6и 10 месяцев назад +3

    Qəşəng mövzu idi, yaxşı danışdıkar,

  • @mekkemedine6318
    @mekkemedine6318 9 месяцев назад

    Bu mövzuya toxunduğunuz üçün sizə təşəkkür edirik!

  • @vusuvusu1392
    @vusuvusu1392 10 месяцев назад +1

    Bizde bir rəng var oda qara gün

  • @farizaskerzade9685
    @farizaskerzade9685 10 месяцев назад

    Bundan sonra daxili siyasətə daha çox önəm veriləcək .Və nəinki şəhərlərin görünüşləri həmçinin idarəetmə sistemi dəyişəcək.

  • @fexreddinbayramov751
    @fexreddinbayramov751 10 месяцев назад +2

    Bizdə havalar tutqun kecəndə insanların həyatın rəngləyəcəklər

  • @cavidmuzffrzad190
    @cavidmuzffrzad190 10 месяцев назад +3

    Qardaş tametdən ,sementdən başqa bir şey bilmirsiniz ? Bir ağac əkin ,yaşıllıqlar salın ,havanı təmizləyin. Müsəlmanın başı ancaq sement qarışıb . Bizə sement yox oksigen lazımdı

  • @letafetsemedova5299
    @letafetsemedova5299 10 месяцев назад +3

    Çünki qardaş bižim milət tamahkarıq edir elə bililər ölende aparacaqlar

  • @yusifdavud346
    @yusifdavud346 10 месяцев назад +1

    Son dövrlər şəhər adlanan rayon mərkəzlərində tikilən binaların 99%-i həyət evləridir onlar da biri üzünu şərqə tikir,biri qərbə və s.Bele səhər olmur,kənd olur.Şəhərlərdə hündur binalar olmalıdır

  • @yusifdavud346
    @yusifdavud346 10 месяцев назад +2

    Gəncə ilə Xankəndini müqayisə edin

  • @taksikerem9020
    @taksikerem9020 10 месяцев назад +2

    QOY DEYİM NİYƏ BOZ......... ORADA QANUNLAR VAR...MAAŞ VAR........İNSAN KİMİ YAŞAYİŞ VAR .... BİZDE İSƏ İNSANA BİR QOZ

  • @qezenfernesibov5970
    @qezenfernesibov5970 10 месяцев назад

    Ona gore ki milleti de gun vurub bozardib. Bizde her wey tez awilanir 1:48 zibolden boluq memurlar ancaq gece de fikirlewir ki hansi yolnan pul alsin

  • @user-ul8gt6zk3k
    @user-ul8gt6zk3k 10 месяцев назад

    Диварларын хундурлуйу?гысганчлыгды ,хеш ким истемир аилесинин херекетини,башгасы гормесин

  • @vusalaliyev2791
    @vusalaliyev2791 10 месяцев назад

    Кенчеде хер йери сатыблар,хундур биналарын габагында хейетинде ,мехле еви тикиблер,балкондан бахырсан ашагыда хейет еви.дуняда хеч йерде беле шей йохду

  • @vusalaliyev2791
    @vusalaliyev2791 10 месяцев назад

    35 илди Кенченин меркезинде демек олар ки,Садыллы гесебеси 4 -5 мин ев вар орда бойук бир гесебе асфалты йохду,бир че баш куче,ону да инди еледилер.сиз ренкден даныгырсыз.палчыглы кучейе не ренк